|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
Səfər Əbiyev Çin və İran səfirləri ilə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib
|
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsuini və İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hər iki görüşdə hərbi-siyasi vəziyyət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
|
17.03.12 Məqaləni oxumaq
|
|
|
SWIFT İrana qarşı sanksiyalara qoşuldu
|
ABŞ elektron pul hesablamaları üzrə SWIFT (Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyi) sisteminin qərarını alqışlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, beynəlxalq banklararası ödəmə sistemi olan SWIFT İranın Avropa Birliyinin sanksiyaları ilə üzləşən maliyyə təşkilatlarına xidməti dayandırmaq qərarı verib. SWIFT-in baş direktoru Lasaro Kampos deyib ki, İran banklarına xidmətin dayandırılması fövqəladə bir addımdır və maliyyə sanksiyalarının gücləndirilməsi beynəlxalq və çoxtərəfli addımların birbaşa təsiridir.
Qərar martın 17-dən qüvvəyə minəcək.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
Fransada 3 əsgər öldürülüb
|
Fransada 3 əsgər öldürülüb. Polisin məlumatına görə, motosiklda olan naməlum adamlar Montoban şəhərində əsgərləri atəşə tutaraq hadisə yerindən uzaqlaşıblar. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə hərbi hissənin ətrafında baş verib. Əsgərlərdən ikisi yerindəcə, biri isə hospitalda keçinib.
Cinayətin motivi bəlli deyil, istintaq gedir.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi TQDK-ya “Tarix” dərsliklərindəki səhvlərin aradan qaldırılacağı vədini verib
|
“Tarix” və “Biologiya” dərsliklərindəki səhvlərlə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmiləri, eləcə də dərslik müəllifləri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. Sədrin sözlərinə görə, dərsliklərlə bağlı yaranmış problem artıq həll olunub: “TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldırmalarına söz verib”.
M.Abbaszadə belə bir nəticəyə görə şad olduğunu vurğulayıb: “Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq”.
Xatırladaq ki, “Biologiya” dərsliklərindəki səhvlərə gəldikdə isə TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə bu dərslikdəki səhvlərlə bağlı müzakirələr aparılır: “Mən əminəm ki, bu dərslikdə də tərəfimizdən göstərilən səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılacaq”.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
TQDK sınaq imtahanlarının vaxtını açıqlayıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanı təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə açıqlayıb.
Qeyd edək ki, sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefonlardan 7735 nömrəsinə boş SMS göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını “Visa/Visa Elektron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın internet saytından ödəmə edərək əldə edə bilər.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
Sınaq imtahanları əsas və təkrar formada keçiriləcək
|
Sınaq imtahanları əsas və təkrar olmaqla mərhələli şəkildə aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu haqda məlumat verilib. Onun sözlərinə görə, əsas sınaq imtahanı aprelin 8 və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da keçiriləcək.
Qeyd edək ki, mayın 6-da da əsas sınaq imtahanı keçiriləcək, amma mayın 20-də keçiriləcək təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
|
2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. M.Abbaszadə bildirib ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
Sədr həmçinin bildirib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan isə paralel olaraq ərizələrin təsdiqlənməsi də başlanacaq.
Qeyd edək ki, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də baş tutacaq.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: Minsk qrupu hələ də ikiüzlü siyasət aparır
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ənənəvi “Qarabağ saatı”nı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ məsələsində çox ciddi hadisələrdən biri Rusiyada keçirilən prezident seçkiləridir. Rusiyada Vladimir Putinin prezident seçilməsindən Ermənistanın hədsiz narahat olduğunu vurğulayan M.Əhmədoğlunun sözlərinə görə, ermənilər hesab edir ki, D.Medvedyevlə dil tapmaq mümkün idi, ancaq Putinlə danışmaq çətindir. M.Əhmədoğlu prezident seçkilərində Rusiyada yaşayan ermənilərin Jirinovskiyə səs verdiklərini söyləyib. Hazırda Avro-Atlantik, Qərb strukturlarından Ermənistana dəstək gəldiyini diqqətə çatdıran M.Əhmədoğlu əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dialoqa bir dəfə də olsun münasibət bildirməyib və bu qurum Qafqaz siyasətini dəqiqləşdirməlidir: “Dialoq demokratiyanın sütunlarından biridir.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
|
Prezident Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşavirini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçi, iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlət başçısına çatdırıb. O deyib ki, Serbiya Prezidenti Azərbaycanın Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya Prezidentinin Bakıya və Azərbaycan Prezidentinin Belqrada səfərlərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
|
16.03.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|