Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Aydın Mirzəzadə: “Azərbaycan nəinki Suriyada və İranda, dünyanın istənilən bölgəsində silahlı qarşıdurmaların əleyhinədir”
    “Nəinki Suriyada və İranda, dünyanın istənilən bölgəsində Azərbaycan silahlı müdaxilələrin, qarşıdurmaların əleyhinədir. Bunu sön illər dövlətimizin yürütdüyü xarici siyasətdə də görmək olar, Azərbaycan illərdir beynəlxalq hüquqa hörmət etmək yolu ilə beynəlxalq təhlükəsizlik sisteminə əhəmiyyətli töhfə verir. Biz istənilən beynəlxalq problemin hüquqi yolla və qarşılıqlı maraqlar vasitəsilə həllinin tərəfdarıyıq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. Deputat qeyd edib ki, ölkəmiz dünyanın müxtəlif regionlarında sabitliyin yaradılmasına istiqamətlənən bütün beynəlxalq mexanizmlərdə fəal iştirak edir. “Bu gün bəzi dairələr qonşu İrana müdaxilədə Azərbaycanı istinad nöqtəsi kimi göstərməyə çalışırlar, lakin bu Azərbaycanın beynəlxalq aləmdə sülhpərvər missiyasına kölgə salmaqdan başqa bir şey deyil. Biz mümkün qədər həm regionda, həm də dünyada problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq”-deyə A.Mirzəzadə vurğulayıb.
    28.04.12 Məqaləni oxumaq
     
    Pakistanın baş naziri istefa verməyəcəyini deyib
    Pakistanın baş naziri Yusif Rza Gilani bildirib ki, istefa verməyəcək. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Gilani bunu bu gün parlamentin aşağı palatasının üzvləri qarşısındakı çıxışında bildirib. Baş nazir deyib ki, “məni ancaq parlament tutduğum vəzifədən azad edə bilər”. Aprelin 26-da Pakistan Ali Məhkəməsi Gilanini məhkəməyə hörmətsizlikdə ittiham edib.
    28.04.12 Məqaləni oxumaq
     
    Ermənistanın xarici işlər naziri İrana rəsmi səfər edəcək
    Aprelin 29-30-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana rəsmi səfər edəcək. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda göstərilib ki, nazir səfər zamanı İranın yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirəcək.
    28.04.12 Məqaləni oxumaq
     
    Azərbaycanda atmosferə atılan tullantılar
    Hər il dünyanın ekoloji vəziyyəti ilə bağlı müxtəlif şirkətlər tərəfindən beynəlxalq hesabatlar hazırlanır. Bu hesabatlarda dünya ekologiyasına ən çox ziyan vuran ölkələrin adları açıqlanır. Hesabatlarda çox zaman dünya ekologiyasına ən çox ziyan vuran ölkələr kimi ABŞ, Rusiya, Çin, Hindistan ilk sıralarda yer alır. Bir sıra hallarda beynəlxalq hesabatlarda Azərbaycanın adı da mənfi yöndə çəkilir. Bəs Azərbaycanda atmosfer necə çirklənir?
    27.04.12 Məqaləni oxumaq
     
    Əmək və məşğulluq
    “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu  məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də vətəndaşların əmək və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanunun 6.2.1-ci  maddəsinə uyğun olaraq, məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanların təmin edilməsidir. 
    27.04.12 Məqaləni oxumaq
     
    Prezident Türkiyənin elm, sənaye və texnologiya nazirini qəbul edib
    Prezident İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.
    27.04.12 Məqaləni oxumaq
     
    Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyi ilə bağlı konfrans keçirilir
    Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı dünəndən işə başlayıb. Tədbirdə iştirak edən nümayəndə heyətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri Oklahoma ştatının keçmiş dövlət katibi Syuzen Savic açaraq, konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan bəhs edib. Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd edib ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir. Missisipi ştatından olan senator Rocer Uiker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.
    27.04.12 Məqaləni oxumaq
     
    PA rəsmisi: “Azərbaycanda islahatlara hər an ehtiyac duyulur”
    “Artıq Azərbaycan Avropa Penitensiar qaydalarını öz qanunvericiliyində qəbul edib. Hətta hazırda parlamentdə həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsi də var. Bu yaxınlarda qanun ikinci oxunuşda qəbul ediləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. O qeyd edib ki, Azərbaycanda penitensiar müəssisələrdə islahatlar davam edir, məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var və yeni penitensiar müəssisələrdə koloniyalar tikilir. “Azərbaycanın Cinayət Məcəlləsində Azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü mövcud idi.
    27.04.12 Məqaləni oxumaq
     
    Uşaq Musiqi Yaradıcılığı Festivalında “Aysel” rəqs qrupu da layiqli yer tutub
    Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer-bizim ümumi evimizdir” (“Zemlə - naş obhiy dom”) adlı XIV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” uşaq rəqs kollektivi təmsil edib. On ölkənin (Azərbaycan, Rusiya, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsil olunduğu və min nəfərə yaxın iştirakçısı olan festival çərçivəsində “xoreoqrafiya”, “xor oxuma” ,“instrumental musiqi” və “folklor sənəti” nominasiyaları üzrə müsabiqə keçirilib. Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülüb. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilib.
    27.04.12 Məqaləni oxumaq
     
    ADU-da “Sağlam həyat tərzi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı və Nazirlər Kabinetinin dəstəyi ilə “Sağlam həyat tərzi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək gənclərin sağlam həyat tərzinin formalaşmasına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib.
    27.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30