Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Elmar Məmmədyarov aerodromların İsrailin sərəncamına verilməsi barədə məlumatlara münasibət bildirib
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verməsi barədə dərc olunan məqaləyə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, E.Məmmədyarov deyib ki, Azərbaycanla İran arasında dostluq və qonşuluq münasibətləri var və ona görə də belə təkliflər və təşəbbüslər olsa, Azərbaycana buna müsbət cavab verməyəcək. O, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda qəbul etdikləri bəyannamədə dostluq münasibətlərinin qeyd olunduğunu xatırladıb. Qeyd edək ki, ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verdiyi barədə məqalə dərc olunub.
    04.04.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik”
    Avronest PA-nın toplantısının Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsi böyük cəsarətli qərardır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən Avronest PA-nın iclasında çıxışı zamanı prezident İlham Əliyev deyib. “Bu sessiya bizim tərəfdaşlıq ruhumuzu göstərir” deyən prezident İlham Əliyev bildirib ki, tədbir Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcək. Azərbaycanda müstəqillik illərində qazanılan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışan prezident İlham Əliyev əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini söyləyib.
    04.04.12 Məqaləni oxumaq
     
    Elxan Süleymanov: Avronestdə geriyə yol yoxdur
    “Ermənistan nümayəndə heyətinin Avronest PA-nın Bakıda keçirilən iclaslarında tam heyətdə iştirakını alqışlayıram və bu bizim üçün böyük işdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları qurumun Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib O qeyd edib ki, Avronest PA-nın Bakıda keçirilən tədbirlərində çox iş görülüb və qarşıda da çox iş var. “Qərarların çoxu işimiz üçün həlledici olacaq. Bunun Azərbaycanda reallaşmasını isə qələbəmiz kimi qeyd edirəm” - deyə E.Süleymanov vurğulayıb. O bildirib ki, Avronestdə geriyə yol yoxdur. “Biz ancaq irəliyə getməliyik. Çətinliklər çoxdur, ancaq öhdəsindən gələcəyik. Bakıdakı sessiyada siyasi birləşmə və gələcəkdə birgə layihələri inkişaf etdirmək üçün əsl güc nümayiş olundu” - deyə o əlavə edib.
    04.04.12 Məqaləni oxumaq
     
    Avronest PA və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclası keçirilə bilər
    Avronest PA-nın ikinci sessiyasında plenar iclasda bu ilin oktyabr ayında Avronest və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclasının keçirilməsi təklif olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təklifi konqresin təmsilçisi Band en Brande verib. O qeyd edib ki, 2012-ci ildə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığına daxil olan ölkələrin bundan başqa bir sıra birgə tədbirləri keçiriləcək ki, bu da əlaqələrin inkişafına daha da təkan verəcək.
    04.04.12 Məqaləni oxumaq
     
    Çavesin 7 aylıq ömrü qalıb
    Venesuella prezidenti Uqo Çaves yenidən Kubaya qayıdıb. O, Havanaya xərçəngdən müalicə olunmaq üçün yollanıb. Bu, sayca yeddinci səfərdir. Həkim Xose Rafael Markinanın sözlərinə görə, Çavesin 6-7 aylıq ömrü qalıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Venesuella lideri uzun illərdir bağırsaq xərçəngindən əziyyət çəkir.
    03.04.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “İşğal işğaldır, bunun başqa adı yoxdur”
    Bu gün Avronest PA-nın sessiyası çərçivəsində Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu gün Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də Rusiya və Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var. O qeyd edib ki, Azərbaycanın regiondakı yeni layihələrdən böyük gözləntiləri var. “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Bu xətt üzrə birinci qatar Bakıdan bu ilin sonunda yola düşəcək. Təsəvvür edin ki, burada qatara minəcəksiniz, Londonda, yaxud Brüsseldə düşəcəksiniz” - deyə nazir vurğulayıb.
    03.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov erməni deputatın sualını cavablandırıb
    Bu gün Avronest PA-nın Bakıda keçirilən sessiyası çərçivəsində Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitənin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycan təhsil naziri Misir Mərdanov üzv ölkələrdən olan deputatların suallarını cavablandırıb. İclasda Ermənistandan olan deputat A.Safaryan M.Mərdanova sual ünvanlayaraq deyib ki, “doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur? Biz belə məsələlər varsa, onları ayrılıqda, həmçinin bir yerdə və digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Hesab edirəm ki, bu, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər” - deyə o bildirib.
    03.04.12 Məqaləni oxumaq
     
    Xarici İşlər Nazirliyi Sergey Lavrovun səfəri ilə bağlı açıqlama yayıb
    Aprelin 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, Baş nazir Artur Rasi-zadə ilə, Milli Məclisin sədri Oqtay Əsədovla və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Səfər çərçivəsində S.Lavrov XİN-də mətbuat konfransı da təşkil edəcək.
    03.04.12 Məqaləni oxumaq
     
    Vaan Ovanesyan: “Münaqişənin sülh yolu ilə həlli variantı var”
    “Əlbəttə, Dağlıq Qarabağda hazırkı status-kvo daimi davam edə bilməz”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan erməni deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri Vaan Ovanesyan bildirib. O qeyd edib ki, buna baxmayaraq, hazırkı sülhün özü müharibədən yaxşıdır. “Hər dəfə danışıqların növbəti raundundan sonra biz Azərbaycan tərəfindən eşidirik ki, onların böyük büdcəsi var, hərbi xərcləri artırırlar. Lakin Ermənistan öz az kiçik büdcəsini müdafiəyə xərcləyir. Azərbaycan kompromisə gedəcəyi təqdirdə Ermənistan da güzəştə gedir. Hər iki tərəfin güzəştləri vahid formulaya gətirilərsə, o zaman münaqişənin həlli cəmi bir neçə həftə çəkəcək. Hesab edirəm ki, münaqişənin sülh yolu ilə həlli variantı var” - deyə o əlavə edib.
    03.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30