Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Avropa insan haqları məhkəməsi Rusiyadan Katın qırğını ilə bağlı sənədləri ala bilməyib
    Avropa İnsan haqları məhkəməsi bildirib ki, Rusiyanın İkinci Dünya müharibəsi vaxtı polyak zabitlərinin güllələnməsi hadisəsini tam araşdırıb-araşdırmaması haqda qərar verə bilməz. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, məhkəmə bildirir ki, Rusiya tərəfdən əhəmiyyətli sənədləri ala bilmədiyinə görə qərar vermək iqtidarında deyil.

    Qeyd edək ki, 15 polşalı məhkəməyə müraciət etmişdi ki, Rusiya araşdırmanı tam aparmayıb. 1940-cı ildə Katın meşəsində SSRİ-nin məxfi xidməti 22000 polyak zabitini və ziyalısını öldürüb.
    18.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Eurovision–2012” ərəfəsində paytaxt məktəblərində dərslər dayandırılmayacaq”
    “Gələn ay Bakıda keçiriləcək “Eurovision–2012” Mahnı Müsabiqəsi ərəfəsində paytaxt məktəblərində dərslərin dayandırılması gündəmdə deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

    O qeyd edib ki, belə bir qərar gözlənilmir. “Hesab edirəm ki, belə bir zərurət yoxdur. Çünki bu müsabiqə Bakının müəyyən bir hissəsində keçiriləcək və o ərəfədə də demək olar ki dərslər başa çatmaq üzrə olacaq. Ona görə də hesab edirəm ki, dərslərin yarımçıq dayandırılmasına ehtiyac yoxdur”-deyə o əlavə edib.
    18.04.12 Məqaləni oxumaq
     
    Heydər Əliyevə həsr edilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib
    Bu gün akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

    “KƏLAMİNFO” xəbər verir ki, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşan müsabiqənin yekun mərhələsində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. M.Mərdanovun sözlərinə görə, altıncı ildir baş tutan müsabiqə məktəb, rayon (şəhər) və respublika mərhələlərində həyata keçirilir. Onun sözlərinə görə, müsabiqənin rayon (şəhər) mərhələləri aprelin əvvəlində yekunlaşıb. Nazir qeyd edib ki, müsabiqədə ölkəmizin bütün bölgələri təmsil olunur.
    18.04.12 Məqaləni oxumaq
     
    Prezident: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir
    “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir” “KƏLAMİNFO” xəbər verir ki, bunu Nazirlər Kabinetinin bu ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

    Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ciddi aparılmasının vacibliyini bildirib: “Həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir”.
    Elektron xidmətlərin geniş tətbiq edilməsinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük amil olduğunu deyən prezident İlham Əliyev bütün qurumların elektron xidmətlər göstərməsi üçün sərəncam imzalandığını xatırladıb: “Mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər var ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər.
    18.04.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Müxalifət lazımsız bəyanatlardansa konstruktiv təkliflər versin”
    “Əminəm ki, “Siyasi partiyalar haqqında” qanun hər tərəfin maraqlarını tanıyan, başlıca olaraq da Azərbaycan seçicisinin maraq və mənafelərini təmin edən bir səviyyəyə çatdırılacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.

    O qeyd edir ki, parlamentdə bu məsələ kifayət qədər açıq şəkildə müzakirə edilir və müsbət nəticələri olacaq. “Düşünürəm ki, müxalifət də bu istiqamətdə təkliflərini verə bilər. Yox, onlar düşünürlərsə ki, bu, hakimiyyət üzərinə getmək, siyasi xal toplamaq üçün ənənəvi, əlverişli bir mövzudur, onsuz da müxalifətin sənədi qəbul olunsaydı belə, onlar nəsə fərqli bir ideya düşünüb hakimiyyətin əleyhinə çevirəcəkdilər” - deyə Z.Oruc vurğulayıb.
    18.04.12 Məqaləni oxumaq
     
    “Eurovision” mahnılarına görə Finlandiya, Rumıniya və İslandiya ilk üç yeri tutub
    İsveçin SVT televiziyasında “Eurovision–2012” mahnılarının müzakirəsinə həsr olunacaq 4 şoudan birinin nəticələri elan edilib. “KƏLAMİNFO” eurovision.az saytına istinadən xəbər verir ki, İsveçin “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Krister Bjorkmanın aparıcılığı ilə yayımlanan verilişdə birinci yarımfinalın ilk 8 mahnısı müzakirə olunub. 5 nəfərlik münsiflər heyəti mahnıları “0”-dan “5”-dək xallarla qiymətləndirib. İlk şounun nəticələrinə görə, Finlandiya birinci, Rumıniya ikinci, İslandiyanın müsabiqə mahnısı isə üçüncü yerdə qərarlaşıb.
    Xatırladaq ki, bu silsilədən növbəti veriliş aprelin 23-də efirdə olacaq.
    17.04.12 Məqaləni oxumaq
     
    Norveçin “Eurovision–2012” təmsilçisi Tooji konsert verəcək
    Norveçin “Eurovision–2012” təmsilçisi Tooji aprelin 19-da mini-konsertlə tamaşaçılar qarşısında çıxış edəcək. Eurovision.az saytı yazır ki, konsert Norveçin paytaxtı Oslonun böyük ticarət mərkəzlərindən biri olan “Jessheim Storsenter”də keçiriləcək. Konsert iştirakçıları üçün Toojidən avtoqraf almaq imkanı da yaradılacaq.
    Xatırladaq ki, Tooji Norveçi Bakı səhnəsində “Stay” mahnısı ilə təmsil edəcək. O, yarışmaya mayın 24-də keçiriləcək ikinci yarımfinalda qoşulacaq.
    17.04.12 Məqaləni oxumaq
     
    Sarkozi: Fransanı solların hücumlarından xilas edin
    Fransada prezident seçkilərinin birinci turuna bir həftə qalmış seçkilərin favoriti Nikola Sarkozi və Fransua Olland Parisdə çoxminlik mitinqlər keçiriblər. “KƏLAMİNFO” “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Sarkozi öz çıxışında seçiciləri ölkəni solların hücumlarından xilas etməyə çağırıb. Keçirilən rəy sorğularının nəticələrinə görə, Sarkozidən əhalinin 64 faiz narazıdır. Hələ indiyə qədər Beşinci Respublikanın heç bir prezidenti bu qədər aşağı reytinqə malik olmayıb. O ki qaldı Ollanda, bu barədə dəqiq rəqəm yoxdur. Lakin o, bu seçki kampaniyasının ən parlaq nümayəndəsidir.
    17.04.12 Məqaləni oxumaq
     
    İran Milli Bankı kart sahiblərini PIN kodlarını dəyişdirməyə çağırır
    İran Mərkəzi Bankı ölkədəki bütün kredit və debit kart sahiblərini öz PİN kodlarını dəyişdirməyə çağırıb. Bankın bəyanatı ölkədəki 3 milyon kart sahibindən bəzilərinin kartlarının yarılması haqda media məlumatlarından sonra verilib. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, həmin məlumatlara görə, hesabları yaran Kosro Zare adlı keçmiş bank mütəxəssisidir. O, İranı artıq tərk edib. Zare öz bloqunda yazıb ki, İranın bank sisteminin necə həssas olduğunu  göstərmək üçün kartları yarıb. Milli Bankın bu məlumatlara birinci reaksiyası belə idi ki, İranın bank sisteminə təhlükə ciddi deyil.
    17.04.12 Məqaləni oxumaq
     
    Türkiyənin 10 ölkədəki səfiri dəyişdi
    Türkiyənin 10 ölkədəki səfirinin dəyişməsinə dair qərar qüvvəyə minib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, rəsmi qəzetdə dərc olunan Nazirlər Kabinetinin qərarına görə, Türkiyənin Dünya Ticarət Təşkilatındakı daimi təmsilçisi vəzifəsinə Səlim Kuneralp gətirilib. Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç Yaponiya, İsmayıl Alper Coşqun Azərbaycan, Məhmət Niyazi Tanılır Çernoqoriya, Zeynəb Sibel Alqan Seneqal, Ümid Yalçın Küveyt, Əli Əhməd Acet Meksika, Rəha Kəskintəpə Avstraliya, Kərəm Əhməd Qıratlı Oman, Damşa Yeşim Say Yeni Zelandiya, Uğur Arıner isə Mərakeş səfiri vəzifəsinə təyin edilib. 10 ölkədəki əvvəlki səfirlər isə mərkəzə çağırılıb.
    17.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30