Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    İran 10 əsas ərzaq məhsulunun ehtiyat fondunu yaradır
    İran hökuməti 10 əsas ərzaq məhsulunun toplanması üçün göstəriş verib. Dövlət qurumlarına və özəl sektora başda ət, süd və düyü olmaqla 10 əsas ərzaq məhsulunun ehtiyat fondunun yaradılması tapşırılıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, buna İranın embaqrolar səbəbilə qarşılaşdığı çətinliklərin səbəb olduğu bildirilir. İranın xüsusilə bəzi Avropa ölkələrinə neft satışını dayandırmasından sonra nağd pul ödəmə çətinliyi çəkdiyi bildirilir. Başqa bir səbəb isə nüvə müzakirələrində istənilən nəticə əldə edilməyəcəyi təqdirdə ölkəyə tətbiq ediləcək ərzaq embarqosudur.
    26.04.12 Məqaləni oxumaq
     
    Suriyada müşahidəçilər getdi, qətliam yenidən başladı
    Suriyada BMT müşahidəçilərinin tərk etdiyi yerlərdə yenidən əməliyyatlar başlayıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Suriya İnqilab Şurasının üzvü Ebu Ubeydə “Anadolu” Agentliyinə verdiyi açıqlamada Kofi Annanın atəşkəs planının monitorinqini aparmaq üçün gələn müşahidəçilərin tankların kölgəsində araşdırmalar apardığı, müşahidəçilərin bir çox hadisəyə şahidlik etdiyini və rejimin bundan narahat olduğunu bildirib. Ubeydə müşahidəçilərin şəhərdə böyük bir aksiya ilə qarşılandığını deyib: "Müşahidəçilər ağır silahların çəkilmədiyini öz gözləriylə gördülər. Onların ətrafına kimsə toplanmasın deyə təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etdi. Müdaxilə nəticəsində çox sayda nümayişçi yaralandı".
    26.04.12 Məqaləni oxumaq
     
    Milli Məclisin üzvləri Rumıniyada rəsmi səfərdə olublar
    Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlər arası İşçi Qrupunun üzvləri, millət vəkilləri Azay Quliyev, Elton Məmmədov və Musa Quliyev 22-25 aprel 2012-ci il tarixlərində Rumıniyada rəsmi səfərdə olublar. Rumıniyadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin ilk günündə nümayəndə heyəti Buxarest şəhərindəki Tey Parkı – Heydər Əliyev xiyabanını ziyarət ediblər. Daha sonra Azərbaycanlı millət vəkilləri Rumıniya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rumıniya parlamentinin rəhbərliyi, Azərbaycan-Rumıniya Dostluq Qrupunun üzvləri, senatorlar və deputatlar palatasının müxtəlif komitələrində, eyni zamanda Rumıniyanın Avropa Parlamenti, ATƏT, QDİƏT, NATO və s. beynəlxalq təşkilatlardakı nümayəndə heyətinin üzvləri ilə görüşlər keçiriblər.
    26.04.12 Məqaləni oxumaq
     
    Saxlama yerlərinin monitorinqi və işgəncə halları üzrə hesabatların hazırlanmasına dair seminar keçirilir
    ATƏT-in Bakı ofisi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, 40 nəfərdən artıq iştirakçını bir araya gətirən iki günlük seminarın məqsədi digər ölkələrdəki ən yaxşı təcrübələri nəzərə almaqla, Azərbaycanda MPM-in icrasına cəlb olunan əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə bacarıqlarını inkişaf etdirməkdir.
    26.04.12 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: Bu il Azərbaycanda işgəncə faktına rast gəlinməyib
    Bu il Azərbaycanda işgəncə faktına rast gəlinməyib. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Suleymanova deyib. E.Süleymanova bildirib ki, sözügedən məsələ ilə bağlı rəhbərlik etdiyi quruma müraciət olunmayıb. “Doğrudur polis və digər idarələrin saxlama yerlərində döyülmə olub, ancaq işgəncə faktı qeydə alınmayıb”-deyə E.Suleymanova vurğulayıb.
    26.04.12 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyətinin ABŞ-ın Luiziana ştatının qubernatoru ilə görüş olub
    Vaşinqtonda keçirilən “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı çərçivəsində Amerika Birləşmiş Ştatları Luiziana ştatının qubernatoru Bobbi Cindal ilə görüş keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ARDNŞ-dən veriblər. Azərbaycan və Amerika xalqlarını bu əlamətdar hadisə münasibəti ilə təbrik edən qubernator Cindal ötən müddətdə iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişaf etdiyini bildirib, xüsusən enerji sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdiyini söyləyən qubernator Cindal iki ölkə arasında beynəlxalq təhlükəsizlik sahəsində yüksək səviyyəli münasibətlərin olduğuna diqqət çəkib. Enerji sektoruna qoyulan sərmayələrin əhəmiyyətini qeyd edən B.Cindal bunun yeni iş yerlərinin açılmasında, iqtisadiyyatın yüksəlişində böyük rol oynadığını deyib. Rəhbərlik etdiyi Luiziana ştatında bu sahədə həyata keçirilən işlərdən geniş söz açan qubernator Azərbaycan kimi Luiziana ştatının da enerji təhlükəsizliyinə xüsusi önəm verdiyini qeyd edib.
    26.04.12 Məqaləni oxumaq
     
    BMT müşahidəçilərin sayını artırmaq istəyir
    BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyada zorakılıqların qarşısının alınması üçün müşahidəçilərin sayının artırılmasına çağırıb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, iki həftə əvvəl Suriyaya BMT-nin 11 müşahidəçisinin gəlməsinə baxmayaraq, ölkədə qanlı qarşıdurmalar davam edir. BMT Suriyaya göndərəcəyi müşahidəçilərin sayını 300-ə çatdırmaq istəyir.
    26.04.12 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Ukrayna Baş prokurorunun müavini ilə görüşüb
    Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 25-də Ukrayna Baş Prokurorluğu Hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuri Viytevi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. S.Əbiyev ukraynalı qonağı regionda hərbi-siyasi durum və Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırıb. Görüşdə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də iştirak edib.
    26.04.12 Məqaləni oxumaq
     
    Bakıda В«Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələrВ» mövzusunda seminar başlayıb
    Bakıda Azərbaycan-ABŞ iş planına əsasən В«Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələrВ» mövzusunda seminar başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iki gün davam edəcək seminarı giriş nitqi ilə Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov və Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini səfir Canet Qarmey açıblar. Seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri haqda müzakirələr aparılır. Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumıniya, Bolqarıstanın, ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları seminarda çıxışlar edərək mövzu barədə ətraflı fikir mübadiləsi aparıblar.
    26.04.12 Məqaləni oxumaq
     
    Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Seymi Avropa Parlamentinə müraciət edib
    Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Seyminin üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digər parlamentarilərdən ibarət 21 nəfərlik qrup Avropa Parlamentinə müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının kədəri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq, Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə ediblər. Litva Seyminin üzvləri Avropa parlamentarilərinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi 2216 saylı Qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, bu sənəddə erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını və sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulayıblar.
    25.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Apr.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30