Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Davudoğlu: "İsraili heç bir zəmində tərəfdaş ölkə kimi görmürük"
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu yaxın günlərdə keçiriləcək NATO toplantısında İsrailin də iştirak etmək istədiyi, ancaq Türkiyənin buna veto qoyduğuna dair iddialara cavab verib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Davudoğlu Türkiyənin İsraili heç bir zəmində tərəfdaş kimi görmədiklərini deyib: “Biz “Mavi Mərmərə” hadisəsi və ondan sonrakı proseslərə görə İsraili heç bir zəmində ortaq kimi görmürük. NATO prinsipləri baxımından da yanaşdığımız zaman İsrail vətəndaşlarımızı beynəlxalq sularda sistemli ordu tərəfindən qətlə yetirib. İsrail özünün xoş niyyətini Türkiyəyə göstərəcək şəkildə nümayişi etdirmədiyi, hörmətli baş nazirimiz və hökumətimiz tərəfindən irəli sürülən tələbləri yerinə yetirmədiyi müddətcə bizim tərəfimizdən əməkdaşlığa uyğun ölkə kimi dəyərləndirilə bilməz”.
    25.04.12 Məqaləni oxumaq
     
    Suriyada zorakılıqlar davam edir
    Suriyanın ayrı-ayrı şəhərlərində hələ də hökumət qoşunları və hərbi texnika qalır. Bunu Suriyadan çəkilmiş peyk görüntüləri göstərir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın mətbuat katibi Əhməd Fauzi məlumat verib. Suriyanın Homs şəhərindən yeni zorakılıqlarla bağlı məlumatlar yayılıb. Elə həmin gün Suriyanın rəsmi informasiya agentlikləri Dəməşqdə Bəşər Əsəd əleyhdarlarının dövlət idarələrində işləyən 3 şəxsi öldürməsi haqda xəbər yayıb.
    25.04.12 Məqaləni oxumaq
     
    ABŞ-ın müdafiə naziri: Kolumbiya Latın Amerikası ölkələrində narkotiklərlə mübarizəyə liderlik edir
    ABŞ-ın müdafiə naziri Leon Panetta bir zamanlar narkotik müharibələrindən sarsılan Kolumbiyanın indi Latın Amerikası ölkələrində narkotiklərə qarşı mübarizəyə liderlik etdiyini bildirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, nazir bu sözləri bir həftəlik Cənubi Amerika səfərinin ilk dayanacağı olan Boqotada deyib. Leon Panetta Kolumbiya prezidenti Huan Manuel Santosla görüşüb, Cənubi Amerika qüvvələrinin yerləşdiyi hərbi hava bazasını ziyarət edib. ABŞ-ın müdafiə naziri səfəri çərçivəsində Braziliya və Çilidə də olacaq.
    25.04.12 Məqaləni oxumaq
     
    YAP Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxışвЂќ İnkişaf Konsepsiyası ilə bağlı tədbir keçirib
    Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxışвЂќ İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin iştirakı ilə tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Birliyin sədri Seymur Orucov tədbirdə gənclərin informasiya kommunikasiya, sosial sahə və sair ilə bağlı təkliflərinin müzakirə edilib layihə şəklinə salınacağını bildirib. O qeyd edib ki, konsepsiyanın hazırlanmasında gənclərin təklifi mütərəqqi hadisədir.
    25.04.12 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Diplomatlar getsinlər qaçqın və məcburi köçkünlərlə görüşsünlər”
    Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər və diplomatik korpus nümayəndələrinin İctimai Palatanın üzvləri ilə görüşünə münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, vitse-spiker diplomatik missiyaların fəaliyyəti ilə bağlı konvensiyada belə məsələlərin nəzərdə tutulduğunu bildirib: “Biz buna faciə kimi baxmırıq. Diplomatlar görüşə və söhbət edə bilərlər. Amma niyə onlar məhz bu insanlarla görüşürlər, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Onlar getsinlər Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünləri ilə görüşsünlər! Niyə onlar qaçqınlarla görüşmürlər?! Amma sabitləşmiş Azərbaycanın stabilliyini pozmağa meyil edən qüvvələrlə görüşürlər”. Ziyafət Əsgərov bu görüşləri analiz edərkən belə bir fikrə gəlib ki, burada məqsəd həmin qüvvələri qızışdırmaqdan ibarətdir.
    25.04.12 Məqaləni oxumaq
     
    AMEA-da 2011-ci ilin yekunlarına dair yığıncaq keçirilir
    AMEA-nın illik ümumi yığıncağı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AMEA-nın prezidenti Mahmud Kərimov, Akademiyanın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin, ali məktəblərin rəhbərləri, ictimai təşkilatların nümayəndələri və millət vəkilləri iştirak edir. Yığıncağın gündəliyinə AMEA prezidentinin çıxışı, akademik Vaqif Fərzəliyevin AMEA-nın 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat dinləniləcək. Qeyd edək ki, yığıncağın işindən əvvəl elmi-tədqiqat müəssisələrinin rəhbərləri akademik Ramiz Mehdiyevə görülən işlər, nəşr olunan kitablar, hesabatlar haqqında məlumatlar veriblər.
    25.04.12 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib
    Ermənilər aprelin 24-də saat 10.55-dən 11.00-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.40-dan 21.45-dək Ermənistanın Berd rayonu Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 18.00-dan 18.20-dək Ağdam rayonu Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.00-dan 19.25-dək və 20.05-dən 20.10-dək Tərtər rayonu Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.15-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.20-dən 14.40-dək, 14.30-dan 14.40-dək, 14.40-dan 14.50-dək, aprelin 25-də saat 01.50-dən 02.00-dək və 06.00-dan 06.10-dək Füzuli rayonu Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.50-dən 00.55-dək Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.10-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.
    25.04.12 Məqaləni oxumaq
     
    Putin Medvedyevə “Vahid Rusiya”ya sədrliyi təklif etdi
    Rusiyanın baş naziri Vladimir Putin dövlət başçısı Dmitri Medvedyevə “Vahid Rusiya” Partiyasının sədri postunu təklif edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Putin mayın 7-də keçiriləcək andiçmə mərasimindən sonra partiyaya rəhbəri səlahiyyətlərini təhvil verəcəyini bildirib: “Bizim siyasi təcrübədə prezident partiya fövqündə duran bir fiqur hesab olunur. Ona görə də partiya rəhbərliyindən və üzvlərindən mayın ikinci yarısında növbədənkənar qurultay çağırmağı xahiş edəcəm. Dmitri Medvedyev əvvəllər Vahid Rusiya Partiyasına başçılıq edib. Onu baş nazir postuna namizəd irəli sürəcəm. Onun həm də partiyaya rəhbərlik etməsi düzgün olardı”.
    25.04.12 Məqaləni oxumaq
     
    Prezident Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib
    Prezident İlham Əliyev nativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, nativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov prezident İlham Əliyevə məlumat verib ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır. Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsib və müəssisənin altımərtəbəli inzibati binası ilə tanış olub. Bildirilib ki, inzibati bina bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada işçilərin səmərəli fəaliyyəti üçün hər cür imkan var. Zavod tam kompyuterləşdirilib, “Wi-Fi” şəbəkəsi yaradılıb. İşçilərin istirahəti üçün ayrıca sağlamlıq zalı da fəaliyyət göstərir.
    25.04.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü nəzərdə tutulur. Elmar Məmmədyarov eyni zamanda, Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.
    25.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Apr.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30