Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2012
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Misir Mərdanov: Saxta diplomu olanlar məktəblərdə çalışmamalıdır
    Saxta diplomların araşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. Bu tədbirlərin çox ağır iş olduğunu diqqətə çatdıran M.Mərdanov araşdırmaların bölgələrdə aparıldığını söyləyib: “Məqsədimiz odur ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalı və belə adamlar məktəblərdə çalışmamalıdır. Saxta diplomu olanlar hansı düzgünlük və təhsildən danışa bilər?” deyən nazir araşdırmaların bundan sonra da davam etdiriləcəyini qeyd edib.
    05.04.12 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında protokol imzalanıb
    Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən etibarən Səudiyyə Ərəbistanında səfərdədir. QMİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, səfər Azərbaycanın həcc missiyası tərəfindən builki həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilir. Aprelin 2-də A.Paşazadə Səudiyyə krallığı həcc nazirinin həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb. Görüşdə azərbaycanlı zəvvarların builki həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi və ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə bağlı digər məsələlər müzakirə edilib. Növbəti həcc mövsümünə dair Azərbaycan həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanıb. Dünən A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ciddə şəhərində Səudiyyə Ərəbistanının həcc naziri, doktor Bəndər bin Məhəmməd tərəfindən qəbul edilib.
    05.04.12 Məqaləni oxumaq
     
    Avronest PA-nın komitə iclası Qəbələdə keçirilə bilər
    Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası bu il Azərbaycanın Qəbələ şəhərində keçirilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qurumun bu gün Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib. O qeyd edib ki, artıq Azərbaycan bununla bağlı Assambleyaya rəsmi təklif də ünvanlayıb. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Sosial məsələlər komitəsinin iclasının da 2013-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təklif irəli sürüb.
    05.04.12 Məqaləni oxumaq
     
    Abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər
    Abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər. Sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı mobil telefon xidməti vasitəsilə də öyrənmək mümkündür. Artıq nəticələr elan olunduqda “Azercell” və “Bakcell” şirkəti ilə yanaşı, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər. Xidmət Azerfone MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.
    04.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov Əbülfəz Qarayevin təklifini dəstəklədi
    “Dərslərin tarixi məkanlarda, qoruqlarda keçirilməsi təklifini müsbət qarşılayıram”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Qeyd edək ki, belə bir təkliflə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. M.Mərdanov bildirib ki, tarix, coğrafiya və ekologiya ilə bağlı dərslərin təbiət qoynunda keçirilməsinin tərəfdarıdır: “Dərslərin Qobustan, İçərişəhər və digər tarixi yerlərdə keçirilməsi şagirdlərin yaddaşında daha yaxşı qalar. Mənim fikrimcə, bunu təkcə Bakıda deyil, bölgələrdə də təşkil etməliyik”. Təhsil naziri belə məkanların müəyyənləşdirilməsi, orada şagirdlər üçün şərait yaradılması ilə bağlı tapşırıq verdiyini deyib və bildirib ki, bundan sonra müvafiq tədbirlər planı hazırlanaraq təsdiqlənməlidir.
    04.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Dərsliklərdəki nöqsanların aradan qaldırılması üçün ciddi addımlar atılır
    “Dərsliklərdə elə də ciddi problem yoxdur. Ancaq bununla belə, tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə tez-tez görüşsün və mövcud problemləri aradan qaldırsınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib: “Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var. Bu, mümkündür, heç zaman mütləq düzgün dərslik olmayıb. Amma yaxşı olar səhvlər və nöqsanlar daha az olsun. Bu istiqamətdə ciddi addımlar atılır”.
    04.04.12 Məqaləni oxumaq
     
    “Avronest PA-nın iclası göstərdi ki, Azərbaycan beynəlxalq aləmdə öz rolunu artırır”
    Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyası bu gün işini başa çatdırıb. “KƏLAMİNFO” xəbər verir ki, sessiyanın yekunları ilə bağlı qurumun həmsədrləri bu gün Milli Məclisdə mətbuat konfransı keçiriblər. Konfransda Assambleyanın həmsədri Kristian Vigenin bildirib ki, sessiya Avronest PA-nın Aİ ölkələrindən kənarda keçirilmiş ilk iclas olub və ilk dəfə olaraq çox geniş tərkibli nümayəndə heyəti iştirak edib. “Bu, dinamik inkişafda olan Azərbaycana beynəlxalq aləmdə marağın göstəricisidir.
    04.04.12 Məqaləni oxumaq
     
    Avronest PA-nın növbəti sessiyası Brüsseldə keçiriləcək
    Avronest PA-nın növbəti III sessiyası 2013-cü ilin 28-29 may tarixlərində Brüsseldə keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qərar qurumun bu gün Bakıda keçirilən II sessiyasında qəbul olunub. Eyni zamanda qərara alınıb ki, Avronestin daimi komitələrinin iclasları 2013-cü ilin plenar sessiyasından əvvəl keçirilsin. Daha sonra iclasda qurumun növbəti il üçün təklif olunan tədbirləri müzakirə olunub. Azərbaycanlı deputat Fuad Muradov enerji komitəsində müzakirə və təklif olunan tədbirləri açıqlayıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağı konfransın bu il keçirilməsi planlaşdırılır. O, həmçinin deyib ki, Brüsseldə sentyabrda ekspert komissiyasının iclası keçiriləcək. Enerji komitəsindən olan Ukrayna nümayəndə heyətinin enerji məsələlərini müzakirə etmək üçün debatlar keçirilməsi təşəbbüsü də açıqlanıb və qeyd edilib ki, bu seminar yeni ideyalar gətirəcək.
    04.04.12 Məqaləni oxumaq
     
    Ştefan Füle: Dağlıq Qarabağ münaqişəsi unudulmayıb
    “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi unudulmayıb. Dağlıq Qarabağ münaqişəsi məsələsində etimad və hörmət bərpa edilməlidir”. Bu fikirləri Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle deyib. O xatırladıb ki, keçmişdə AB ölkələri arasında da müəyyən belə çətinliklər olub: “Lakin bu çətinliklərin öhdəsindən gəlmək mümkün olub”. Bu vaxta qədər AB-nin Dağlıq Qarabağla bağlı hər hansı sənəd qəbul etməməsinə münasibət bildirən Ş.Füle xatırladıb ki, martda AB xarici işlər nazirləri Şurası regionda, xüsusilə Dağlıq Qarabağ ətrafında baş verən prosesləri bəyanatlarında qeyd edib və ATƏT-in Minsk qrupunun fəaliyyətini bir daha dəstəkləyiblər: “Zənnimcə, bu, çox yaxşı bir göstəricidir”.
    04.04.12 Məqaləni oxumaq
     
    Macarıstan parlamenti prezidentin istefasını qəbul edib
    Macarıstan parlamenti prezident Pal Şmittin istefasını qəbul edib. O, öz vəzifəsindən elmi dissertasiyasını yazarkən plagiata yol verməsi ittihamı ilə bağlı qalmaqalla əlaqədar gedib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 6 deputat bitərəf qalmaqla, 338 deputat prezidentin istefasının lehinə, 5 deputat əleyhinə səs verib. Macarıstanın dövlət başçısı vəzifəsini müvəqqəti olaraq Macarıstan Dövlət Məclisinin (parlament) sədri Laslo Kyover icra edəcək.
    04.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Apr.2012
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30