Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    “Eurovision”la bərabər həndbol üzrə çempionatda da yarışacaq
    Finlandiyanın 57-ci “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Pernilla Karlsson yazda iki mühüm yarışda iştirak edəcək. Onlardan biri idman, digəri isə musiqi ilə bağlıdır. Həndbol üzrə milli yığmanın üzvü “Eurovision”la yanaşı, bu il həm də Finlandiyada həndbol üzrə çempionatda yarışacaq. Hər bir hərəkətində qardaşını nümunə götürən Pernilla Karlsson idmana gəlişini belə xatırlayır: “15 il bundan əvvəl qardaşımın ardınca mən də həndbol oynamağa başladım. İdman mənim üçün çox vacibdir. Həyatımı əlimdə top olmadan təsəvvür etmirəm. Digər tərəfdən musiqisiz də yaşaya bilmərəm”. Pernilla həm idman, həm də musiqi sahəsində əsas tərəf müqabilinin qardaşı olduğunu söyləyir. Finlandiya təmsilçisi hazırda həm “Eurovision” şousuna hazırlaşır, həm də gündəlik həndbol məşqlərində iştirak edir. Qeyd edək ki, Finlandiya təmsilçisi “Bakı Kristal Zalı”nın səhnəsinə mayın 22-dəki birinci yarımfinalda 9-cu çıxacaq.
    25.04.12 Məqaləni oxumaq
     
    ABŞ-ın Ermənistandakı səfiri genosid sözünü dilə gətirməyib
    ABŞ-ın Ermənistandakı səfiri Con Heffern yenə ermənilərin arzusunu ürəyində qoyub. Belə ki, bu gün ermənilərin qondarma soyqırımı abidəsi önündə erməni jurnalistlərin suallarını cavablandıran səfir bildirib ki, « ermənilərin qətliamının qurbanlarının xatirəsini yad etməyə gəlib». “KƏLAMİNFO” “PanArmenian”a istinadən xəbər verir ki, bu zaman o, genosid sözünü dilinə gətirməyib.
    25.04.12 Məqaləni oxumaq
     
    RİTN “Eurovision” hazırlıqlarını yekunlaşdırmaq üzrədir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Eurovision”la əlaqədar tədbirlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, RİTN-in əmri ilə “Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı daxili Tədbirlər Planı” təsdiq edilib.
    25.04.12 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi yeni müsabiqə elan etdi
    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) yeni müsabiqə elan edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya mərkəzdən veriblər. Belə ki, İSİM tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında fotomüsabiqə elan edir. Bu barədə daha geniş məlumat www.isim.az saytında yerləşdirilib.
    25.04.12 Məqaləni oxumaq
     
    AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair sənəd müzakirə edilib
    Bu gün Strasburqda AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. “KƏLAMİNFO”nun xəbərinə görə, Komitənin üzvü Elxan Süleymanovun da iştirak etdiyi iclasda Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib. E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrekin 31 yanvar – 2 fevral 2012-ci il tarixdə ölkəmizə faktaraşdırıcı missiya ilə səfər edib. Həmməruzəçilər Azərbaycanda keçirdiyi bir sıra görüşlərin nəticələrinə dair məlumat qeydi adlı sənəd hazırlayaraq Monitorinq Komitəsinə təqdim ediblər.
    25.04.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Müxalifət fərsizliyi ilə yanaşı, yalançılığını da nümayiş etdirir”
    “Bir qrup müxalifət son vaxtlar keçirdiyi mitinqlərdə iştirakçıların sayını şişirtməklə xarici dairələri özlərinə cəlb eləmək istəyir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edir ki, mitinq təşkilatçıları bunu şişirtməkdə xarici dairələrə çatdırmaq istəyirlər ki, guya burada kütləvi mitinq olub və bununla aldıqları bu və ya digər vəsaitlərə bəraət qazansınlar. “Lakin fikrimcə, çox primitiv işləyirlər, çünki özləri də xaricilərin onları müşahidə etdiklərini gözəl bilirdilər və özləri də utandıqlarından mitinqlərini axıra qədər keçirə bilmirlər, az keçməmiş dağılıb gedirlər” - deyə M.Qurbanlı vurğulayıb. Hakim partiyadan olan deputat deyir ki, müxalifət bu aksiyalarda fərsizliyi ilə yanaşı, yalançılığını da nümayiş etdirir.
    25.04.12 Məqaləni oxumaq
     
    Prezidentin mətbuat xidməti: “Azadlıq” qəzeti yalan məlumatla bağlı təkzib verməklə üzr istəməzsə...
    Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti “Azadlıq” qəzetində prezident İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, bir çox halda təhqiramiz və təxribat xarakterli materiallar dərc edilməsi ilə bağlı məlumat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, məlumatda bildirilir: “Uzun müddətdir “Azadlıq” qəzeti ardıcıl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib. Məsələ ilə əlaqədar bildiririk ki, Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. “Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.
    25.04.12 Məqaləni oxumaq
     
    Prezident Sumqayıtda ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib
    Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olub, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılıb.
    25.04.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
    Azərbaycanda cari tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. “İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək” - deyə M.Abbaszadə vurğulayıb. Qeyd edək ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi.
    24.04.12 Məqaləni oxumaq
     
    Jurnalistlər üçün yeni seminarlara start verilib
    Bu gün Bakıda USAİD və “Lider Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Qadın hüquqları və gender bərabərliyi” adlı yeni seminara start verilib. “KƏLAMİNFO” xəbər verir ki, birliyin sədri, deputat Məlahət İbrahimqızı seminar barədə məlumat verib. Bakıda seminar iki gün davam edəcək. Seminarlar Şəmkir, Gədəbəy, Xızı və Qobustan rayonlarında da keçiriləcək. Seminarın keçirilməsində əsas məqsəd jurnalistlərin qadın hüquqlarının qorunmasında maarifləndirici yazılar yazmağa cəlb etmək və gender bərabərliyi təbliğidir. Seminarlar USAİD tərəfindən dəstəklənən layihə çərçivəsində həyata keçirilir.
    24.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30