Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    TQDK sonuncu sınaq imtahanının vaxtını açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün sonuncu sınaq imtahanının vaxtını açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. May ayının 20-də cari tədris ili üçün sonuncu sınaq imtahanı keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.
    27.04.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı jurnalistlər Türkiyədə görüşlər keçiriblər
    Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin Ankarada görüşləri başlayıb. Azərbaycan Mətbuat Şurası və Türkiyənin Baş Bakanlığı yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsində reallaşdırılan bu səfərdə ölkəmizin 10 şəhər və rayonunda nəşr olunan yerli qəzetlərin baş redaktorları, dövlət qəzet və informasiya agentliklərinin bölgə müxbirləri təmsil olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər.
    27.04.12 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb
    Bu vaxta qədər Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı EİF-nin icraçı direktoru Elçin Babayev deyib. E.Babayev bildirib ki, plagiat işlər aşkarlanan zaman və bununla bağlı aparılan müzakirələr o qədər gərgin keçib ki, bəzi alimlər anonimlik şərtini pozmağa da razılı olub, öz adlarının göstərilməsini istəyiblər: “Biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq. Hətta belə polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab vermişdi”. E.Babayev onu da deyib ki, elm sahəsində hüquq pozuntusu halları o qədər çox deyil: “ Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq”.
    27.04.12 Məqaləni oxumaq
     
    Medvedyev özünü təriflədi
    Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, onun dövlət başçısı olduğu dövrdə Rusiya vətəndaş azadlıqlarının inkişaf planında xeyli irəliləyib. “KƏLAMİNFO” xəbər verir ki, beş telekanala müsahibəsində prezident «kiməsə bu proses kövrək, kiməsə həddini aşmış kimi görünə bilər» deyib. “Lakin mənim qənaətimcə, biz irəliyə doğru getmişik və çox ciddi şəkildə” - deyə o əlavə edib. Medvedyev təklif edib ki, müxtəlif meydanlara çıxan insanların mövqeyi ilə maraqlanılsın.
    27.04.12 Məqaləni oxumaq
     
    “Eurovision–2012”-nin Mətbuat Mərkəzi mayın 13-dən açılacaq
    “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzi mayın 13-dən açılacaq. “Bakı Kristal Zalı”nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb. Eurovision.az saytı yazır ki, burada 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif müsahibələr ala biləcək. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində həmçinin eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək. Bundan başqa jurnalistlərin rahatlığı üçün kafeteriyanın olduğu istirahət zonası da yaradılıb.
    27.04.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb
    Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Görüş zamanı E.Məmmədyarov Britaniyalı parlamentarilərə Azərbaycanda gedən dövlət quruculuğu prosesi və ölkəmizin Avropa məkanı üçün geostrateji əhəmiyyəti haqqında məlumat verib. Bununla yanaşı Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizin iştirakı ilə reallaşdırılmış irimiqyaslı enerji layihələrindən söz açan E.Məmmədyarov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin doğurduğu nəticələr, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları barəsində qonaqlara məlumat verib. E.Məmmədyarov həmçinin Azərbaycanın xarici siyasət uğurlarına toxunmuş, Böyük Britaniya ilə ölkəmiz arasında bütün sahələrdə dərinləşən münasibətləri vurğulayıb. Bundan əlavə nazir Azərbaycanın Əfqanıstanda sabitliyin bərpası və inkişafına verdiyi töhfələri də qonaqların diqqətinə çatdırıb.
    27.04.12 Məqaləni oxumaq
     
    Azərbaycanda dövlət qurumları 1000-dən çox elektron xidmət göstərir
    Bu gün Azərbaycanda dövlət qurumları artıq 1000-dən çox elektron xidmət göstərir. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, bu rəqəm təqribən 8 dövlət qurumunu əhatə edir. Nazir müavini bildirib ki, e-xidmətlərin sayı gündən-günə artmaqdadır. E.Vəlizadə əlavə edib ki, vətəndaşların istər kompyuterlə, istərsə də mobil telefonlarla dövlət orqanlarına müraciət etməsini asanlaşdırmaq üçün artıq şlüz yaradılıb: “Eyni zamanda, e-hökumətin formalaşdırılmasına ölkədə antikorrupsiya fəaliyyətinin tərkib hissəsi kimi baxılır.
    27.04.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “İsrail heç vaxt Azərbaycandan İrana zərbə vurmaq fikrində ola bilməz”
    “Bu gün dünyada aparıcı rol oynayan yəhudi lobbisinə İsrailin kifayət qədər ciddi təsiri var və təbii ki, inkişaf edən İsrail-Azərbaycan əlaqələrində bundan Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etmək olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O qeyd edib ki, bu yaxınlarda İsrail xarici işlər naziri A.Libermanın Bakıda keçirdiyi görüşlər də bu baxımdan əhəmiyyətli hesab oluna bilər. “Bu gün Azərbaycan-İsrail əlaqələrinin inkişafından daha çox İran qıcıqlanır. Çünki İsrail İranın bir nömrəli düşmənidir, İran hakimiyyətinə son qoymağa qərar verib. Lakin bir məsələ aydındır ki, İsrail heç vaxt Azərbaycandan İrana zərbə vurmaq fikrində ola bilməz. Çünki Azərbaycan buna razılıq verməz” - deyə V.Quluzadə vurğulayıb. Politoloq deyir ki, İran diplomatları düzgün nəticə çıxarmaq niyyətindədirsə bunu anlamadırlar. “Azərbaycanın İsraillə münasibətlərinin nəticəsində yeganə dəyişə bilən hal Dağlıq Qarabağ münaqişəsinin həlli ola bilər” - deyə o əlavə edib.
    27.04.12 Məqaləni oxumaq
     
    “Əsas məqsəd elm və biznesin birliyinə nail olmaqdır”
    İlqar Orucov: “Gənc alimlərimizin elmdə qalması və onların daha effektiv fəaliyyət göstərmələrinə dəstək lazımdır”

    AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi İlqar Orucov gənc alimlərin fəaliyyəti, onların sosial-iqtisadi vəziyyəti, elmə gətirdikləri yeniliklər və digər məsələlərlə bağlı “Azadinform”un suallarını cavablandırıb.

    - İlqar müəllim, gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz təkliflərin  reallaşması istiqamətində hansı yeniliklər var?

    - Gənc alimlərin mənzillə təmin edilməsinə münasibət müsbətdir, amma bununla bağlı konkret qərar yoxdur, hələlik gözləyirik. Təkliflərimiz "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına salınıb. Eyni zamanda bu məsələ Elmin İnkişafı ilə bağlı Milli Strategiyada da nəzərə alınıb. Hələlik bununla bağlı ortada rəsmi yekun qərar yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq və təbii ki, bir daha müraciətimiz olacaq.

    - Yenidən edəcəyiniz müraciət nədən ibarət ola bilər?

    - Müraciətimiz yenə də ipoteka şərtlərinin yüngülləşdirilməsi ilə bağlı olacaq. Düzdür, bununla bağlı iş gedir, ancaq istəyirik ki, bu proses sürətləndirilsin. Müraciətdə, həmçinin gənc alimlərin sosial problemləri ilə bağlı məsələ olacaq. Bu, heç də asan məsələ deyil və buna zaman lazımdır. Amma hesab edirəm ki, çox gözləməyin də bir səmərəsi yoxdur. Çünki bizim alimlər var ki, mənzil-məişət şəraiti ilə bağlı ciddi problemlərlə üzləşirlər. Hesab edirəm ki, bu işləri sürətləndirmək vacibdir.
    26.04.12 Məqaləni oxumaq
     
    Kamran İmanov: “Plagiatlıq xüsusən Rusiyadan edilir”
    “Elmi əsərlər içərisində çoxlu plagiat işləri var. Son vaxtlar belə işlər daha çox müşahidə olunur”. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda açıqlamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov verib. Sədrin sözlərinə görə, plagiatlıq xüsusən Rusiyadan edilir. “Bunlar demək olar ki, tərcümə olunan əsərlərdir. Azərbaycanda ən çox müəlliflik hüququ 1-ci elmi əsərlər, 2-ci media, 3-cü isə musiqi sahəsində pozulur” – deyə K.İmanov vurğulayıb.
    26.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30