Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rusiyalılar silah gəzdirməyin leqallaşdırılmasını tələb edirlər
    Rusiyanın müxtəlif şəhərlərində tapança gəzdirilməsinin leqallaşdırılması tələbi ilə aksiyalar keçirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, aksiyaçılar bütün arzu edilənlərə bu cür haqq verilməsini tələb edirlər. Bu tələblə bazar günü Moskva, Sankt-Peterburq, Novosibirsk, Saratov, Volqoqrad, Yekaterinburq və digər şəhərlərdə aksiyalar keçirilib. Aksiyanı “Silah hüququ” adlı təşkilat təşkil edib. Təşkilat 1917-ci ilədək Rusiyada mövcud olmuş bu hüququn bərpasını tələb edir.
    16.04.12 Məqaləni oxumaq
     
    Hərbiçilərimiz NATO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar
    Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrlə imzalanmış fərdi tərəfdaşlıq proqramları və NATO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bu gündən aprelin 20-dək Varşavada Polşa Milli Müdafiə Universitetində təcrübə mübadiləsi, aprelin 16-dan 27-dək Niderlandın Brunsum şəhərində Açılan birgə qüvvələrin qərargah təlim kursu, aprelin 16-dan 20-dək Niderlandda Mülki-hərbi əməkdaşlıq üzrə funksional mütəxəssis kursu, İtaliyanın Roma şəhərində Ali zabitlər üçün keçiriləcək kurs çərçivəsində “Tərəfdaşlar üçün tanışlıq kursu”, aprelin 16-dan 27-dək Ankarada Qərargah zabitləri üçün Maddi-Texniki Təchizat ilə tanışlıq kursu, aprelin 17-dən 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə İşçi qrupunun yaz sessiyası, aprelin 17-dən 19-dək Qətərin paytaxtı Doha şəhərində «Yırtıcı şahin-3» təliminin 1-ci baş toplantısı, aprelin 23-dən 27-dək Bakıda Beynəlxalq humanitar hüquq üzrə təlim kursu, aprelin 23-dən 27-dək Brüssel və Mons şəhərlərində Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu, aprelin 24-dən 27-dək İtaliyanın Neapol şəhərində Əməliyyat İmkanları Konsepsiyası işçi qrupunun görüşü keçiriləcək.
    16.04.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb
    Bu gündən ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar. Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu aprelin 10-dan başlayıb və mayın 16-dək davam edəcək.
    16.04.12 Məqaləni oxumaq
     
    Yerli özünüidarəetmə anlayışı və mahiyyəti
    Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Görkəmli fransız alimi A.de Foksil hələ 1835 – ci ildə nəşr olunmuş “Amerikada demokratiya ” adlı məcmuəsində yazırdı: “Yerli özünüidarəetmə institutları olmadan millət azad hökümət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”.
    15.04.12 Məqaləni oxumaq
     
    Mübarək rejimindəki vəzifəli şəxslər siyasətlə məşğul olmayacaq
    Misir parlamenti Hüsnü Mübarək rejimində yüksək vəzifə tutmuş şəxslərin 10 il siyasətlə məşğul olmasını qadağan edib. Qanun 2001-ci ildən 2011-ci ilin fevralına qədər yüksək post tutmuş şəxslərə şamil olunacaq. Qanun Ali Hərbi Şuranın razılığından sonra qüvvəyə minə bilər. Bunun Hüsnü Mübarək rejimində vitse-prezident postu tutmuş Ömər Süleymanın prezident seçkisində iştirakına imkan verməmək məqsədi daşıdığı bildirilir. Misirdə prezident seçkisi mayın 23-24-də keçiriləcək.
    14.04.12 Məqaləni oxumaq
     
    Prezident “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Azərbaycanın “SW Travel” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “AİTF” sərgisinin sponsorudur. Sərgi ilə bağlı işlərə “İTE Group plc”nin dünya üzrə tərəfdaş və agentliklərindən ibarət geniş şəbəkəsi cəlb olunub. Onların sırasında “ITE” (London), “EUF” (Türkiyə), “GİMA” (Almaniya) və “ITE Gulf” (Dubay) kimi tanınmış şirkətlər var. Bildirilib ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində müxtəlif görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.
    14.04.12 Məqaləni oxumaq
     
    İKT İnformasiya Mərkəzinin keçirdiyi müsabiqənin vaxtı uzadılıb
    İKT İnformasiya Mərkəzi, “Mobitel”, “Caspian Telecom”, “İnteqral”şirkətlərinin “Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” mövzusunda birgə keçirdikləri müsabiqənin vaxtı aprelin 21-nə qədər uzadılıb. “KƏLAMİNFO” bu barədə İKT İnformasiya Mərkəzinə istinadən xəbər verir. Mərkəzdən bildirilib ki, vaxtın uzadılması jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən həyata keçirilib. Qeyd edək ki, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Məqalələri 21 aprel tarixinədək təqdim etmək üçün info@media.az elektron poçtuna və ya (070) 315 51 51 müraciət etmək mümkündür. Radio və televiziya reportajlarının isə CD və ya fləş-kartlarda təqdim olunması zəruridir. Müsabiqə üzrə təklif olunan mövzulara gəlincə, buraya “İMEI” kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri”, “Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz”, “Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir”, “İMEI” kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri” kimi mövzular daxildir.
    13.04.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Lavrovun ortaya atdığı “Qarabağ xalqı” anlayışını ciddi araşdırmalıyıq”
    “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya olan səfəri zamanı iki məqam diqqətimi cəlb edib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bunlardan birincisi odur ki, az qala Azərbaycan ictimaiyyəti, siyasi elitasının qəbul edilməsinə çalışılır ki, “Qarabağ xalqı” adlı anlayış var. “Bu, çox diqqət çəkən məqamdır. Ona görə də biz dərhal bu məsələnin üzərinə gedərək aydınlaşdırmalıyıq ki, Rusiya tərəfindən bu cür hallanan “Qarabağ xalqı” anlayışına nə daxildir. Bunun üçün də artıq dəfələrlə səsləndirdiyim Qarabağla bağlı qanun layihəsinin hazırlanıb qəbul edilməsinə, çərçivə sənədinin hazırlanmasına ehtiyac var” - deyə Z.Oruc vurğulayıb. İkinci məqama toxunan deputat deyir ki, bu gün Qərb müxtəlif təşkilatlar tərkibində Cənubi Qafqaza daha da yaxınlaşır və təbii ki, bu da Moskvanı ciddi narahat etməyə bilməz.
    13.04.12 Məqaləni oxumaq
     
    Türkiyə xarici təmsilçiliklərinə ədliyyə attaşesi göndərəcək
    Türkiyənin hüquq dövləti imicini gücləndirmək üçün xarici təmsilçiliklərə ədliyyə attaşesi göndəriləcək. «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər və Ədliyyə nazirlikləri arasında müvafiq protokol imzalanıb. Protokola görə, Türkiyənin xarici nümayəndəliklərində ədliyyə attaşeləri də fəaliyyət göstərəcək. Onların vəzifəsi xaricdəki Türkiyə vətəndaşlarının hüquqi problemləriylə məşğul olmaq olacaq. Türkiyənin təmsil edildiyi BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara attaşe olaraq hakimlər və prokurorlar göndəriləcək.
    13.04.12 Məqaləni oxumaq
     
    TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladıqları ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müvəffəqiyyət qazanan abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar aşağıdakı istiqamətlərə daxildir:
    13.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30