|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
Nazirlik 15 gün ərzində 750 775 manat cərimə tətbiq edib
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 1-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya Texnologiyaları Strategiyası yaradılır
|
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 13 elektron xidməti “Elektron hökumət” Portalına inteqrasiya olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya texnologiyaları sektorunun müdiri Cavid Abdulllayev deyib. C.Abdullayev “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq Komitə tərəfindən göstərilən 9 elektron xidmətin hər biri ilə əlaqədar inzibati reqlamentlərin hazırlanıb təsdiqləndiyini, onların Elektron Xidmətlər reyestrinə daxil edildiyini, Komitənin İnternet şəbəkəsinin qısa zaman ərzində yenidən qurularaq istifadəyə verildiyini, regional bölmələrinin də vahid şəbəkəyə fiber-optik xətlə qoşulmasının layihələndirildiyini, elektron imzadan istifadə və İKT-nin tətbiqinə dair geniş treninq proqramının həyata keçirildiyini vurğulayıb.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
|
İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
|
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İranda saxlanılan azərbaycanlı iki gənc şairlə bağlı münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o qeyd edib ki, bu gün yüzlərlə, minlərlə iranlı vətəndaş Azərbaycana səfər edir və biz də yüksək qonaqpərvərlik göstəririk. “Biz onların hər birini casus, ölkənin təhlükəsizliyinə təhdid obyekti kimi görsək, bu, artıq qonşuluq, dostluq münasibəti olmaz. İki gənc şairin valideynlərinin həftələrdir nə çəkdiyini təsəvvür etmək çətindir” - deyə o əlavə edib.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
“Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
|
“Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində paytaxtda gey-paradın keçirilməsi və başqa bəhanələrlə ölkəmizə qarşı təbliğat aparılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Bu məsələdə xüsusilə İranın aktivliyini qeyd edən Ə.Həsənov deyib ki, bununla bağlı İrana səfər edib və onlara izah edib ki, bizim dünyəvi quruluşumuza müdaxilə etməsinlər, necə ki, biz onların dini quruluşlarına müdaxilə etmirik. “Ancaq təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir. Hər cümə namazından sonra soruşurlar ki, sizdə gey-parad, yoxsa “Eurovision” mahnı müsabiqəsi keçirilir. Mən bilmirəm ki, gey-parad məsələsi onlarda var, yoxsa yox, haradan ağıllarına düşüb” - deyə o əlavə edib.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
|
“Bu gün elə bir situasiyada yaşayırıq ki, hər bir qüvvə Azərbaycanı öz dini düşərgəsinə çəkmək istəyir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycan müsəlmanları “Quran”ın təlqin etdiyi kimi islamı qəbul edir. “Bizim əzəldən öz dini modelimiz var. Buna baxmayaraq, xüsusilə İran həm də tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq. Tələb edirlər ki, İsraillə və digər dövlətlərlə əlaqəni kəsək. Biz İsraillə də, ABŞ-la da, Rusiyayla da, İranla da dost münasibət qurmuşuq. Xarici siyasətimiz belədir ki, Azərbaycanın ərazisindən İrana, o cümlədən İsrailə qarşı istifadə edilməsin. Biz dünyəviliyi davam etdiririk, bu isə İranın xoşuna gəlmir” - deyə PA rəsmisi əlavə edib.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
|
Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
|
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Arifin (Şıxəliyevin) “Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində” adlı monoqrafiyası çap edilib. “KƏLAMİNFO” xəbər verir ki, əsərdə Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində araşdırılıb. Kitabda milli, dini və siyasi amillər əsas götürülərək sivilizasiyaların toqquşmasının münaqişəyə təsirinə toxunulub, ABŞ, Rusiya, eləcə də Avropanın və regionun digər aparıcı dövlətlərinin münaqişəyə dair mövqeyi, konfliktin bitməməsinin əsas səbəbləri və onun həllinə mane olan amillər və s. məsələlər geniş şəkildə təhlil edilib.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputatlar Ermənistana getdilər
|
Bu gün Milli Məclisin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlar Jalə Əliyeva və Musa Quliyev qurumun 39-cu plenar iclasında iştirak etmək üçün İrəvan şəhərinə yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
|
Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Fransaya gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputat AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Parisdə keçiriləcək iclasında iştirak edəcək. Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizə, dünyada baş verən maliyyə böhranının nəticələri, sağlamlığın təminatı üçün bərabər imkanların yaradılması, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə ediləcək. Səfər mayın 23-də başa çatacaq.
|
21.05.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|