|
Səhifələr : # 13 14 15 16 17 18 19 20 21 #
“Traviata” tamaşası nümayiş olunacaq
|
Mayın 12-də Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” tamaşası nümayiş olunacaq. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tamaşanı Qut-İmmlinqdə (Bavariya, Almaniya) keçirilən Beynəlxalq opera sənəti festivalının bədii rəhbəri, baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcək. Tamaşada əsas partiyada – Alfred rolunda Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İqor Borko çıxış edəcək.
|
10.05.12 Məqaləni oxumaq
|
|
|
Polşa prezidenti Ukraynanı boykotun əleyhinədir
|
Polşa prezidenti Bronislav Komorovski Ukrayna hakimiyyətini siyasi qərarlara görə həbs cəzası nəzərdə tutulan qanunu tezliklə ləğv etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Varşavada keçirdiyi mətbuat konfransında, həmçinin Ukraynanın özü və 2012-ci ildə bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etməyin əleyhinə olduğunu bildirib. Komorovski qeyd edib ki, siyasi problemlər Polşa və Ukraynada idman bayramını korlamamalıdır.
|
10.05.12 Məqaləni oxumaq
|
|
|
|
Novruz Məmmədov: Qərb Ermənistandakı parlament seçkilərinə demokratik don geyindirmək istəyir
|
“İnanmıram ki, Ermənistanda keçirilən parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinə hansısa bir təsiri olsun. Bu seçkilərin Dağlıq Qarabağ probleminə heç bir təsiri ola bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, həmin seçkilər özlərinin təşkil etdiyi bir şoudur: ” Təəssüflər olsun ki, Avropa, Qərb həmin dəqiqə təəssübkeşlik göstərərək bu seçkilərə demokratik don geyindirmək istəyir” deyən N.Məmmədov əlavə edib ki, Ermənistan hakimiyyətinin apardığı indiki siyasət bir şoudur və parlament seçkiləri də həmin şounun tərkib hissəsidir.
|
10.05.12 Məqaləni oxumaq
|
|
|
Səhiyyə Nazirliyində “Eurovision”la bağlı xüsusi toplantı keçirilib
|
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisəsi gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək. Görülən işlər və müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı da keçirilib.
Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. toplantıda “Eurovizion - 2012” mahnı müsabiqəsinin iştirakçılarının və qonaqların tibbi təminatı barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev “Eurovizion -2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli 1521 nömrəli, Səhiyyə Nazirliyinin 19 aprel 2012-ci il tarixli 61-5 nömrəli müvafiq sərəncamlarını icra etmək və müsabiqə iştirakçılarına, qonaqlara tibbi xidməti təşkil etmək məqsədilə müvafiq tədbirlər görüldüyünü bildirib. Belə ki, 13-20 may tarixlərdə keçiriləcək məşqlər, 21-26 may tarixlərdə isə keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçib, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb.
|
09.05.12 Məqaləni oxumaq
|
|
|
Danimarka təmsilçisi mayın 13-də Bakıda olacaq
|
Danimarkanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. "KƏLAMİNFO” eurovision.az saytına istinadən xəbər verir ki, onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar.
Danimarka təmsilçisi səfər ərəfəsində “Should've known better” adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas “tərəf-müqabilləri” Harald adlı at və çox qədim və yaşlı bir ağac olub. Qeyd edək ki, Danimarka təmsilçisi Soluna Samayı “Bakı Kristal Zalı” səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşayiət edəcək. Müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.
|
09.05.12 Məqaləni oxumaq
|
|
|
Bu gün Azərbaycanda Rusiya ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatır
|
Cari tədris ilində Azərbaycanlı abituriyentlər üçün Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün sənəd qəbulu bu gün başa çatacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ölkənin ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat bu gün saat 17:00-da başa çatacaq.
|
09.05.12 Məqaləni oxumaq
|
|
|
Putin əcnəbi fəhlələrin imtahan vermələrini tələb edib
|
Rusiya prezidenti Vladimir Putin 2012-ci ilin noyabrınadək əcnəbi fəhlələrin mütləq qaydada rus dilindən, Rusiya tarixindən və qanunvericiliyinin əsaslarından imtahan vermələrini tələb edib.
“KƏLAMİNFO”nun məlumatına görə, bu barədə “Lenta.ru” Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb. Artıq bu barədə tapşırıq hökumətə və regional qurumlara göndərilib.
|
09.05.12 Məqaləni oxumaq
|
|
|
Bu gün Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür
|
Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür.
“KƏLAMİNFO” xəbər verir ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
|
09.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputatlar Palanqaya gedirlər
|
Milli Məclisin deputatı, GUAM PA-nın sədri, eyni zamanda qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və deputat Əli Məsimli mayın 9-dan 13-dək Litvanın Palanqa şəhərində səfərdə olacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Deputatlar Baltik Assambleyasının təşkil etdiyi Avropa İttifaqı ilə əməkdaşlığa dair Beynəlxalq Parlament Konfransına qatılacaqlar. Tədbirin açılışında Litva, Latviya və Estoniya parlamentlərinin sədrləri, həmçinin Baltik Assambleyasının prezidenti Paulius Saudarqas çıxış edəcəklər. Konfransda Baltikyanı ölkələrin Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlığı, milli və regional maraqlar barədə söhbət açılacaq. Parlamentlər, icra hakimiyyətləri və biznes dairələri səviyyəsində əlaqələrin inkişafına nəzər yetiriləcək. Müzakirə olunan məsələlərə münasibətdə Baltik ölkələrinin, GUAM PA-nın, Benilüks İttifaqının və Parlamentinin, Şimal Şurasının (Danimarka, Finlandiya və İsveç) baxışları öyrəniləcək.
|
08.05.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 13 14 15 16 17 18 19 20 21 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|