Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2012
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Obama: “Məqsədimiz “Əl-Qaidə”ni tamamilə məhv etməkdir”
    ABŞ prezidenti Barak Obama Əfqanıstana səfər edib. Səfər “Əl-Qaidə” lideri Üsamə Bin Ladenin öldürülməsinin birinci ildönümünə təsadüf edir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obama NATO-nun döyüş qüvvələrinin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra strateji əməkdaşlıq razılığı imzalayıb. Görüşdən sonra ABŞ dövlət başçısı Amerika xalqına müraciət edib. Prezident deyib ki, “bizim məqsədimiz “Əl-Qaidə”ni tamamilə məhv etməkdir. Biz Əfqanıstan müharibəsini başa vurmaq üzrəyik. 2014-cü ildə koalisiya qüvvələrini Əfqanıstanı tərk etməsindən sonra Əfqanıstanın təhlükəsizlik qüvvələri məsuliyyəti öz üzərinə götürəcək. Biz Əfqanıstanda müstəqil fəaliyyət göstərməyə qadir olan bir orduya nail olmuşuq”. Barak Obamanın Əfqanıstan səfəri 7 saat sürüb.
    02.05.12 Məqaləni oxumaq
     
    ADU-da “Salam Polşa” adlı fotosərgi keçirilib
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Salam Polşa” adlı fotosərgi keçirilib. Tədbirdə ADU-nun rektoru Səməd Seyidov, Polşanın Azərbaycandakı səfiri Mikal Labenda, səfirliyin nümayəndələri və universitetin tələbə-müəllim heyəti iştirak edib. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. Tədbirdə Polşada 3 mayın Konstitusiya günü kimi qeyd olunduğu və sərginin də bu məqsədlə keçirildiyi haqqında iştirakçılara məlumat verilib. Polşanın tarixinə nəzər salınıb, Konstitusiya gününün yaranma tarixindən danışılıb. Bildirilib ki, Konstitusiya gələcək nəsillərin və ədalətli cəmiyyətin qorunub saxlanmasına xidmət edir.
    02.05.12 Məqaləni oxumaq
     
    ADU rektoru avstriyalı jurnalistlərlə görüşüb
    Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyadan olan bir qrup jurnalistlə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə S.Seyidov Avstriya Mətbuat Agentliyinin nümayəndəsi Viola Bauerin rəhbərlik etdiyi qrupa universitet haqda məlumat verib. O, Azərbaycanın Bolonya prosesinə qoşulduqdan sonra digər universitetlərdə olduğu kimi, ADU-da da əsaslı işlər aparıldığını bildirib. Qonaqlara ADU-nun ERASMUS MUNDUS proqramlarında iştirak etdiyini bildirən professor S.Seyidov universitetin bir qrup tələbəsinin bu proqramın növbəti mərhələsində iştirak etmək üçün ötən ay Tbilisiyə yola düşdüklərini qeyd edib.
    02.05.12 Məqaləni oxumaq
     
    Azərbaycan 27 ölkə ilə hərbi sahədə müqavilələr imzalamağa hazırlaşır
    Azərbaycan 27 ölkə ilə hərbi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair müqavilələr imzalamağa hazırlaşır. “KƏLAMİNFO” Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu günədək Azərbaycan dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda 27 ölkə ilə analoji sənədlərin imzalanması müzakirə edilir. İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərə hər il Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi qatılır.
    02.05.12 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: Ştrasserin Azərbaycan əleyhinə dediyi fikirlər cəfəngdir
    “AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasser adi bir fərddir, vətəndaşdır. O, nə Almaniyanın maraqlarını ifadə edir, nə də alman xalqının və nə də Avropa Şurasının”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, K.Ştrasserin Azərbaycan əleyhinə, Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin əleyhinə dediyi fikirlər cəfəngdir. “Hamı əmin olsun ki, bu mahnı müsabiqəsi Bakıda yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın” - deyə Z.Əsgərov vurğulayıb. Vitse-spiker deyir ki, kimlərsə istəyir bəzi şəxsi məsələlərini gətirib Azərbaycanda şou yaratsın və yaxud özlərini digər dövlətlərin diqqətinə çatdırsın. “Bütün bunlar tamamilə mənasızdır, onların bu yersiz cəhdləri baş tutmayacaq” - deyə o əlavə edib.
    02.05.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Dünyanın ikili standartlarına dözmək olmur”
    “Artıq 20 ildir biz Şuşasızıq, Qarabağsızıq, bu məsələyə münasibətdə dünyanın ikili standartlarına dözmək olmur və bu standartlar təəssüf ki dəyişmir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələr zamanı vitse-spiker Bahar Muradova bildirib. B.Muradova deyir ki, Azərbaycan və Ermənistana bu məsələdə fərqli münasibətlər mövcuddur. “Azərbaycan xalqının pozulmuş haqları beynəlxalq qurumlar tərəfindən görməzliyə alınır. Bu gün dünya görmək istəmir ki, Ermənistanda uşaq və qadın qatilləri hakimiyyətə gəliblər. Mən bütün bunları rəsmi şəxs kimi yox, köçkün kimi deyirəm” - deyə B.Muradova vurğulayıb. O deyib ki, bölgədə sabitliyi təmin etmək üçün beynəlxalq təşkilatlar işğalçılığa hüquqi qiymət verməlidir. “Azərbaycan öz problemlərini öz iqtidarı ilə həll edir və bu, bir sıra qüvvələri qane etmir. Bu gün Azərbaycanın hərbi sahədə güclənməsi öz torpaqlarını qaytarmağa yönəlir.
    02.05.12 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə apreldə 384 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin aprel ayı ərzində 384 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 201-i (59-u əsaslı, 142-si isə əsassız) şikayət, 91-i sorğu xarakterli, 20-si aidiyyəti üzrə deyil, 72-si isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    02.05.12 Məqaləni oxumaq
     
    Obama «İrəli» şüarı ilə seçkilərə gedir
    ABŞ prezidenti Barak Obamanın seçki qərargahı yeni şüarla çıxış edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, «İrəli» şüarı ilə seçkiləri udmağı planlaşdıran Obamanın seçki qərargahı 7 dəqiqəlik videorolik də hazırlayıb. Bu təbliğat filmi Obamanın Ohayo və Virciniyada keçirəcəyi təbliğat mitinqlərində nümayiş etdiriləcək.
    02.05.12 Məqaləni oxumaq
     
    Bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib
    Bu gündən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib. “KƏLAMİNFO” xəbər verir ki, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT TƏhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
    01.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Müdafiə Nazirliyi Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaq
    Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Müdafiə Nazirliyinin nümayəndə heyəti mayın 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “KADEX-2012” beynəlxalq sərgisinə qatılacaq. Bundan başqa, Azərbaycan heyəti mayın 7-dən 10-dək İordaniyanın paytaxtı Əmman şəhərində keçiriləcək SOFEX-2012 xüsusi əməliyyat qüvvələri sərgisində iştirak edəcək.
    01.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    May.2012
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031