“Bakı Kristal Zalı”nda məşq edən ilk 9-luq səhnənin möhtəşəm olduğunu bildirib
|
“Eurovision” Mahnı Müsabiqəsi 2012 çərçivəsində 42 ölkədən 9-nun “Bakı Kristal Zalı”nda ilk məşqi və mətbuat konfransı keçirilib. “KƏLAMİNFO” eurovision.az saytına istinadən xəbər verir ki, Monteneqro təmsilçisi Rambo Amadeus, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmari, İslandiya təmsilçisi Qreta Salome və Jonsi, Albaniyanın nümayəndəsi Rona Nişliu, Rumıniya təmsilçisi “Mandinga”, İsveçrə təmsilçisi “Sinplus”, Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla möhtəşəm səhnədə uğurlar çıxış ediblər. Qeyd edək ki, mətbuat konfransında iştirak edən təmsilçilərin hər biri jurnalistlərə Bakıya olan sevgilərini və məhəbbətlərini dilə gətiriblər. Burdakı ab-havanın ilk gündən onlara xoş təsir bağışladığını və məmnun olduqlarını söyləyiblər. Təmsilçilər arenada hər bir incəliyin bütün detallara qədər nəzərə alındığını bildiriblər.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Putinin səfər edəcəyi ilk ölkə Belarus olacaq
|
Rusiya prezidenti Vladimir Putinin səfər edəcəyi ilk ölkə Belarus olacaq. “KƏLAMİNFO” “Lenta.ru”a istinadən xəbər verir ki, hazırda Putin Belarus və Qazaxıstan arasında seçim edir. Qeyd edək ki, Putinin ilk səfər edəcəyi ölkə ABŞ olmalı idi. Prezident “Böyük səkkizliy”in Çikaqoda keçiriləcək sammitinə getməli ili. Lakin o, sonda öz yerinə baş nazir Medvedyevi göndərmək qərarına gəldi.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
|
Azərbaycanda Dövlət Məlumat Fondu yaradılacaq
|
Azərbaycanda Dövlət Məlumat Fondunun (Vahid informasiya təminatı sisteminin) yaradılması nəzərdə tutulur. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsi layihəsində maddə əksini tapıb. Bu fondda torpaq sahələrinin planlaşdırılması, tikinti layihələrinin hazırlanması və tikintinin həyata keçirilməsi üçün aparılan mühəndis-axtarış işlərinin nəticələri saxlanılır. Bu məlumatlar fondda azı 99 il saxlanılmalıdır. Fondun təşkili və iş qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
İşıqsız gözlərə nur verən insan
|
...O da zirvəyə doğru arzuladığı yolda idi. Əslində bu zirvəyə can atmırdı. Zəhməti, xeyirxah əməlləri onu bu zirvəyə çatdırırdı. Və bu enişli-yoxuşlu yolda heç bir çətinlikdən qorxmurdu, ağrı-acılardan bezmirdi. Zəhmətdən usanıb heç nəyi yarı yolda qoymurdu. Başladığı işlərin sonuna qədər getməyi bacarırdı akademik Zərifə xanım Əliyeva.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Buxara təəssüratlarım və…
|
Buxara beynəlxalq təyyarə meydanına enəndə 1968-ci ilin yayı və onun imtahan günləri kino lenti kimi gözlərimin önündə canlandı. Həyatımın ən önəmli günləri olan təhsil günlərimi təhlil etməyə başladım. 1968-ci ildə Azərbaycandan ilk dəfə olaraq Özbəkistana üç nəfər A. Paşazadə, Ə. Abbasov və mən Az. SSR nazirlər soveti nəzdində Dini işlər müvəkkilliyinin göndərişi ilə getmişdik. Hər üçümüz Daşkend şəhərində qəbul imtahanı verib Buxara Mirərəb mədrəsəsinə qəbul olduq. Təhsil səviyyəmiz yuxarı olduğundan bir aydan sonra bizi yenidən imtahan edib üçüncü kursa qəbul etdilər.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
Nyu-Yorkda rəsmi qəbul
|
Bu il ölkəmizin BMT-yə qəbul olunmasının 20-ci ildönümüdür. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
|
|
Qəzəl
|
Fani demərəm bu qoca dünyaya mən olsam. Aşiq demərəm Vamiqi-şeydayə mən olsam.
|
14.05.12 Məqaləni oxumaq
|
|
|
|