|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
“Eurovision”un alovu Ayan Babakişiyevanı bürüyüb
|
Hər zaman qeyri-adiliyi ilə diqqət mərkəzində olmağı xoşlayan gənc müğənni Ayan Babakişiyeva ölkəmizdə keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də maraqlı layihə həyata keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Ayan Babakişiyeva bu dəfə orijinal fotosessiyaları ilə rezonansa səbəb olub. Müxtəlif obrazlarda görünən müğənni “Eurovision”un builki loqosunu - alov və bayrağımızı üzü ilə yanaşı, saçlarında, hətta sinəsində də əks elətdirib. Stilist-vizajist Sabina İmanovanın sayəsində dəyişməyə müvəffəq olan müğənninin bu addımı fotoqraf Çingiz Seyfullayev tərəfindən görüntülənib.
|
24.05.12 Məqaləni oxumaq
|
|
|
Bələdiyyə və korrupsiya
|
Ölkəmizdə bələdiyyə institutunun yaradılma tarixi çox yaxın zamanlara təsadüf edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, ideoloji təzyiqlərdən də azad oldu və sürətlə demokratik ənənələri, idarəetmə formalarını ölkədə tətbiq etməyə başladı. Bələdiyyələr 500 nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər əhalisi olan yerlərdə yaradılır. 300 min nəfərdən çox əhaliyə malik olan şəhərlərdə şəhərin inzibati bölgüsünə görə birdən çox bələdiyyə yaradıla bilir. Məsələn, Bakı şəhərində hər rayonun ərazisində bir neçə bələdiyyə yaradılıb.
|
23.05.12 Məqaləni oxumaq
|
|
|
Prezidentin Çikaqoya işgüzar səfəri başa çatıb
|
Prezidenti İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Çikaqonun “O Hare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola salıblar.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
|
23.05.12 Məqaləni oxumaq
|
|
|
Rumıniya-Azərbaycan diasporları arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib
|
Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri ilə Dünya Rumıniya Assosiasiyaları Federasiyasının sədri Daniel Teku arasında görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə iki ölkə diasporlarının fəaliyyəti, Rumıniya və Azərbaycan arasında olan sıx münasibətlər və xalqların dostluğu haqqında söhbət açılıb.
Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev son dövrlərdə Azərbaycan diasporunun qazandığı təcrübə, əməkdaşlıq etdiyi qurumlar və xarici diaspor təşkilatları barədə məlumat verib. İ.Hacıyev Azərbaycan və Rumıniya diasporlarının yaxınlığı, bu diasporların birgə fəaliyyəti istiqamətləri üçün təklif olunan layihələrdən danışıb, bu əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
|
23.05.12 Məqaləni oxumaq
|
|
|
Elman Abdullayev: Səfirin geri çağırılması ilə bağlı təzadlı məqamlar var
|
“İranın Azərbaycandakı səfirinin geri çağırılması məsləhətləşmələr xarakterli olduğu bildirilir. Bu barədə Azərbaycanın İrandakı səfirinə də məlumat verilib”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
O, həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı təzadlı məqamlar var. Çünki İranın bir çox dairələrində səfirin geri çağırılması nəyəsə reaksiya kimi dəyərləndirilir: “Bu da onu göstərir ki, İranda bu məsələ ilə bağlı fikir ayrılığı, təzadlı fikirlər mövcuddur. Bir çoxları Azərbaycanın inkişafı, buraya çoxlu sayda xarici qonaqların gəlməsini həzm edə bilmir. İranın özündən də kifayət qədər azərbaycanlı turistlər gəlib”. E.Abdullayev bildirib ki, Azərbaycana heç nəyi diktə etmək mümkün deyil və ölkəmiz müstəqil siyasət yürüdür: “Azərbaycan dünyaya açıq qapı siyasətini davam etdirəcək”.
|
23.05.12 Məqaləni oxumaq
|
|
|
AJQA Azərbaycanı Gürcüstan mediasına tanıdır
|
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gürcüstan mediasında Azərbaycan haqqında” layihəsinə start verib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən layihənin koordinatoru Sevil Yusifova bildirib ki, Gürcüstanda səfərdə olub, aparıcı media kapitanları ilə görüşüb, eyni zamanda Kvemokartli qubernatorluğunda görüşlər keçirib, Tiflis universitetində elm adamlarına layihə haqqında məlumat verib: “Gürcüstanın media mənsubları belə bir layihənin keçirilməsini alqışlayırlar və düşünürlər ki, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında bu cür layihələrin rolu böyükdür, onların sayı çox olmalıdır. Məsələ ondadır ki, indiki halda hər iki ölkənin mediası yalnız rəsmi səfərlər, yaxud seçkilər haqda məlumatlar verirlər. Bu tanıtım layihəsi isə Gürcüstan mediasında Azərbaycan haqqında daha geniş məlumat verəcək”.
S.Yusifova bildirib ki, gələn ay Tiflisdə həm media kapitanları bir araya gətiriləcək, həm də elm adamları ilə Azərbaycan və Gürcüstanın problemləri müzakirə olunacaq.
|
23.05.12 Məqaləni oxumaq
|
|
|
Səməd Seyidov: “Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar”
|
“AŞ PA-da ümumi hesabat yaz sessiyasında Avropa Şurası tərəfindən dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O qeyd edib ki, insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. “Əgər insan hüquqları araşdırılırsa, tək Azərbaycanda yox, bütün ölkələrdə araşdırılmalıdır. Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar” - deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, Avropada bəzi media orqanları da buna əsasən Azərbaycana qarşı kampaniya aparır. “Azərbaycan öhdəliklərini yerinə yetirir. Ancaq Azərbaycanı hədəf kimi seçən hansısa insanları qəbul edə bilməz” - deyə o əlavə edib.
|
22.05.12 Məqaləni oxumaq
|
|
|
Milli Qəhrəman Mübariz İbrahimova yeni mahnı həsr olunub
|
Qəhrəmanlığı ilə düşmənlərimizi sarsıdan, ölümü ilə qəhrəmanlıq tariximizin yeni səhifəsini yazan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf olunan mahnıların siyahısına biri də əlavə olunub. “KƏLAMİNFO” xəbər verir ki, “Temp” studiyası xanım ifaçılar Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalənin ifasında Qəhrəmanın şərəfli ömür yolunu ifadə edən mahnı ərsəyə gətirib.
Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri də artıq yekunlaşıb. Şölə Səfərəliyeva sözlərinə görə, çəkiliş gecə yarısına qədər davam edib. Hazırda isə klipin montaj işləri gedir. Klip tezliklə tamaşaçılara təqdim ediləcək.
Xatırladaq ki, Ş.Səfərəliyeva klipdə həkim obrazını yaradıb. Digər müğənnilər - Vüsalə, Lala (“Qan” qrupu) və Xəyalə isə müvafiq olaraq, əsgər, ana, mələk rolunda olublar. Klipdə digər milli qəhrəman Çingiz Mustafayevin də səsindən istifadə ediləcəyi gözlənilir.
|
22.05.12 Məqaləni oxumaq
|
|
|
Bir sıra qanunlara dəyişikliklər qəbul olunub
|
Milli Məclisin bu gün keçirilən iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, layihəni qanunvericilik təşəbbüsü ilə prezident göndərib. “Dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halları müəyyənləşdirilir. Birincisi, Konstitusiya Məhkəməsi hakimləri yaşı 70-ə çatanda onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. İkincisi, Konstitusiya Məhkəməsi hakimləri hakim şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verəndə” - deyə Ə.Hüseynli vurğulayıb.
|
22.05.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|