Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Məleykə Abbaszadə məktəb direktorları və valideynlərə xəbərdarlıq etdi
    “İndiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və sair korrupsiya faktlarında hallandırılsa da, artıq buna son veriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Bu barədə məktəb direktorlarına xəbərdarlıq edən TQDK sədri buraxılış imtahanlarını çox şəffaf keçirəcəklərini bildirib və valideynlərə də müraciət edib. “Əgər indiyə qədər nəsə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək. Bütün məktəb direktorları və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək” - deyə TQDK sədri vurğulayıb.
    24.04.12 Məqaləni oxumaq
     
    TQDK sədri orta məktəblərdə buraxılış imtahanlarının qaydalarını açıqladı
    Cari tədris ilində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək. “İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər” - deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edilib.
    24.04.12 Məqaləni oxumaq
     
    Strasburqda AŞ PA-nın yaz sessiyası keçirilir
    Bu gündən aprelin 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçirilir. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər. Sessiyada Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın yeni vitse-prezidentləri seçiləcək, ərəb baharının təsirləri, Suriyadakı vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, ifadə və məlumat azadlığının qorunması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Aralıq dənizində insan ölümləri və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
    24.04.12 Məqaləni oxumaq
     
    Musa Qasımlı uydurma erməni soyqırımı ilə bağlı elmi konfransda iştirak edəcək
    Bu gün Milli Məclisin deputatı Musa Qasımlı Türkiyənin İstanbul şəhərinə səfərə yola düşüb Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, millət vəkili Aydın Universitetində keçiriləcək uydurma erməni soyqırımı ilə bağlı elmi konfransda iştirak edəcək. Tədbirdə Musa Qasımlı “Erməni soyqırımı oldumu? Tarix nə deyir?” mövzusunda məruzə ilə çıxış edəcək. Səfər aprelin 25-də başa çatacaq.
    24.04.12 Məqaləni oxumaq
     
    İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir
    İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir. ”KƏLAMİNFO” xəbər verir ki, Aviqdor Libermanın keçirəcəyi rəsmi görüşlərdə ikitərəfli münasibətləri müzakirə edəcək, Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edəcək, Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşəcək. Səfər Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub.
    23.04.12 Məqaləni oxumaq
     
    İnkluziya, inkluziv təhsil və onun tarixi
    Məktəb insanın yalnız bilik aldığı bir məkan deyil-bu məkanda həmin insan həm  əqli, həm psixi, həm də sosial baxımdan formalaşır. Bu baxımdan məktəbin uşaqların həyatında oynadığı rol önəmlidir. Məktəbin işinin uğurluluq şərtlərindən biri də düzgün qurulmuş təhsil sistemidir.
    19.04.12 Məqaləni oxumaq
     
    Abidələrin mühafizəsi necə təşkil olunur?
    1992-ci ilə qədər tarix və mədəniyyət abidələrinin qorunması ilə Mədəniyyət Nazirliyi nəzdində Abidələrin Mühafizəsi İdarəsi məşğul olurdu. 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzdində 2000-ci ilədək  fəaliyyət göstərmiş olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası üzrə Dövlət Komitəsi yaradıldı.
    18.04.12 Məqaləni oxumaq
     
    Gənclər korrupsiyaya qarşı mübarizə təşəbbüsü ilə çıxış etdilər
    Dünya Bankının nəzdində fəaliyyət göstərən “Gənclərin Global Antikorrupsiya Şəbəkəsi” (GYAC) gənclərin korrupsiya ilə mübarizəsi çərçivəsində yeni bir təşəbbüslə çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, şəbəkənin Cənubi Qafqaz üzrə eksperti və İdarə Heyətinin üzvü Vüsalə Hüseynlinin verdiyi məlumata görə, Büronun son qərarına görə gənclərin bu təşəbbüsün dəstəklənməsində kütləviliyi təmin etmək və onlara dünyanın dili ilə müraciət etmək üçün bunu musiqinin dilinə çevirməklə bağlı qərar qəbul olunub. Təbliğat çarxı olduqca maraqlı alınıb. Biz düşünürük ki, əgər bu istiqamətdə dünyada neqativ hallar varsa, bununla sivil qaydada, qanunlar çərçivəsi ilə yanaşı, musiqi dili ilə də mübarizə aparmaq mümkündür. Bu da maarifləndirmənin bir yoludur. İnanıram ki, bu metod çox effektli rol oynayacaq. Təbii ki son qərarı yenə də gənclər verəcək”-deyə V.Hüseynli vurğulayıb.
    18.04.12 Məqaləni oxumaq
     
    BMT: Suriya hökuməti müşahidəçilərin sərbəst hərəkətini təmin etməlidir
    BMT-nin baş katibi Pan Ki-Mun Suriya hökumətinin atəşkəsə əməl olunmasını monitorinq etmək üçün ölkəyə gələn beynəlxalq müşahidəçilərin hərəkət azadlığı və təhlükəsizliyinə cavabdeh olduqlarını bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, atəşkəsin çox kövrək olduğunu, ancaq dialoqun başlanması üçün vacibliyini də fikirlərinə əlavə edib. Baş katib müxalifət qüvvələrinin də buna əməl etməli olduğunu deyib. Aprelin 12-dən bəzi şəhərlərdə ara-sıra döyüşlər getsə də, ümumilikdə atəşkəs rejimi qüvvəyə minib.
    18.04.12 Məqaləni oxumaq
     
    “Eurovision” üçün jurnalistlərin akkreditasiya prosesi başa çatmaq üzrədir
    “Eurovision” Mahnı Müsabiqəsini yalnız akkreditasiyadan keçmiş yerli və xarici media nümayəndələri işıqlandıra biləcək. Xatırladaq ki, akkreditasiya sistemi fevralın 15-dən etibarən açıqdır. Bu proses ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçirilir. Qeydiyyat aprelin 20-dək davam edəcək.

    Akkreditasiya sistemi başa çatdıqdan sonra qeydiyyatdan keçən jurnalistlərə təsdiq "e-mail"ləri göndəriləcək. Qeydiyyatdan keçmiş jurnalistlər sənədlərini şou ərəfəsində Mətbuat Mərkəzində yerləşən Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər.
    Qeyd edək ki, Mətbuat Mərkəzi “Bakı Kristal Zalı” yaxınlığında inşa edilib. Sahəsi 5000m2 olan Mətbuat Mərkəzinin tikintisi artıq başa çatıb. Burada akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin rahat işləməsi üçün geniş imkanlar, o cümlədən yüksək sürətli internet və 775 nəfərlik kafe yaradılıb.
    18.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Apr.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30