Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Aydın Mirzəzadə: “Rusiya keçmiş SSRİ-nin törətdiklərinin varisi deyil”
    “Hesab etmirəm Dağlıq Qarabağ problemin yaranmasında birbaşa cavabdeh indiki Rusiyadır. Əlbəttə, Rusiya keçmiş SSRİ-nin varisidir, amma onun törətdiklərinin varisi deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim partiyadan olan deputat Aydın Mirzəzadə bildirib.
    13.04.12 Məqaləni oxumaq
     
    Prezident Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib
    Prezident İlham Əliyev bu gün Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan prezident İlham Əliyev Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
    13.04.12 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: “Hələ də mətbuatın iqtisadi durumunda çətinliklər var”
    “Azərbaycanda hələ də mətbuatın iqtisadi durumunda çətinliklər var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri deyib ki, dövlət bu məsələnin həllində son illər kifayət qədər dəstək göstərir və əmindir ki, bu dəstək sayəsində medianın iqtisadi problemləri tezliklə həll olunacaq. O buna misal kimi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu (KİV DF) göstərib. “Azərbaycanda medianın ən ciddi problemi olan iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət dəstəyi artırılır. Media iqtisadi baxımdan müstəqil deyilsə, cəmiyyətdə baş verən hadisələrin ictimaiyyətə obyektiv çatdıra bilməz”-deyə o əlavə edib.
    13.04.12 Məqaləni oxumaq
     
    Prezident şimal-qərb bölgəsində səfərdədir
    Prezident İlham Əliyev bu gün respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qazax rayon İcra Hakimiyyətinin başcısı Ayaz Əsgərov prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılıb. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənmiş və asfalt örtük salınıb. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb, dekorativ ağac və gül kolları əkilib. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirib. Parkda yol və səkilərin kənarları, girişi qranit və dekorativ daşlarla bəzədilib. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb və oturacaqlar qoyulub. Görülmüş işləri yüksək qiymətləndirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
    13.04.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Rusiya islam adı altında yaradılan müxtəlif təriqətlərdən təsir vasitəsi kimi istifadə edir”
    “Bu gün Rusiya islam adı ilə yaradılan müxtəlif təriqətlərdən istifadə edərək Cənubi Qafqazda, xüsusilə Azərbaycana qarşı onlardan təsir vasitəsi kimi istifadə edir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O qeyd edib ki, belə təriqətlərə istinad edən Rusiya nə vaxt bu regionda öz maraqlarına zidd nəsə görürsə dərhal onları işə salır - partlayışlar törədir, gah sərhədlərdə desant toplayır və sair. “Fikir verin, son günlər belə bir xəbər yayılır ki, Rusiya Ermənistanda yeni RLS tikmək qərarına gəlib, yaxud Ermənistan bu təkliflə çıxış edir. Bu ondan irəli gəlir ki, Azərbaycan Rusiyanın burda Voronej tipli RLS tikməsinə razılıq verməyib. Eyni zamanda, Qəbələ RLS haqqında da hələ ki ümumi razılıq olmayıb. Rusiyanın Qəbələyə verdiyi icarə pulu çox azdır. Azərbaycan Rusiyadan 300 mln. dollar tələb etsə, bu, hətta az olar. Çünki gözəl kurort ərazilərinin hamısı Rusiya RLS-nin nəticəsində heçə döndərilir” - deyə V.Quluzadə vurğulayıb.
    12.04.12 Məqaləni oxumaq
     
    Azərbaycan jurnalistləri “Eurovision 2012”-də iştirak edən ölkələrin mediasına müraciət etdi
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision 2012” ilə bağlı Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə MŞ sədri Əflatun Amaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd beynəlxalq mediada Azərbaycanın bu mahnı müsabiqəsinə hazırlıqları ilə bağlı neqativ məlumatlara qarşı müraciət ünvanlanmaqdır. O müraciətin mətnini tədbirdə iştirak edən çoxsaylı jurnalist qurumlarının rəhbərlərinə təqdim edib. Ə.Amaşov bildirib ki, bu gün xarici KİV-lərdə Azərbaycan haqda təəssüf ki, bir sıra materiallarda obyektivlik nümayiş etdirilmir. “Müxtəlif vaxtlarda ölkədə baş verən neqativ hadisələr cəmləşərək “Eurovision” ilə əlaqələndirilir”-deyə o vurğulayıb. MŞ sədri tədbir iştirakçılarına hazırladığı müraciətin mətnini oxuyub.
    12.04.12 Məqaləni oxumaq
     
    Qazaxıstanın xarici işlər və baş naziri Azərbaycana səfər edəcək
    Qazaxıstanın baş naziri Kərim Məsimov və xarici işlər naziri Erjan Kazıxanov Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında məlumat verib. Səfir deyib ki, Erjan Kazıxanovun Azərbaycana səfəri ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə reallaşacaq: “Səfər 27 avqustda baş tutacaq və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunacaq” - deyə Serik Primbetov əlavə edib. O, həmçinin vurğulayıb ki, Qazaxıstan hökumətinin rəhbərinin səfəri bu il Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı ilə bağlıdır. Serik Primbetov bu ilin ikitərəfli münasibətlərin inkişafı üçün uğurlu bir il olacağını vurğulayıb.
    12.04.12 Məqaləni oxumaq
     
    İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub
    Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, məlumat verilib ki, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir Bildirilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılıb. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaq.
    12.04.12 Məqaləni oxumaq
     
    Prezident Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə məlumat verilib ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılıb, apreldə sona çatdırılıb. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
    12.04.12 Məqaləni oxumaq
     
    Fransada prezident seçkiləri kampaniyası rəsmən start götürüb
    Fransada rəsmən prezident seçkiləri kampaniyası start götürüb. Hesablamalara görə, seçkilər 228 mln. avroya başa gələcək. Bu vəsaitin 114,5 mln-nu dövlət verəcək. «KƏLAMİNFO» «Kommersant»a istinadən yazır ki, namizədlərdən hər biri öz kampaniyasına birinci turda 16,851 mln. dollar sərf edə bilər. Mayın 6-da keçirilə biləcək ikinci turda isə 22 mln. vəsait sərf oluna bilər. Məlumat üçün bildirək ki, yəhudi məktəblilərinə atəş açmış Məhəmməd Meriyə qarşı keçirilən əməliyyatdan sonra prezident Nikola Sarkozinin nüfuzu artıb. Nəticədə sosialist rəqibi Fransua Ollandla onun reytinqi bərabərləşib - 28 faiz. Çox güman ki, «Tuluza qatili» kimi hadisələr ortaya çıxmasa, kəskin fərq yaranmayacaq. Qəzet yazır ki, ilk baxışdan hiyləgər təsir bağışlayan bu əməliyyatı Sarkozinin seçkiqabağı addımı kimi düşünənlər yanıla da bilərlər.
    12.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30