Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Qeyri-maddi mədəni irsin qorunması sahəsində “Azərbaycan modeli” maraqla qarşılanıb
    Kazan şəhərində Tatarıstanın Mədəniyyət Nazirliyi tərəfindən Tatarıstan Elmlər Akademiyası ilə birgə təşkil olunan “Müasir şəraitdə qeyri-maddi etnomədəni irsin qorunması problemləri” adlı beynəlxalq elmi-praktiki seminarda və “Polietnik region şəraitində milli ənənələrin inkişafı” adlı elmi-praktiki konfransda ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə ölkəmiz nazirliyin sektor müdiri Yaşar Hüseynli tərəfindən təmsil olunub. Təşkil olunan seminarda “Qeyri-maddi mədəni irs resurslarının mədəni-siyasi optimallaşdırılması” mövzusunda məruzə ilə çıxış edən Y.Hüseynli “Azərbaycan Respublikasında qeyri-maddi mədəni irsin qorunması” mövzusunda təqdimat da keçirib.
    17.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı sistemli iş aparılmalıdır
    “Ümumi təhsil məktəblərinin şagirdləri arasında narkotik vasitələrdən istifadə ilə bağlı məndə belə bir məlumat yoxdur. Amma mənə elə gəlir ki,  profilaktik tədbirlər həyata keçirmək heç bir zaman gec deyil. Biz bu istiqamətdə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə iş aparırıq və bundan sonra da aparılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib.
    Nazir hesab edir ki, ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı sistemli iş aparılmalıdır: ”Bu barədə dövlətimizin başçısının xüsusi qərarı var.
    17.04.12 Məqaləni oxumaq
     
    Səlim Müslümov: “Kartların pensiyaçılara banklar tərəfindən çatdırılması daha məqsədəuyğundur”
    Pensiyaçılara plastik kartların müvəkkil bankların şöbələri tərəfindən verilməsi daha məqsədəuyğundur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    Fond sədrinin sözlərinə görə, pensiyaların plastik kartlar vasitəsi ilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədi ilə ölkənin bütün ödəniş təşkilatları arasında keçirilən açıq tender aprelin 4-də başa çatıb:
    17.04.12 Məqaləni oxumaq
     
    Prezident: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin“
    “Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin“. “KƏLAMİNFO” xəbər verir ki, bunu Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları ilə bağlı müşavirədə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
    “Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcək. Mən bunu dəfələrlə demişəm”-deyən dövlət başçısı hələ prezidentlik dövrünün əvvəlindəki bəyanatını xatırladıb: “Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək. Kim istəyir, Azərbaycanı qarşıdurma arenasına çevirsin, gedib özünə başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir.
    17.04.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq”
    “Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
    "Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq"-deyə İlham vurğulayıb.
    17.04.12 Məqaləni oxumaq
     
    Ətraf mühit: problemlər və onların həlli yolları
    Ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Belə ki, havanın və suyun çirklənməsi insanların sağlamlıq vəziyyətinə birbaşa təsirə malikdir. Təmiz suyun olmamasının körpə və uşaqlar arasında xəstəlik və ölüm hallarına təsiri danılmazdır.  Havanın çirklənməsi, həm də uşaqlar arasında respirator xəstəliklərinin artmasına səbəb olur. Meşələrin qırılması, torpağın eroziyası və ya şoranlaşması becərilən torpaqların məhsuldarlığına mənfi təsir edərək, xüsusilə kənd əhalisinin gəlir əldəetmə imkanlarını azaldır. Ölkənin təbii resurslarının davamlı idarə olunması həm bugünkü, həm də gələcək nəsil üçün xüsusi əhəmiyyət kəsb edir. 
    17.04.12 Məqaləni oxumaq
     
    TQDK-dan əcnəbi abituriyentlərə xəbərdarlıq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əcnəbi abituriyentlərlə bağlı məlumat yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Bildirilir ki, Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İcazə vəsiqəsi ilə sınaq imtahanlarına yazılmaq mümkündür. Həmin abituriyentlər qeyd olunan sənədlə növbəti sınaq imtahanlarına yazıla biləcəklər.
    17.04.12 Məqaləni oxumaq
     
    Sumqayıtda məşğulluq
    Bu gün respublikada müharibə əlilləri və şəhid ailələrinin məşğulluq imkanları genişləndirilir. “Məşğulluq haqqında “Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin  (sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu üçün əlavə təminatlar) 9.1. bəndinə, Nazirlər Kabinetinin 22.11.2005-ci il tarixli 213 ¹-li qərarına  müvafiq olaraq müharibə əlilləri və şəhid ailələrinin məşğulluğunun təmin edilməsi üçün dövlət əlavə təminatlar verir. Rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq olunmuş rayon (şəhər)” Ərazi Məşğulluq Proqramları”nda qeyd olunan kateqoriyaya aid vətəndaşların işlə təmin olunması üçün müəssisə, idarə və təşkilatlarda kvota iş yerləri müəyyənləşdirilir.
    17.04.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə ABŞ-a gedib
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-a səfər edib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, o, səfər çərçivəsində ABŞ-ın bir sıra ştatlarının Senat və Konqreslərində keçirilən tədbirlərdə iştirak edəcək. Millət vəkili həmçinin Vaşinqtonda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunan beynəlxalq konfransa qatılacaq.
    17.04.12 Məqaləni oxumaq
     
    Obama narkotikin leqallaşdırılmasına qarşıdır
    Amerika Dövlətləri Təşkilatının (ADT) Kolumbiyada keçirilən sammitində iştirakçılar gələn il Kubanın da sammitə qatılacağına ümidlə yanaşdıqlarını bildiriblər. ABŞ və Kanada Kubanın təşkilata yenidən üzv olmasına qarşı çıxırlar. Kuba 1959-cu il inqilabından sonra ADT-dən xaric edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Ekvador prezidenti Rafael Korrea Kuba ilə həmrəylik olaraq sammiti boykot edib. Həmçinin Venesuela və Nikaraqua prezidentləri sammitə qatılmayıblar. Narkobiznesə qarşı silahlı mübarizənin effektli olmadığını deyən Kolumbiya prezidenti Juan Manuel Santos başqa yollar axtarmağa çağırıb. Bəzi Latın Amerikası ölkələri narkotikin leqallaşdırılmasını təkid edirlər. ABŞ prezidenti Barak Obama isə bunun yolverilməz olduğunu deyib.
    17.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30