Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    İranda deputat karikaturaçıya qarşı iddiasını geri götürdü
    İranda mühafizəkar deputatlardan olan Əhməd Lütfi Astiani karikaturaçı Mahmud Sokrayeyə qarşı iddiasını geri götürüb. Onun iddiası ilə rəssam bu ayın əvvəlində 25 şallaq cəzasına məhkum edilmişdi.
    Karikaturaçı onu futbolçu kimi təsvir etmişdi. Çünki İranda həmin deputatı idmana müdaxilələri ilə tanıyırlar.
    Rəssamın şallaqlanması cəzası ölkədə və ondan kənarda ciddi tənqidlərə səbəb olmuşdu.
    15.05.12 Məqaləni oxumaq
     
    NATO raketdən müdafiə sistemlərini sınaqdan keçirib
    NATO-nun Baş katibi bildirib ki, bu alyansın Avropada raketdən müdafiə sistemləri yaratması barədə ilkin sınaqları uğurla başa çatıb. Baş katib Andres Figh Rasmussen "The Wall Street Journal"da çap olunan məqaləsində bildirir ki, sınağa ABŞ-dan gəmi, radar, həmçinin Almaniya və Hollandiyadan önləyici batareyalar cəlb olunub.
    Rasmussen deyib ki, eyni zamanda keçirilən bu sınaq NATO-nun raket hücumlarından müdafiəyə hazır olduğunu göstərib. Avropanın kənardan raket hücumlarından qorunmasına dair planın icrasını NATO ölkələri liderlərinin mayın 20-21-də Çikaqoda keçiriləcək sammitdə təsdiq edəcəkləri gözlənir. Rusiya NATO-nun həmin raketdən müdafiə sistemlərini özünün milli maraqlarına zidd hesab edir. Moskva cavab tədbirləri ilə hədələyir.
    15.05.12 Məqaləni oxumaq
     
    Merkel regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib
    Almaniya kansleri Angela Merkel rəhbəri olduğu mühafizəkar partiyanın regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, amma xanım Merkel bu məğlubiyyətin onun Avropada ixtisar siyasətinə təsir göstərməyəcəyini bildirib.
    Angela Merkel mətbuat konfransında deyib ki, Şimali Rayn-Vestfaliya vilayətindəki məğlubiyyət onu zəiflətməyəcək. O, Avropanın üzləşdiyi borc böhranını həll etmək yönümündə işləyəcəyini bəyan edib. Bəzi təhlilçilər Şimali Rayn-Vestfaliya seçkilərinin federal miqyasda növbəti seçkilərin gedişatına işarə olduğunu güman edirlər. Həmin seçkilərdə kansler Merkel ikinci müddətə hakimiyyət uğrunda mübarizə aparacaq.
    15.05.12 Məqaləni oxumaq
     
    ABŞ səfiri Timoşenkoya baş çəkib
    ABŞ-ın Ukraynadakı səfiri Con Tefft və Dövlət Katibinin müşavirinin yardımçısı Tomas Melia Xarkovda xəstəxanada Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə görüşüb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, səfir Tefft görüşdən sonra jurnalistlərə bildirib ki, Timoşenko və onun partiyasının üzvlərinin təqiblərə məruz qalmasını pisləyir və keçmiş baş nazirin  azad edilməsinə çağırırlar.
    Tomas Melia da bildirib ki, Timoşenko xəstəxanada ona göstərilən tibbi xidmətdən razıdır: “O dedi ki, Almaniyadan gəlmiş həkim Harms və onunla birlikdə çalışan yerli tibb heyətinin xidmətindən razıdır. Timoşenko özünü çox yaxşı hiss edir, hörükləri də əvvəlki qaydasında yerindədir”.
    15.05.12 Məqaləni oxumaq
     
    İran ayətullahları Almaniyada yaşayan reper barəsində ölüm hökmü çıxarıblar
    İran ayətullahları Almaniyada yaşayan reper Şahin Nəcəfi haqqında onuncu imam Əli əl-Hadi əl-Nağı barəsində mahnı bəstələdiyinə görə ölüm hökmü  fətvası çıxarıblar. В«KƏLAMİNFOВ» В«Lenta.ruВ»ya istinadən xəbər verir ki, bu barədə В«The GuardianВ» yazıb. Ayətullahlar onu bidətçi elan ediblər. Bu isə şəriətə görə ölüm hökmü ilə cəzalandırılır.
    15.05.12 Məqaləni oxumaq
     
    Tehranda 24 yaşlı “İsrail casusu” edam olunub
    Bu gün səhər Tehranda 24 yaşlı “İsrail casusu” olduğu bildirilən gənc edam olunub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, yerli televiziyanın yaydığı məlumata görə, o, iranlı nüvə alimini öldürməkdə günahkar bilinib.
    Məcid Camali Faşi professor Məsud Əki Məhəmmədini 2010-cu ilin yanvarında öldürüb. İstintaq zamanı o bildirib ki, digər qətllər törətməyə hazırlaşırmış. Lakin sonra bunları icra etməkdən boyun qaçırıb. Faşi İsrail xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyini də boynuna alıb.
    15.05.12 Məqaləni oxumaq
     
    Lukaşenko və Nazarbayev anlaşdılar
    Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayev yaydıqları birgə bəyanatda qeyd ediblər ki, beynəlxalq məsələlərə dair fikir birliyinə nail olublar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hazırda Minskdə səfərdədir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezidentlərin birgə bəyanatı da onların görüşündən sonra səslənib.
    Bu ilin aprelində Belarus prezidenti qazax həmkarını “Avropa İqtisadi Birliyi”nin yaradılmasına mane olmaqda ittiham etmişdi. Rusiya, Belarus və Qazaxıstanın iştirak etdiyi bu birliyin 2015-ci ildə yaradılması gözlənir.
    15.05.12 Məqaləni oxumaq
     
    Valideynlərin yaxşı tərbiyə verə bilməsi üçün təlimlər keçirilir
    Azərbaycanda 10 günlük Ailə Təlim Proqramı tətbiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, Beynəlxalq Ailə Günü münasibətilə bu gün Beynəlxalq Mətbuat Mərkəzində proqramın yekun nəticələrinə aid mətbuat konfransı keçirilib.

    Qeyd edək ki, bu layihənin tətbiqi məqsədi ilə Türkiyə Milli Təhsil Nazirliyinin Ailə Təlim Proqramı və Ailə və Sosial Siyasətlər Nazirliyinin ailə təlimi və uşaq inkişafı üzrə iki aparıcı mütəxəssisi ölkəmizdə olublar. Türkiyə Təhsil Nazirliyinin sözügedən proqram üzrə Baş mütəxəssisi Məryəm Gündoğdu layihənin Türkiyədə 20 ildir tətbiq olunduğunu vurğulayaraq, bunun ölkənin gələcəyi üçün böyük addım olduğunu bildirib: “Türkiyədə bu layihə artıq 20 ildir həyata keçirilir. Və bunun çox böyük töhfələri var. Əgər biz gələcəyimiz saydığımız uşaqların sağlam düşüncəli və vətənə xeyirli insan kimi böyüməsini istəyiriksə bu tip layihələr davamlı olmalıdır. Düşünürəm ki, bu Azərbaycanda da həyata keçirilməsi vacib olan bir layihədir.
    15.05.12 Məqaləni oxumaq
     
    Parlamentdə bələdiyyə torpaqlarının xəritəsi məsələsi ətrafında mübahisə düşüb
    xBu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyə torpaqlarının xəritəsi məsələsi ətrafında mübahisə düşüb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda komitə üzvü, deputat Qalib Salahzadə gündəlikdəki mövzudan kənara çıxaraq irad bildirib. O, bəzi bələdiyyələrin səlahiyyətlərində olan torpaqların xəritəsinin verilməməsinə etirazını bildirib. “12 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir.
    15.05.12 Məqaləni oxumaq
     
    İsmət Abbasov: Qarşıdakı 10 ildə məhsul istehsalı 2 dəfə artmalıdır
    “Ölkə başçısı bizim qarşımızda vəzifə qoyub ki, qarşıdakı 10 ildə məhsul istehsalı 2 dəfə artmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
    Onun sözlərinə görə, bu artım əsasən qeyri-neft sektoru hesabına olmalıdır. “Bu sahədə isə əsas imkanlar qida sənayesi və kənd təsərrüfatında olduğu üçün bizim işimiz çoxdur. “WorldFood Azerbaijan” sərgisi daxili və xarici istehsalçılar uçun şərait yaradacaq ki, öz məhsullarını tanıtsınlar. Bu işlər həm milli, həm regional, həm də beynəlxalq səviyyədə ərzaq təhlükəsizliyinə töhfə verir”-deyə İ.Abbasov vurğulayıb.
    15.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « May.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031