|
|
SEYİD MIRHƏSƏN AĞA (esse)
|
“O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!”- deyə duanızı qəbul buyurmuşdu”
“Quran”, əl-Ənfal surəsi ( 8), 9-cu ayə.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Əbu Əli İbn Sina
|
Əbu Əli İbn Sina müsəlman dünyasının ən böyük təbabət alimi olmuşdur. O təkcə xəstəlik müalicəsi ilə məşğul olmamış, həm də xəstəliklərin ensiklopediyasını yazmışdır ki, bütün Asiya və Avropa alimləri əsrlər boyu onun adının qarşısında baş əymişlər. Böyük Mikelancelo yazmışdır: Qalen və Avitsennanı (Əbu Əli İbn Sina) dəstəkləməklə səhv olmuş olsa idi belə başqalarını haqlı dəstəkləməkdən yaxşıdır. Əbu Əli İbn Sinanın Avropada səhvən əvvəlcə “Avensina”, sonra isə “Avitsenna”kimi yazılmışdır.Bu dahi şəxsin tam adı Əbu Əli əl-Hüseyn İbn Abdallah ibn əl-Həsən ibn Əli ibn Sina olmuşdur.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Bütün Qafqazın Şeyxi Serbiyada
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiya dövlətinə səfərə yola düşüb. Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də olub. QMİ sədri A.Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraqlı Cami” məscidi və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edib. Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Televiziya təhqir məkanı yox – maarifləndirmə ocağıdır
|
Vaxilə ATV kanalında gedən “El içində” verilişinin aparıcısı Elçin Əlibəyli Türkiyədən gələn bir fırıldaqçını – Məhəmməd Bazaroğlunun reklamını tez-tez işıqlandırırdı. Onun bu hərəkəti nəinki dindarlara, nəinki din xadimlərinə dünyada elmi nailiyyətləri ilə məşhur olanВ Azərbaycan ziyalılarına böyük bir təhqir idi. Bu barədə jurnalımızın keçən saylarında-46-cı nömrəsində, böyük bir məqalə dərc olunmuşdu. Buna baxmayaraq həmin verilişdən sonra bir çox xəstələr onun ünvanına getdilər və demək olar ki, Bazaroğlu böyük bir bazar açaraq sadə adamların ciblərini boşaltmağa nail oldu. Görün bu fırıldaqçı Azərbaycan xalqını nə qədər cahil və nadan hesab edirdi.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Əlliyə çatmayan ömür
|
Məmməd müəllimlə tanışlığım bir təsadüf idi. Onu əvvələr nə görmüşdüm, nə də qiyabi tanıyırdım. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “Mətbuat tarixi” istiqaməti üzrə magistraturasına qəbul olunmağım, əvvəllər adını dərsliklərdən, mətbuatdan və sairdən öyrənib məlumat topladığım Naxçıvan Muxtar Respublikasının paytaxt şəhərinə getmək zərurətini yaratdı. Əyani şəkildə təhsil aldığım üçün düz iki il burada yaşamalı idim.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Ənənə ilə müasirliyin vəhdəti
|
"Azərbaycan" qəzeti və Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin birgə keçirdikləri "Azərbaycan mətbuatı: ənənə və müasirlik" mövzusunda Dəyirmi masa Novruz bayramı ərəfəsinə təsadüf etmişdi. Qəzetin redaksiyasına vaxtilə müxtəlif mətbuat orqanlarında çalışmış, bir çoxunun qələmi hələ də fəaliyyətdə olan jurnalistlər toplaşmışdılar. Maraqlı və təqdirəlayiq haldır ki, çıxışlar bir-birini təkrarlamır, müxtəlif mövzulara toxunulurdu. Daha doğrusu, çıxış edənlərin hər biri jurnalistikanın hansı sahəsində çalışmışdısa, hansı mövzularda qələm çalmışdısa, məhz ondan danışırdı. Diqqəti çəkən fikirlər söylənilir, faydalı təkliflər irəli sürülürdü.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Təzə Pir
|
Xəlifədam və ya Təzə pir
Məlum olduğu kimi, müsəlman aləmində ilk məscidlər 623-cü ildə Mədinədə Məhəmməd Pey ğəmbərin (s) evinin yerində, 630-cu ildə Məkkədə, yəni Kəbədə, 632-ci ildə Canadiyada, VII əsrin 70-ci illərində Sapedə Əl-Cami, Əl-Kəbir, 687-691-ci illərdə Qüds ətrafında Kubbat əz Səhra, VIII əsrin əvvəllərində Qüdsdə əl-Əksa, 708-ci ildə Dəməşqdə Validə və 641-ci ildə Qahirədə tikilmişdir.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
İbadət yerləri: Hansı rayonda neçə məscid var?
|
I YAZI
Həzrət Məhəmməd (s) buyurmuşdur: Allah-Təala buyurdu: “Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər”. Məscidlər Allahın yer üzündəki evləridir. Deməli‚ Allah‚ görüşünə gələn şəxsi (qonağı) özü əzizləməlidir. Qurani-Kərimə məhəbbət bəsləyən şəxs‚ məscidləri də sevməlidir. Çünki məscidlər İlahi dərgahın və Tanrı mülküdür.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
|