Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Milli Məclisdə uşaqlara qarşı zorakılığa dair beynəlxalq konfrans keçirilir
    Bu gün Milli Məclisdə Avropa Şurası ilə birgə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda millət vəkilləri, Avropa Şurasının Bakı nümayəndəliyi, bəzi dövlət qurumlarının nümayəndələri və Avropadan, Azərbaycandan olan QHT-lər iştirak edir. Tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, bu gün Azərbaycan Avropa Şurası ilə birlikdə uşaqlara qarşı zorakılığa yox deyir. “Biz uşaqlara qarşı zorakılıq hallarının mövcudluğunu qəbul edir, lakin buna qarşı mübarizənin vacibliyini də önə çəkirik. Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı ciddi işlər görülür, bu yöndə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib, bugünkü tədbir də məhz həmin işlərin davamıdır. Hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirdik və bu tədbir zamanı çağırış etdik ki, uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlər daha da sürətləndirilməlidir. Bundan sonra bir sıra təhsil müəssisələrində, bəzi bölgələrdə uşaqlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər keçirdik, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və qayğısı altındadır.
    01.05.12 Məqaləni oxumaq
     
    İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
    30.04.12 Məqaləni oxumaq
     
    Sağlamlıq imkanları məhdud uşaqların təhsili
    Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən dövlət onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
    19 iyun 2009-cu il tarixdə qəbul olunmuş “Təhsil haqqında” Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir.
    29.04.12 Məqaləni oxumaq
     
    Turizm sektorunun potensial imkanları
    Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu (BİY) üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə BİY-nun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, dahi filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir.
    29.04.12 Məqaləni oxumaq
     
    “Eurovision” aparıcıları Almaniyada treninqlər keçirlər
    Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Leyla, Nərgiz və Eldar şouya hazırlıq müddətində Almaniyada treninq keçirlər. Eurovision.az saytı yazır ki, aparıcılar artıq ötən həftələrdə Almaniyanın Köln şəhərində müvafiq treninqlərdə olub. Şou aparıcıları qarşıdakı müddətdə Almaniyaya növbəti treninqlərə hazırlaşır. Bu gün isə “Eurovision–2012”nin aparıcıları İctimai Televiziyanın “Yeni gün” və ANS televiziyasının “Günə baxan” verilişlərində qonaq olub. Eldar aparıcılıq təcrübəsinin məhz “Eurovision” Mahnı Müsabiqəsindən başladığını deyib. “Eurovision” səhnəsi mənə çox doğmadır. Bu səhnədə aparıcı qismində çıxış etmək böyük qürur hissidir” - deyən Eldar aparıcılıq müddətində tamaşaçılara pozitiv enerji ötürməyin vacib məqamlardan olduğunu bildirib.
    29.04.12 Məqaləni oxumaq
     
    Sarkozi məğlub olacağı təqdirdə siyasətdən gedəcək
    Fransada prezidentliyə namizədlər arasında teledebat keçirilib. İkinci tura keçən sosialist Fransua Olland və Nikola Sarkozi seçkinin birinci turunda üçüncü olmuş Marin Le Penin dəstəyinə ehtiyacın olduğunu bildiriblər. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Fransua Olland seçkidə digər namizəd Jan-Lyuk Melanşona səs verənlərin dəstəyinə də ümid etdiyini bildirib. Sarkozi məğlub olacağı təqdirdə siyasətdən gedəcəyini də bəyan edib. Ən son rəy sorğularına görə, ikinci turda Fransua Olland Nikola Sarkozidən 10 faiz daha çox səs toplayacaq. İki namizəd arasında növbəti teledebat mayın 2-də keçiriləcək.
    29.04.12 Məqaləni oxumaq
     
    Gənclər və İdman Nazirliyi yeni aksiyaya hazırlaşır
    Aprelin 30-dan mayın 4-ə qədər Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Sən də bir həyat ver” adlı qanvermə aksiyası keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Gerçəkləşən qanvermə aksiyasının əsas məqsədi talassemiya (hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı) xəstəliyindən əziyyət çəkən uşaqlara diqqətin artırılması və onlara qan verən gənc donorlar vasitəsi ilə köməkliyin göstərilməsidir. Aksiyada 250-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Qanvermə aksiyası 30 aprel tarixdə, saat 11:00-da Respublika Qan Bankında baş tutacaq.
    29.04.12 Məqaləni oxumaq
     
    TQDK buraxılış imtahanlarında iştirak edəcək şagirdləri xəbərdar etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərin və abituriyentləri xəbərdar edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Cari tədris ili üçün respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür (16 yaşı tamam olmuş şəxslər şəkilli, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsi). Bunu nəzərə alaraq, buraxılış sinfini başa vuran Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər. TQDK Daxili İşlər Nazirliyinə şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün müraciət edəcək.
    29.04.12 Məqaləni oxumaq
     
    Elxan Poluxov CAR mətbuatına Azərbaycanın iqtisadi imkanlarından danışıb
    Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov, Keyptaun şəhərində “Die Burger” qəzetinin baş iqtisadi yazarı xanım Karin Smitə və Media24 İnformasiya Holdinqinin vitse-prezidenti Niel de Roya müsahibə verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya CAR-dakı səfirliyimizdən veriblər. “Die Burger” CAR-da Afrikan dilində çap olunan ən böyük qəzetdir. Müsahibə, Azərbaycanda iqtisadi vəziyyət, həyata keçirilən biznes layihələri, hökumətin iqtisadi sahədə siyasəti, regionda və dünyada Azərbaycanın artan nüfuzu, Azərbaycan-CAR biznes əlaqələri və iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
    29.04.12 Məqaləni oxumaq
     
    Azərbaycanda turizmin inkişaf perspektivləri
    Son illərdə turizm dunyanın, o cumlədən Azərbaycanın ən perspektivli sahələrindən birinə çevrilib. Bu gun turizm problemlərinin oyrənilməsi nəinki sosial-iqtisadi, hətta boyuk mədəni-siyasi əhəmiyyət kəsb etməkdədir. Cunki, getdikcə daha cox mədəniyyət hadisəsinə cevrilməkdə olan turizm fenomeni artıq elmi-mədəni fikirdə bir kulturoloji proses kimi izlənilməkdədir. Zaman ötdukcə dunyanı vahid bir insanlıq evi kimi qəbul edən və bəşəri dəyərləri onə çəkən qurum və təşkilatlar, fərd və cəmiyyətlər turizmin insan həyatının ayrılmaz bir tərkib hissəsi halına gəldiyini, iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına təkan verən təsiredici bir gücə malik olduğunu etiraf etməkdədirlər. Turizmin bir mədəniyyət faktı, bəşəriyyətin təminatlı və təhlukəsiz gələcəyi uçün geniş perspektivlər açan bir kulturoloji proses kimi tədqiqi və təbliği problemləri indi həmişəkindən daha aydın dərk olunmaqdadır.
    28.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30