|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Prezident Almaniyanın xarici işlər nazirini qəbul edib
|
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlət başçısı xarici işlər naziri Guido Vestervellenin ölkəmizə səfərinin tərəfdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Guido Vestervelle ölkəmizdə keçirdiyi görüşlər barədə prezident İlham Əliyevə məlumat verib. Diplomatik əlaqələrimizin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
Daxili İşlər Nazirliyi qaçqın və məcburi köçkünlərə 63 min manat yardım etdi
|
Bu gün, Novruz bayramı ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitlərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində prezident İlham Əliyevin bu kateqoriyadan olan həmvətənlərimizin qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə də minnətdarlığını bildirib.
|
15.03.12 Məqaləni oxumaq
|
|
|
ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”
|
«Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur». «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bu mövqeni ABŞ Dövlət Departament təsdiq edib. Departamentdə keçirilən ənənəvi brifinqdə rəsmi nümayəndə Viktoriya Nuland bildirib ki, Minsk qrupunun həmsədri kimi ABŞ əvvəlki tək Dağlıq Qarabağ münaqişəsinin həllində daimi sülhün əldə olunması üçün tərəflərə kömək etmək üzərində köklənib.
|
15.03.12 Məqaləni oxumaq
|
|
|
Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbərini qəbul edib
|
Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbəri Kamran Bağırovu qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
E.Süleymanova Ombudsman təsisatının insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verdiyini, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla sıx əməkdaşlıq əlaqələri yaratdığını, insan hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə üzrə birgə tədbirlər, dəyirmi masalar, seminar-treninqlər keçirildiyini diqqətə çatdırıb.
|
15.03.12 Məqaləni oxumaq
|
|
|
Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirini qəbul edib
|
Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Salem Xalifa Əl-Haflini qəbul edib. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, görüş zamanı nazir K.Heydərov qonağa Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib.
Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb. Səfir nazirliyin fəaliyyətini yüksək qiymətləndirib, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
|
15.03.12 Məqaləni oxumaq
|
|
|
İran prezidenti millət vəkillərinin suallarına cavab verib
|
Mahmud Əhmədinejad İran İslam İnqilabından bu yana millət vəkillərinin suallarına cavab vermək üçün parlamentə çağırılan ilk ölkə prezidenti olub. “KƏLAMİNFO” BBC-yə istinadın xəbər verir ki, 15 dəqiqə ərzində millət vəkilləri prezidentə suallarını oxuyublar. Parlament üzvlərini iqtisadiyyatın idarə olunması və prezidentin dini rəhbərlə açıq mübahisəsi maraqlandırıb. Bir saat ərzində suallara cavab verən Mahmud Əhmədinejad siyasətinin və verdiyi qərarların qanun çərçivəsində olduğunu bildirib.
“Prezidentin parlamentə çağırılması mühafizəkar siyasi elita arasında parçalanmadan xəbər verir” - deyə BBC müxbiri Ceyms Reynoldsun təhlilində bildirilib.
|
15.03.12 Məqaləni oxumaq
|
|
|
Prezident Astara rayonunda səfərdədir
|
Bu gün prezident İlham Əliyev Astara rayonuna səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Məlumat verilib ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
|
14.03.12 Məqaləni oxumaq
|
|
|
Serj Sarksiyan təkrarən partiya sədri olub
|
Ermənistanın hakim Respublika Partiyasının qurultayı Serj Sarksiyanı təkrarən partiyanın sədri vəzifəsinə təsdiq edib. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, onun namizədliyi eks-spiker Ovik Abramyan tərəfindən irəli sürülüb və 1801 qurultay iştirakçısı tərəfindən təsdiqlənib. Partiyadaşlarına təşəkkür edən Sarkisyan bildirib ki, ölkə və xalqı üçün bütün enerjisi və məsuliyyəti ilə işləyəcək: «Bizim başqa məqsədimiz yoxdur».
|
14.03.12 Məqaləni oxumaq
|
|
|
TQDK rayonlarda nəzarətçi müəllimlərə seminarlar keçirir
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam etdirir. Nəzarətçi müəllimlərin imtahan texnologiyaları haqqında məlumatlarının daha da genişləndirilməsi məqsədi ilə fevral ayının 13-dən martın 10-dək olan müddətdə Bərdə, Ağcabədi, Göygöl, Samux, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir, Masallı, Cəlilabad, Qax, Salyan, Şirvan, Oğuz və Gəncədən olan nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
|
14.03.12 Məqaləni oxumaq
|
|
|
Elnur Aslanov: “Qurultay xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır”
|
“Gənclərin vahid qurum şəkilində fəaliyyəti gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, həqiqətlərimizin dünya birliyinə, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrə məlumatların çatdırılmasına imkan verəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür.
“Tədbir xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır. Azərbaycanın sosial iqtisadi çəkisi artdıqca müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri də daha fəal fəaliyyət göstərə bilirlər” - deyə E.Aslanov vurğulayıb.
Qeyd edək ki, Bakıda bazar ertəsi Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir.
|
14.03.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|