Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2012
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Prezident Tatarıstanın baş nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Tatarıstanın baş naziri İldar Xalikovu və bütün Rusiya xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Tatarıstan Respublikası arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Münasibətlərimizin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Tatarıstan baş nazirinin ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Tatarıstanın hökumət strukturlarını, biznes, maliyyə və bank sektorunu təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən baş nazir İldar Xalikov əməkdaşlığımızı genişləndirilməyin önəmini vurğulayıb.
    06.03.12 Məqaləni oxumaq
     
    Sarkozi etiraz aksiyası ilə qarşılanıb
    Fransada apreldə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Seçki kampaniyası çərçivəsində ölkənin cənubundakı Bayon şəhərinə gedən prezident Nikola Sarkozi rəqib partiyanın tərəfdarlarının etiraz aksiyası ilə qarşılaşıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, aksiya zamanı Sarkozini itələyiblər və sıxışdırıblar. Sarkozi mühafizəçilərinin dəstəyilə zorla irəliləyərək bir bara sığınıb və qəzəbini ancaq burada dilə gətirə bilib: “Fransadayıq və Fransa prezidenti istədiyi hər yerə gedə bilər”. Sarkozi aksiyaya görə ittiham etdiyi rəqibi Fransua Ollandın tərəfdarlarının bu hərəkətlərlə onu dinləyən qrupu qorxutduğu üçün üzüldüyünü deyib. Belə kiçik qrupların kobud davranışlarından qorxmayacağını deyən prezident dəqiqələr boyu sığındığı bardan çıxa bilməyib. Qəzəbli nümayişçilər Sarkozinin sığındığı bara yumurta atıblar. Sarkozi ancaq polisin müdaxiləsiylə nümayişçilər dağıdıldıqdan sonra çıxa bilib.
    05.03.12 Məqaləni oxumaq
     
    Ötən ilin poçt markalarının mövzuları açıqlanıb
    2011-ci ildə poçt markalarının əsas mövzuları açıqlanıb. “KƏLAMİNFO” “İCTnews”ə istinadən xəbər verir ki, bunlar “Rabitə Bakı” voleybol klubu - FİVB klublararası dünya çempionu”, “Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi”, “Abbas Zamanovun 100 illiyinə həsr olunmuş marka”, “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyi 2012/2013” olub. Bundan başqa, keçən il markalar “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü”, “Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyi”, “Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatının yaradılmasının 20 illiyi”, “Nizami Gəncəvinin 870 illiyi” kimi mövzulara həsr olunub. 2011-ci ildə “Gömrük Muzeyinin xəzinəsi”, “Azərbaycan Respublikasının Ordenləri”, “Eurovision-2011”, “Azərbaycan Respublikasının Avropa Şurasına qoşulmasının 10 illiyi” adı ilə markalar da dövriyyəyə buraxılıb. Ötən ilin “Tematik planı”nda “İnsanın kosmosa ilk uçuşunun 50 illiyi”, “Qarabağ atları”, “İtlər”, “İlanyeyən”, “Payızgülü”, “Avropa 2011. Meşələr. Buklet” kimi mövzular da üstünlük təşkil edib.
    05.03.12 Məqaləni oxumaq
     
    Argentinanın xarici işlər naziri: Argentina Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır
    "Argentina Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır". “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda səfərdə olan Argentinanın xarici işlər naziri Ektor Timerman bildirib. O zəngin təbii ehtiyatlara malik Azərbaycanın böyük potensialı olduğunu söyləyib. Onun sözlərinə görə, Argentina təkcə iqtisadi deyil, həm də siyasi sahələrdə münasibətlərin möhkəmləndirilməsi məqsədilə Bakıda səfirlik açmağı planlaşdırır. Nazir qeyd edib ki, ölkələrimiz həmçinin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edə bilər, bunun üçün intensiv siyasi dialoqun yaradılması lazımdır. "Årgentina və Azərbaycan münaqişələrdən əziyyət çəkən ölkələrdir və beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq hər iki ölkə üçün faydalı olacaq" - deyə Ektor Timerman deyib.
    05.03.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Çexiyaya işgüzar səfər edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov martın 4-də Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Çexiya Respublikasına işgüzar səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Səfər zamanı Elmar Məmmədyarovun GUAM-a üzv olan ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirməsi, eyni zamanda Vışeqrad Qrupu, Danimarka, Baltikyanı ölkələri və Şərq Tərəfdaşlığın nümayəndə heyətlərinin başçılarının iştirakı ilə işgüzar nahara qatılması nəzərdə tutulur.
    05.03.12 Məqaləni oxumaq
     
    Rauf Həbibov Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
    Azərbaycan prezidenti İlham Əliyev Rauf Xeyrulla oğlu Həbibovu Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev martın 2-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rauf Xeyrulla oğlu Həbibov Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
    05.03.12 Məqaləni oxumaq
     
    NATO Əfqanıstandakı siyasətini dəyişməyəcək
    NATO ABŞ hərbçilərinə olan son hücumlara baxmayaraq, Əfqanıstandakı siyasətini dəyişməyəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı nümayəndəsi İvo Daalder məlumat verib. Əfqanıstanda NATO-nun Bagram hərbi bazasında Quran yandırılandan sonra ölkəni etiraz aksiyaları bürümüş, NATO hərbçilərinə hücumlar olmuşdu.
    03.03.12 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti ABŞ-da görüşlər keçirib
    Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə-Azərbaycan nümayəndə heyəti fevralın 28-də ABŞ-ın Arkanzas ştatının Senat və Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, görüşlərdə Azərbaycan tərəfindən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri Nəsimi Ağayev iştirak edib. Azərbaycan nümayəndə heyətinin Arkanzas ştatının qubernatoru, senatorları və Nümayəndələr Palatası üzvləri ilə keçirilən görüşlərində Azərbaycanla ABŞ arasında ötən dövrdə yaranan strateji əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər müzakirə edilib. Görüşlərdə çıxış edən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanla ABŞ arasında tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Öz növbəsində Arkanzas ştatının senatoru Coys Elliot ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
    03.03.12 Məqaləni oxumaq
     
    Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı Bakıda işgüzar səfərdə olub
    Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı xanım Yanne Holst Hübner 27 fevral - 01 mart 2012-ci il tarixlərində Bakıda işgüzar səfərdə olub. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində xanım Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib. Həmin görüşlər zamanı ölkəmizin bu nüfuzlu təşkilata daha sıx inteqrasiyası, eləcə də prokurorluqlar arasındakı əməkdaşlığa əhəmiyyətli töhfəsi xüsusi qiymətləndirilib. Assosiasiyanın materiallarının BMT-nin rəsmi dillərindən olan rus dilində yayımlanması üçün Azərbaycan Prokurorluğu tərəfindən görülən işlərə yüksək dəyər verilib.
    02.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031