|
Səhifələr : # 1 2 3 4 5 6 #
“Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaq
|
Təhsil Nazirliyinin yaxın gələcək üçün İKT sahəsində əsas hədəflərindən biri “Elektron məktəb”lərin sayının 1000-ə çatdırılmasıdır. Bundan başqa, ümumtəhsil məktəblərinin hər bir sinif otağının 1 noutbuk və 1 proyektorla təmin edilməsi, hər şagirdə 1 netbuk və ya 1 planşetin verilməsi proqramının reallaşdırılması da qarşıda görüləcək işlər sırasındadır. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə “İCTnews” Təhsil Nazirliyinə istinadən xəbər verir. Nazirlikdən bildirilib ki, bütün təhsil müəssisələrinin internetə qoşulması ilə yanaşı, hər bir təhsil müəssisəsinin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının reallaşdırılması da hədəflərə daxildir. Nazirliyin qarşısında duran digər məsələlər hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılmasıdır.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Əmanətlərin qaytarılması ilə bağlı 6 vacib məqam
|
Bu günlərdə ölkənin iqtisadi gündəminin ən çox diqqət cəlb edən mövzularından biri sovet dönəmindən qalan əmanətlərin qaytarılmasıdır. Əslində, əmanətlərin qaytarılıb-qaytarılmayacağı mövzusu uzun illər cəmiyyətin əsas suallarından olub. Nəhayət, prezidentin bu ay imzaladığı fərmanla 1992-ci il 1 yanvar tarixinə kimi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan şəxslər əmanətlərini geri ala biləcəklər. Əmanətlər 2012-ci ilin sonuna qədər intervalla qaytarılacaq. “KƏLAMİNFO”nun məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov proseslə bağlı bir sıra məqamlara aydınlıq gətirib.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Dünya azərbaycanlılara qarşı azğın təcavüz edən erməni siyasətçilərinə dur deməyi bacarmalıdır”
|
“Artıq dünya ərköyünləşdirilmiş, neçə illərdir azərbaycanlılara qarşı azğın təcavüz edən, az qala BMT-yə meydan oxuyan erməni siyasətçilərinə dur deməyi bacarmalıdır. Bu belə davam edə bilməz, axı bu dünyanın bir müdiriyyəti var, ya yox? Biz BMT-yə üzvlük haqqını niyə ödəyirik? Biz dünya birliyinə niyə daxil olmuşuq?” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, əgər ermənilərin bu hərəkəti bu qədər davam edirsə, o zaman 1945-ci ildən millətlərin, xalqların hüquqlarının müdafiəsinin mərkəzi kimi tanınan BMT niyə yaranıb? “Kabab bişirən, intellekti olmayan, yalnız müharibə psixologiyası ilə biznesini quran Serj Sarkisyanın əlində əsir olacaq idisə, o zaman biz BMT-ni neynirdik? Biz Azərbaycan xalqının bu səsini, iradəsini dünyaya geniş çatdırmalıyıq” - deyə Ə.Həsənov vurğulayıb.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil”
|
“Azərbaycan Prezidenti həm Rusiya Prezidenti, həm də digər rəsmilərlə keçirdiyi görüşlərdə dəfələrlə bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri var. İki ölkə arasında strateji əlaqələr yaranır və bu əlaqələr bütün sahələri əhatə edir. Bura regional, beynəlxalq münasibətlər, təhlükəsizlik, geosiyasət və digər sahələr aiddir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik”
|
“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. “Biz bu fikri Rusiyanın həm regional, həm Dağlıq Qarabağ məsələlərinə, həm də ermənilər üzərindəki mövcud təsirini nəzərə almaqla işlədirik. Həqiqi mənada bu gün Rusiyanın Ermənistan üzərindəki təsiri dünyada analoqu olmayan təsirdir. Bu gün Moskva Ermənistanı istədiyi məsələdə konstruktivliyə və ya qeyri-konstruktivliyə yönəldə bilər.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Səfir Məmməd Əhmədzadə etimadnaməsini Paraqvay Prezidentinə təqdim edib
|
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Paraqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Paraqvay prezidenti Fernando Lugoya təqdim edib. Argentinadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, etimadnamələrin təqdimindən sonra Paraqvay dövlət başçısı ilə Azərbaycan diplomatı arasında söhbət olub. M.Əhmədzadə ilk öncə Azərbaycan prezidenti İlham Əliyevin Paraqvay Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb. Azərbaycan haqqında Paraqvay dövlət başçısına geniş məlumat verən M.Əhmədzadə xüsusilə də ölkəmizin müstəqillik tarixi, Azərbaycanın əldə etdiyi uğurlar, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun güclənməsi barədə danışıb. Latın Amerikası ölkələri ilə əməkdaşlığımızda müşahidə olunan inkişaf barədə məlumat verən diplomat bu xüsusda Paraqvayla da əlaqələrimizin inkişafına əhəmiyyət verdiyimizi deyib.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Qırğız Prezidenti Milli Məclisdə çıxış edəcək
|
Sabah Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə olacağı gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Onun spiker Oqtay Əsədovla görüşü nəzərdə tutulub. Daha sonra Qırğız Prezidenti parlamentin plenar iclasında çıxış edəcək.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyevin Koreyaya işgüzar səfəri başa çatıb
|
Azərbaycan prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, Seulun Gimpo beynəlxalq aeroportunda prezident İlham Əliyevi Koreya Respublikasının yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.
Dövlət başçısı martın 28-də Bakıya qayıdıb.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
Putinin inauqurasiyası 897 min dollara başa gələcək
|
Rusiyanın yeni prezidenti seçilmiş Vladimir Putinin inauqurasiya mərasimi ilə bağlı keçiriləcək qəbul büdcəyə 897 min dollara başa gələcək. Qəbul təqribən 1000 nəfərə hesablanıb, qonaqlara təqdim ediləcək təamlar isə ənənəvi rus mətbəxindən olacaq. Qonaqlara Rusiya istehsallı “Kremlin” arağı, “Pinot Aligote Selection Chateau le Grand Vostok” 2009 ağ çaxırı və “Abrau-Dörso” 2008 şampan şərabı təqdim ediləcək. «KƏLAMİNFO» «RBK daily»yə istinadən xəbər verir ki, Putinin sevimli yeməyi «çarskaya uxa»da hazırlanacaq.
Bir çox rusiyalı ekspert qeyd edir ki, qəbul üçün göstərilən məbləğ (bir nəfər üçün 13 min rubl) iki dəfə şişirdilib.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
TQDK-nın "qara siyahı"sında 22 332 nəfər var
|
Azərbaycanda 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranmasından 2011-ci ilə qədər ali və orta ixtisas məktəblərinə TQDK xətti ilə imtahan verənlərin sayı 1 milyon 978 min 226 nəfər olub. “KƏLAMİNFO” xəbər verir ki, bunları TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"nin təqdimatında bildirib.
O qeyd edib ki, bu illər ərzində 615 min 582 nəfər tələbə adını qazanıb. “Hazırda yeni təqdim olunan sistemə bu məzunların diplom nömrələri də salınıb” - deyə M.Abbaszadə vurğulayıb. Sədr deyib ki, 2005-ci ildən TQDK ali məktəblərdə tələbə kontingentinin müəyyən monitorinqini keçirib. “Məlum olub ki, 18 min 17 nəfər TQDK-dan kənar tələbə adını qazanıb. Həmçinin müxtəlif idarə və təşkilatlardan bizə daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin tərəfimizdən heç bir təhsil müəssisəsinə daxil olmayan 734 nəfər müəyyən olunub. Ümumilikdə isə "qara siyahı"ya daxil olan 22 min 332 nəfər müəyyənləşib” - deyə o əlavə edib. Onun sözlərinə görə, bu ildən etibarən belə faktlar qeydə alınmayacaq. “Çünki "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"ndə hər bir məzunun əmri və diplom nömrəsi qeyd ediləcək” - deyə sədr bildirib.
|
29.03.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|