|
Səhifələr : # 1 2 3 4 5 6 #
Milli Məclisdə Avropa Parlamentinin qətnaməsinə etiraz sənədi hazırlanır
|
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, sənədin hazırlanması üçün Bahar Muradovanın rəhbərliyi ilə yaradılan komissiyaya Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli, Fərəc Quliyev daxildir.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
TQDK təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Saakaşvili: “Gürcüstan bir daha kiminsə çəkmələrini yalamayacaq”
|
Gürcüstan prezidenti Mixail Saakaşvili parlamentdə Müstəqillik gününə həsr olunmuş tədbirdə bildirib ki, ölkəsi bir də heç vaxt kiminsə müstəmləkəsi olmayacaq: “Beşinci kolon Gürcüstanı kiminsə çəkmələrini yalamağa qaytara bilməyəcək”. Onun sözlərinə görə, Gürcüstan özünü regionun maliyyə, təhsil, texnologiya mərkəzinə çevrilməsi istiqamətində irəliləyəcək. “KƏLAMİNFO” “Qazeta ru”ya istinadən xəbər verir ki, o bildirib ki, gürcülərin guya müharibəyə başladıqları və buna görə də cəzalanmaları olduğunu iddia edənlər heç bir vaxt onu incidilmiş, atılmış vəziyyətə qaytara bilməzlər: “Onlar hesab edirlər ki, Gürcüstanın yeganə yolu məhz çəkmələrin yalanmasındadır – bu, heç vaxt baş verməyəcək”.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Türkiyə polisi təqaüdə çıxmış 6 hərbçini saxlayıb
|
Bu gün Türkiyə polisi təqaüdə çıxmış 6 hərbçini 1990-cı illərdə islamçı baş nazir Nəcməttin Ərbakanın istefasında rol oynadıqlarına görə saxlayıb. Bu altı nəfər Ərbakanın Türkiyədə İslamın nüfuzunu artırmaq üçün etmək istədiyi cəhdlərə görə istefası üçün təzyiq etməkdə təqsirləndirilirlər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, saxlananlar arasında Türkiyənin keçmiş milli təhlükəsizlik şurasının baş katibi İlhan Kılıç da var.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Kofi Annan Əsədlə görüşəcək
|
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bu gün prezident Bəşər Əsədlə görüşməyi planlaşdırır. Görüşdə məqsəd Annanın sülh planını qorumağa yenidən cəhddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Dəməşqdə danışıqlar aparılan zaman Hula şəhərində, xüsusilə də uşaqlar və qadınlar daxil olmaqla ən azı 108 nəfər öldürülüb. Annan mayın 28-də Suriyaya gedib və baş vermiş qırğını dərin nəticələri olan dəhşətli an adlandırıb. O bildirib ki, bu qırğının səbəbkarları məsuliyyətə cəlb olunmalıdırlar. Bununla yanaşı, Annan “əli silahlı” hər kəsi 15 aydır davam edən zorakılığa son verilməsi üçün onun 6 maddədən ibarət sülh planına əməl etməyə çağırıb.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Türkmənistanın neft-qaz naziri işdən qovulub
|
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov neft və qaz nazirini işində yol verdiyi ciddi nöqsanlara görə işdən azad edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, nazir Bayramgəldi Nadirov mayın 25-də işdən çıxarıb - Türkmənistanın Pakistan və Hindistanla imzaladığı yeni neft kəməri sazişinin imzalanmasından cəmi 2 gün sonra. Nadirov 2008-ci ildən bu vəzifəni tuturdu. “Türkmənqaz” dövlət şirkətinin sədr müavini Kakageldi Abdullayev neft və qaz naziri vəzifəsinə müvəqqəti icraçısı təyin edilib.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məcburi əməyə cəlb edilmə ilə bağlı 20 müraciət daxil olub
|
Bu il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məcburi əməyə cəlb edilmə ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən 20 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev deyib. Onun sözlərinə görə, müraciətlər Rusiyada məcburi əməyə cəlb edilmə ilə bağlı olub. Hazırda sözügedən məsələ ilə bağlı istintaq aparıldığını xatırladan F.Əliyev ona görə də məsələ ilə bağlı ətraflı məlumat verməyib.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub
|
Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. O ki qaldı David Qareci məbədinə, onun sözlərinə görə, hazırkı mərhələdə konkret hansısa bir bəyanat vermək tələsiklik ola bilər: «Sərhədlərin 66 faizi delimitasiya olunub». Yerdə qalan hissə ilə bağlı diskussiyalar aparılır. Bəlli olduğu kimi, prezidentlər arasında telefon danışığı olub, eləcə də iki ölkənin xarici işlər idarələri arasında əlavə məsləhətləşmələr aparılıb» - deyə nazir müavini vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə sərhədlərin qurulması üzrə komissiyanın iclası keçiriləcək və bu, əlavə məsələlər üzrə müzakirələri yeniləməyə imkan verəcək. «Lakin hansısa bir qərar barədə danışmaq tələskənlik olardı. Hansısa bir konkretlik yaranarsa, ictimaiyyət bundan məlumatlandırılacaq» - deyə Kalandadze bildirib.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Məşhurların obrazı canlandırılacaq
|
Yazıçı-dramaturq Əli Əmirli “Siz teatrı sevirsinizmi?” adlı pyesi üzərində işləri bitirib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən ədibin sözlərinə görə, əsər onun müəllim kimi çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilib. Universitetin rektoru, professor Timuçin Əfəndiyevin ideyası əsasında yazılan pyesin sənədli-bədii kollaj janrındadır: “Bu əsərdə müxtəlif dövrlərdə yaşayan və fəaliyyət göstərən bir çox məşhur tarixi şəxsiyyət yer alıb. Burada 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə ilk yaradılan Teatr məktəbi əsasında formalaşan, zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı inkişaf mərhələlərini keçərək Teatr institutuna, daha sonra İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilən unikal sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışmışam. Bu bir həqiqətdir ki, bu gün Azərbaycanda mədəniyyətin, o cümlədən teatr kimi möhtəşəm bir sənətin istiqamətini müəyyən edən sənətkarların əksəriyyəti məhz 90 yaşlı bu təhsil müəssisəsinin yetirmələridir”.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Paytaxt bələdiyyələri bu gün
|
Çoxsaylı problemlərlə üzləşən Azərbaycan bələdiyyəsi onillik fəaliyyəti dövründə bir sıra irəliləyişə və uğura imza ata bilib. Bu sahədə əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə strukturu kimi tanınması olub. Odur ki, artıq cəmiyyətin hər bir üzvündə mənasından asılı olmayaraq, bələdiyyələr haqqında bilgi formalaşıb. Ötən dövrün təhlili də göstərib ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım ata biliblər. Lakin bələdiyyə institutunun imkanlarını nəzərə alsaq, görərik ki, bu qurumların təmsilçiləri ötən illər ərzində daha çox iş görə bilərdilər. Bir şərtlə ki, qeyd olunan orqanların fəaliyyətinə müvafiq icra orqanları tərəfindən hər hansı maneələr yaradılmamış olsun.
|
27.05.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|