|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
Məleykə Abbaszadə məktəb direktorları və valideynlərə xəbərdarlıq etdi
|
“İndiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və sair korrupsiya faktlarında hallandırılsa da, artıq buna son veriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Bu barədə məktəb direktorlarına xəbərdarlıq edən TQDK sədri buraxılış imtahanlarını çox şəffaf keçirəcəklərini bildirib və valideynlərə də müraciət edib. “Əgər indiyə qədər nəsə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək. Bütün məktəb direktorları və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək” - deyə TQDK sədri vurğulayıb.
|
24.04.12 Məqaləni oxumaq
|
|
|
TQDK sədri orta məktəblərdə buraxılış imtahanlarının qaydalarını açıqladı
|
Cari tədris ilində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək. “İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər” - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edilib.
|
24.04.12 Məqaləni oxumaq
|
|
|
Strasburqda AŞ PA-nın yaz sessiyası keçirilir
|
Bu gündən aprelin 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçirilir. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın yeni vitse-prezidentləri seçiləcək, ərəb baharının təsirləri, Suriyadakı vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, ifadə və məlumat azadlığının qorunması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Aralıq dənizində insan ölümləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
|
24.04.12 Məqaləni oxumaq
|
|
|
Musa Qasımlı uydurma erməni soyqırımı ilə bağlı elmi konfransda iştirak edəcək
|
Bu gün Milli Məclisin deputatı Musa Qasımlı Türkiyənin İstanbul şəhərinə səfərə yola düşüb Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, millət vəkili Aydın Universitetində keçiriləcək uydurma erməni soyqırımı ilə bağlı elmi konfransda iştirak edəcək. Tədbirdə Musa Qasımlı “Erməni soyqırımı oldumu? Tarix nə deyir?” mövzusunda məruzə ilə çıxış edəcək.
Səfər aprelin 25-də başa çatacaq.
|
24.04.12 Məqaləni oxumaq
|
|
|
İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir
|
İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir. ”KƏLAMİNFO” xəbər verir ki, Aviqdor Libermanın keçirəcəyi rəsmi görüşlərdə ikitərəfli münasibətləri müzakirə edəcək, Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edəcək, Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşəcək.
Səfər Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub.
|
23.04.12 Məqaləni oxumaq
|
|
|
İnkluziya, inkluziv təhsil və onun tarixi
|
Məktəb insanın yalnız bilik aldığı bir məkan deyil-bu məkanda həmin insan həm əqli, həm psixi, həm də sosial baxımdan formalaşır. Bu baxımdan məktəbin uşaqların həyatında oynadığı rol önəmlidir. Məktəbin işinin uğurluluq şərtlərindən biri də düzgün qurulmuş təhsil sistemidir.
|
19.04.12 Məqaləni oxumaq
|
|
|
Abidələrin mühafizəsi necə təşkil olunur?
|
1992-ci ilə qədər tarix və mədəniyyət abidələrinin qorunması ilə Mədəniyyət Nazirliyi nəzdində Abidələrin Mühafizəsi İdarəsi məşğul olurdu. 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzdində 2000-ci ilədək fəaliyyət göstərmiş olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası üzrə Dövlət Komitəsi yaradıldı.
|
18.04.12 Məqaləni oxumaq
|
|
|
Gənclər korrupsiyaya qarşı mübarizə təşəbbüsü ilə çıxış etdilər
|
Dünya Bankının nəzdində fəaliyyət göstərən “Gənclərin Global Antikorrupsiya Şəbəkəsi” (GYAC) gənclərin korrupsiya ilə mübarizəsi çərçivəsində yeni bir təşəbbüslə çıxış edib.
“KƏLAMİNFO” xəbər verir ki, şəbəkənin Cənubi Qafqaz üzrə eksperti və İdarə Heyətinin üzvü Vüsalə Hüseynlinin verdiyi məlumata görə, Büronun son qərarına görə gənclərin bu təşəbbüsün dəstəklənməsində kütləviliyi təmin etmək və onlara dünyanın dili ilə müraciət etmək üçün bunu musiqinin dilinə çevirməklə bağlı qərar qəbul olunub.
Təbliğat çarxı olduqca maraqlı alınıb. Biz düşünürük ki, əgər bu istiqamətdə dünyada neqativ hallar varsa, bununla sivil qaydada, qanunlar çərçivəsi ilə yanaşı, musiqi dili ilə də mübarizə aparmaq mümkündür. Bu da maarifləndirmənin bir yoludur. İnanıram ki, bu metod çox effektli rol oynayacaq. Təbii ki son qərarı yenə də gənclər verəcək”-deyə V.Hüseynli vurğulayıb.
|
18.04.12 Məqaləni oxumaq
|
|
|
BMT: Suriya hökuməti müşahidəçilərin sərbəst hərəkətini təmin etməlidir
|
BMT-nin baş katibi Pan Ki-Mun Suriya hökumətinin atəşkəsə əməl olunmasını monitorinq etmək üçün ölkəyə gələn beynəlxalq müşahidəçilərin hərəkət azadlığı və təhlükəsizliyinə cavabdeh olduqlarını bildirib.
“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, atəşkəsin çox kövrək olduğunu, ancaq dialoqun başlanması üçün vacibliyini də fikirlərinə əlavə edib. Baş katib müxalifət qüvvələrinin də buna əməl etməli olduğunu deyib.
Aprelin 12-dən bəzi şəhərlərdə ara-sıra döyüşlər getsə də, ümumilikdə atəşkəs rejimi qüvvəyə minib.
|
18.04.12 Məqaləni oxumaq
|
|
|
“Eurovision” üçün jurnalistlərin akkreditasiya prosesi başa çatmaq üzrədir
|
“Eurovision” Mahnı Müsabiqəsini yalnız akkreditasiyadan keçmiş yerli və xarici media nümayəndələri işıqlandıra biləcək. Xatırladaq ki, akkreditasiya sistemi fevralın 15-dən etibarən açıqdır. Bu proses ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçirilir. Qeydiyyat aprelin 20-dək davam edəcək.
Akkreditasiya sistemi başa çatdıqdan sonra qeydiyyatdan keçən jurnalistlərə təsdiq "e-mail"ləri göndəriləcək. Qeydiyyatdan keçmiş jurnalistlər sənədlərini şou ərəfəsində Mətbuat Mərkəzində yerləşən Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Qeyd edək ki, Mətbuat Mərkəzi “Bakı Kristal Zalı” yaxınlığında inşa edilib. Sahəsi 5000m2 olan Mətbuat Mərkəzinin tikintisi artıq başa çatıb. Burada akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin rahat işləməsi üçün geniş imkanlar, o cümlədən yüksək sürətli internet və 775 nəfərlik kafe yaradılıb.
|
18.04.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|