Dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək
|
Gələn ildən Azərbaycanda bütün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib.
Onun sözlərinə görə, bu il Dövlət Sosial Müdafiə Fondundan və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot olaraq bu qiymətləndirmə həyata keçirilib. Bu ilin sonunda həmin pilot layihənin nəticələri müzakirə ediləcək və qəbul ediləcək. Gələn ilin yanvarından isə bütün dövlət orqanlarında layihənin tətbiqinə başlanacaq.
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
Şagirdlərin buraxılış imtahanına gətirməli olduğu sənədlər açıqlanıb
|
Buraxılış imtahanında iştirak edəcək XI sinif şagirdləri imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı), IX sinif şagirdləri isə “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
Peyğəmbərin ünvanına qeyri-etik ifadələr işlədən erməni jurnalistə hücum olub
|
Moskvada “Exo Moskvı” və “Mayak” radiostansiyalarının avtomobil şərhçisi Sergey Aslanyana hücum olub. Jurnalist 20 bıçaq zərbəsi və beyin silkələnməsi alıb.
“KƏLAMİNFO” “Life News”a istinadən xəbər verir ki, jurnalist bu günlərdə Məhəmməd peyğəmbərin ünvanına qeyri-etik ifadələr işlədib. Bu da müsəlmanların qəzəbinə səbəb olub. Onlar Rusiya baş prokuroruna ünvanladıqları müraciətdə təhqir olunduqlarını bildiriblər.
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
YAP GB “Avroviziya-2012”-də Rumıniyanı təmsil edən “Mandinqa” qrupunun üzvləri ilə görüşüblər
|
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “Avroviziya- 2012” mahnı müsabiqəsində Rumıniyanı təmsil edən “Mandinqa” qrupunun üzvləri ilə görüşüblər. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin bütün sahələri, xüsusi ilə mədəniyyətlərarası əlaqələri uğurla əhatə etdiyi vurğulanıb.
YAP Gənclər Birliyinin sədri Bakı şəhərində “Avroviziya- 2012” mahnı müsabiqəsinin böyük müvəffəqiyyətlə keçdiyini və Rumıniyanın təmsilçisinin bu müsabiqədə iştirakının önəmini vurğulayıb. S.Orucov deyib ki, Rumınyia təmsilçisinin “Avroviziya-2012 mahnı müsabiqəsində iştirakı və ifa etdiyi mahnı Azərbaycan gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb.
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
Toronto şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
|
28 May – Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərinin meriyası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər.
Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının və Azərbaycanlı Gənclərin Kanada Şəbəkəsinin təşəbbüsü ilə keçirilib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin nümayəndəsi də iştirak edib. Mərasimdə Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri İsgəndər Qədirzadə çıxış edərək Azərbaycan Demokratik Respublikasının tarixi barədə bəhs edib.
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
Prezident Qətər Əmirinə başsağlığı verib
|
Azərbaycan Prezidenti İlham Əliyev Qətər dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə başsağlığı məktubu ünvanlayıb.
“KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Doha şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın, xüsusən də uşaqların həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qətər xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə Astanada dini liderlərin qurultayında iştirak edəcək
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Qazaxıstana səfərə yola düşüb. QMİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərdə əsas məqsəd 30-31 may tarixlərində Astanada keçiriləcək Dünya dinləri və ənənəvi dinlərin liderlərinin IV qurultayında iştirak etməkdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir keçirilmə ənənəsi qoyulmuş bu qurultayların əvvəlkilərinin də iştirakçısı olmuş QMİ sədri Şeyxülislam A.Paşazadəyə növbəti qurultayda iştirak üçün dəvət məktubunu Qazaxıstan parlamenti sədrinin xüsusi nümayəndəsi şəxsən təqdim edib.
|
30.05.12 Məqaləni oxumaq
|
|
|
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdindəki sığınacaqda 24 insan alveri qurbanı yerləşdirilib
|
Hazırda Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdindəki sığınacaqda 24 insan alveri qurbanı yerləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı sığınacağın direktoru Kəmalə Ağazadə deyib. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnsan alveri ilə mübarizə və Azərbaycan təcrübəsi: ictimai müzakirələrin keçirilməsi” adlı layihə çərçivəsində keçirdiyi ictimai dinləmədə iştirak edən K.Ağazadə bildirib ki, sığınacaqda yerləşdirilən qurbanların çoxu Sumqayıtdandır.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Ali Məhkəmənin hakimi aşağı vəzifəyə təyin olunub
|
Azərbaycan Ali Məhkəməsinin hakimi daha aşağı vəzifəyə keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Səadət Bektaşinin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılaraq qəbul olunub.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
Oqtay Əsədov: “Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb”
|
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etirazını bildirib. “Belə bir təcili qətnamənin qəbul edilməsinin qərəzli olması ilə bağlı Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanlanıb. Bir il öncə Avropa Parlamentinin yaratdığı AVRONEST-in əsas məqsədlərindən biri də odur ki, üzv ölkələrdə olan məsələlər müzakirə edilsin. Azərbaycana qarşı qəbul olunan qərarın əsas səbəbi Azərbaycanın inkişafı və ona qarşı olan qısqanclıqdır. Bütün müşahidəçilərin rəyi ilə Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi çox yüksək səviyyədə təşkil olunub. Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib. Spiker bildirib ki, bu qərar erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr tərəfindən qəbul olunub: “Bir sıra təşkilatlar anti-Azərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı öz dövlət quruculuğu yolundan heç kim döndərə bilməz”.
|
29.05.12 Məqaləni oxumaq
|
|
|
|