|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
Rəhim Hüseynov: “Azərbaycanda hər 100 nəfərin 68-i internet istifadəçisidir”
|
Azərbaycan Marketinq Cəmiyyəti (AMC) ölkədə informasiya-texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi ilə bağlı araşdırma aparıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün araşdırmanın nəticələrinin təqdimatı keçirilib. Tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, o cümlədən İKT şirkətlərinin nümayəndələri iştirak edib.
Təqdimatla çıxış edən AMC İdarə Heyətinin sədri Rəhim Hüseynovun sözlərinə görə, araşdırmanın nəticələri göstərir ki, 2011-ci ildə ölkə ərazisində ev təsərrüfatlarının 56 faizində ən azı 1 kompyuter var və ölkədə hər 100 nəfərə düşən kompyuterlərin orta hesabla sayı 22-dir: “Hər 100 nəfərə düşən internet istifadəçisinin sayı 68-dir. Bu isə dünya üzrə orta göstəricidən təqribən 2 dəfə çox deməkdir.
|
07.04.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda qeyri-hökumət sektorunun inkişafı
|
Müstəqillik dövründə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai birliklərdən, fondlardan və digər qeyri-hökumət təşkilatlarından ibarət qeyri-hökumət sektoru formalaşmışdır. Bu proseslərin təhlili göstərir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçmişdir.
|
06.04.12 Məqaləni oxumaq
|
|
|
“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilib
|
Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərdə qeyd olunur ki, hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Hazırda isə yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyil. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu dəyişikliklər radalarla bağlı baş verən sui-istifadə hallarının qarşısını alacaq.
|
06.04.12 Məqaləni oxumaq
|
|
|
Şuranın dəstəyi ilə “Bakı şəhərinin ətraf mühitinin mühafizəsi təşəbbüslərinə ictimai dəstək” layihəsinin icrasına başlanılıb
|
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı şəhərinin ətraf mühitinin mühafizəsi təşəbbüslərinə ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər.
Layihənin məqsədi ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarətdir. Layihənin icrası zamanı əsasən maarifləndirməyə üstünlük veriləcək. Həyata keçirilən yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasəti daha geniş təbliğ olunacaq. Bakı şəhəri və Abşeron yarımadasında icra olunacaq layihənin icra müddəti 4 aydır.
|
06.04.12 Məqaləni oxumaq
|
|
|
Monteneqronun “Eurovison” təmsilçisi konsert verəcək
|
Bakıda keçiriləcək “Eurovison-2012”-də Monteneqronu təmsil edəcək Rambo Amadeus Makedoniyada konsertə hazırlaşır. “KƏLAMİNFO” xəbər verir ki, Skopyedə keçiriləcək konsert mayın 5-də olacaq. UNİCEF-in səfiri kimi də fəaliyyət göstərən Rambo Amadeus jazz-funk janrının mahir ifaçısı kimi tanınır.
O, mahnılarında satiradan da istifadə edir. Rambo Amadeusun bu il “Eurovison” Mahnı Müsabiqəsində oxuyacağı "Euro Neuro" mahnısı da satirik janrdadır.
Xatırladaq ki, Monteneqro təmsilçisi “Eurovison-2012”-nin birinci yarımfinalda səhnəyə çıxacaq ilk müğənni olacaq.
|
06.04.12 Məqaləni oxumaq
|
|
|
Klintondan İrana sərt xəbərdarlıq
|
ABŞ dövlət katibi Hillari Klinton İrana qarşı diplomatiya yolunun sonsuzluğa qədər davam etməyəcəyini, bütün variantların masa üzərində olduğunu deyib.
Klinton Tehranı nüvə proqramıyla bağlı narahatlıqlara cavab verməyə çağırıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, dövlət katibi diplomatik həll üçün zamanın məhdud olduğunu bildirərək Tehrandan dərhal müzakirələrə başlamasını istəyib. Tehranın mübahisəli nüvə silahı proqramıyla bağlı beynəlxalq birliyin narahatlıqlarına cavab verməyə başlamasının vacibliyini vurğulayan Klinton əks halda bu ölkəyə qarşı təzyiqlərin və izolyasiyanın davam edəcəyini söyləyib.
O, ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları gündəlikdə saxladığını, ancaq diplomatiya üçün bir pəncərənin açıq olduğunu da bildirib.
|
06.04.12 Məqaləni oxumaq
|
|
|
Levon Ter-Petrosyan ölkədə olmayan 700 min insanın seçici siyahılarına salınmasından narahatdır
|
Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan ABŞ səfirinin ardınca bu dəfə Fransanın Ermənistandakı səfiri ilə görüşüb.
«KƏLAMİNFO» «Armenia Today»ə istinadən xəbər verir ki, səfir Anri Renonun xahişi ilə o, qarşıdan gələn parlament seçkilərində qanunçuluğun necə təmin olunması və müşahidələri ilə bağlı fikirlərini bölüşüb. Levon Ter-Petrosyan xüsusən də səfirə ölkədə olmayan 700 min insanın seçici siyahılarına salınmasından narahatçılığını ifadə edib. O, xüsusilə qeyd edib ki, bu, hakimiyyətin əlində əsas saxtakarlıq resursudur.
|
05.04.12 Məqaləni oxumaq
|
|
|
“Qərbin İrana tətbiq etdiyi sanksiyalarda Bakının tutduğu mövqe ən doğru mövqedir”
|
“Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda istənilən sahədə - iqtisadi, siyasi və geostrateji baxımdan önəmli ölkədir. Ona görə də regiondakı istənilən gərginlik üçün Azərbaycanın mövqeyi Avropa üçün əhəmiyyətlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avronest PA-nın həmsədri Kristian Vigenin bildirib.
O qeyd edib ki, bu gün Qərbin Azərbaycanla qonşu olan İrana tətbiq etdiyi sanksiyalardan Bakının tutduğu mövqe ən doğru mövqedir. Azərbaycanın istər tarixi baxımdan, istərsə də hazırkı strateji mövqeyi baxımından durumu, regionda baş verə biləcək hansısa münaqişənin buradan yan keçməməsi başa düşüləndir. Bu baxımdan Avropa arzu edər ki, İrana qarşı sanksiyalarda, baş verə biləcək hər hansı toqquşmalarda Azərbaycan zərər görməsin”-deyə K.Vigenin vurğulayıb. Həmsədr deyib ki, rəsmi Bakının da bu yöndə tutduğu mövqe və verdiyi bəyanatlar bu istiqamətdə ümidvericidir.
|
05.04.12 Məqaləni oxumaq
|
|
|
“Facebook” “Yahoo!”ya qarşılıqlı iddia qaldırıb
|
“Facebook” sosial şəbəkəsi “Yahoo!” şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, iddiada “Facebook” “Yahoo!”nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib. Sosial şəbəkə nümayəndələrinin fikrincə, “Yahoo!”nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar “Flickr fotohostinq”i “Facebook”un patent hüquqlarını pozur.
İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda – “Yahoo!” “Facebook”u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. “Facebook” bu ittihamları rədd edir.
|
05.04.12 Məqaləni oxumaq
|
|
|
BMT sosial şəbəkələrdə təcili yardım kampaniyaları başladıb
|
Mərkəzi Afrikanın bəzi ölkələri qıtlıq böhranı ilə qarşı-qarşıya qalıb. 10 milyon insanın həyatı üçün təhlükə olacağını açıqlayan BMT bu böhranın qarşısını almaq üçün sosial şəbəkələrdə yardım kampaniyası başladıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər 8 Afrika ölkəsində 1 milyonu azyaşlı uşaq olmaqla 10 milyon insanın həyatı üçün təhlükə olacağı barədə xəbərdarlıq edir. BMT “Facebook” və “Twitter” kimi sosial şəbəkə saytlarında dünya səviyyəsində yardım kampaniyaları başladıb. BMT rəsmiləri gözlənilən böhran üçün 725 milyon dollara ehtiyac olduğunu bildirib.
|
05.04.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|