Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2012
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Azərbaycanın “Avroviziya”dakı mahnısının klipi təqdim olundu
    Azərbaycanın “Avroviziya” Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnı sevgi fəlakəti və onun dərin ağır tәәssüratlarından bəhs edir. "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri-kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.
    19.03.12 Məqaləni oxumaq
     
    "EuroClub" və "EuroVillage"in yeri açıqlanıb
    "EuroClub"un ünvanı Əl Oyunları Sarayı, "EuroVillage"in ünvanı isə Bakı Bulvarı ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "EuroClub" “Avroviziya” Mahnı Müsabiqəsinin əsas və əyləncə dolu məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanların vaxtlarını maraqlı keçirdiyi şənlik və musiqili yer məhz "EuroClub"dur. 2500 kv.m sahəsi olan "EuroClub" mayın 13-dən açılacaq. Bakıdakı "EuroClub"a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, DJ-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə dolu proqramlar təşkil olunacaq. 5330 kv.m ərazini əhatə edəcək "EuroVillage"in rəsmi açılışı isə mayın 19-da olacaq. "Bakı Kristal Zalı"ndan 3 km məsafədə yerləşən "EuroVillage"də gündəlik şou proqramlar, müxtəlif konsertlər, müsabiqəyə aid aksessuarların satışı təşkil olunacaq.
    19.03.12 Məqaləni oxumaq
     
    Fransada üç məktəbli öldürülüb
    Fransada yəhudi məktəbinin kənarında üç məktəbli öldürülüb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə Tuluza şəhərində yerləşən məktəb ətrafında baş verib. Hücum zamanı iki uşaq və bir yeniyetmə həlak olub. Hadisəni motosikletlə olan və hadisə yerini tərk edən şəxsin törətdiyi ehtimal edilir. Bu hadisədən əvvəl üç fransız əsgəri motosikletdə olan bir adam tərəfindən güllələnib. Hər iki hadisə eyni regionda baş verib. Hələ ki, hər iki hadisə arasında əlaqə olub-olmadığı aydın deyil.
    19.03.12 Məqaləni oxumaq
     
    Bakıda intellektual oyunlar üzrə “Xəzər kuboku” beynəlxalq turnirinə start veriləcək
    Martın 23-dən 25-dək Bakıda, Kempinski-Badamdar mehmanxanasında ilk dəfə olaraq intellektual oyunlar üzrə “Xəzər kuboku”(“Caspian Cup”) beynəlxalq turnirinə start veriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Təşkilatçıları Gənclər və İdman Nazriliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi olan yarış üç gün davam edəcək. Burada bilik və bacarıq tələb olunan müxtəlif intellektual oyunlar keçiriləcək. Həmin oyunların sırasında ənənəvi olan “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və“ Breyn-ring” oyunları ilə yanaşı, “Xəmsə” milli intellektual oyunu üzrə ilk beynalxalq yarışma da olacaq. Yarışın təşkilati tərəfdaşı “Atəşgah” İntellektual Oyunlar Klubudur. Turnir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu və Gilan Holdinqin dəstəyi ilə həyata keçirilir. Bu tədbirdə Gürcüstandan, Rusiyadan, Ukraynadan, Qazaxstandan, İsraildən, Özbəkistandan, Türkmənistandan və Azərbaycandan 50 yaxın komanda iştirak edəcək.
    19.03.12 Məqaləni oxumaq
     
    Təhsil şöbələrinin strateji planlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib
    Təhsil Nazirliyi “Rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin tətbiqi” adlı növbəti seminar keçirib. Seminar Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və nazirliyin strateji planına əsasən təşkil edilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər.
    19.03.12 Məqaləni oxumaq
     
    “Elektron təhsil” müsabiqəsi aprelin 2-də başlayacaq
    Aprelin 2-də Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start veriləcək. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Ultra”, HP, “Azedunet” MMC və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir. “KƏLAMİNFO” İKT İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləyib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib.
    19.03.12 Məqaləni oxumaq
     
    Türkiyə vətəndaşı Ankaradan Bakıya yürüş edəcək
    Türkiyə vətəndaşı, azərbaycanlı Kələntər Bayramlı martın 21-də Ankaradan Bakıya yürüş etmək qərarına gəlib. O, bununla dünya ictimaiyyətini Xocalı soyqırımına diqqətinin cəlb olunmasını istəyir. «KƏLAMİNFO» «Hürriyət» qəzetinə istinadən xəbər verir ki, Bayramlı 2800 km-i üç aya qət etmək niyyətindədir. O, əvvəlcə Ankaradan Naxçıvana, oradan isə İran vasitəsilə Bakıya gəlmək istəyir.
    19.03.12 Məqaləni oxumaq
     
    Hökumət parlamentdə hesabat verir
    Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəlikdə hökumətin hesabatının olduğunu vurğulayıb. Spiker hesabatla bağlı ümumi məlumat verərək deyib ki, ötən ildə ölkənin investisiya imkanları 72 faizə çatıb, əhalinin gəlirləri 20 faiz artıb. Daha sonra baş nazir Artur Rəsizadə deputatlar qarşısında hesabat verib. O qeyd edib ki, keçən il Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb, pensiyalar 40 faiz artıb. “Ümid’ və “Abşeron” yataqlarında zəngin qaz resursları aşkarlanıb. “Ölkədə ilk dəfə böyük istehsal gücü olan azot gübrəsi istehsalı zavodu yaradılıb. Həyata keçirilən infrastruktur layihələri ölkəni regional nəqliyyat qovşağına çevirəcək” - deyə A.Rəsizadə vurğulayıb.
    17.03.12 Məqaləni oxumaq
     
    Magistraturaya qəbul imtahanlarının 2-ci mərhələsi iyunun 24-də keçiriləcək
    2012-2013-cü tədris ili üçün magistraturaya qəbul üzrə keçiriləcək ikinci imtahanın vaxtı bəlli olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadənin sözlərinə görə, magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək. Magistraturaya proqram seçimi isə iyunun 4-12-də aparılacaq. Magistraturaya ikinci mərhələnin imtahanı keçirildikdən və bakalavrlar imtahanda topladıqları balları bildikdən sonra, iyunun 27-29-da magistraturaya ixtisas seçimi aparılacaq. Sədr bildirib ki, mayın 30-da magistraturaya qəbul kampaniyası başa çatacaq. Qeyd edək ki, TQDK 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramlarını da çap edib. Sayca 3-cü olan “Magistr” jurnalında ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları əks olunub. Hər bir bakalavr ixtisaslaşma seçimi cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilər.
    17.03.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: Ali məktəblərin sayı artırılmalıdır
    “Artıq Azərbaycanda ali məktəblərin sayı, o cümlədən iş yerlərinin sayı artırılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov çıxış edib. O qeyd edib ki, son 20 il ərzində Azərbaycanda əhalinin sayı 2 milyon nəfər artıb və bu da ildə əhalinin təxminən 100 min nəfər artması deməkdir. “Əgər hazırda ali təhsilə əhalinin 30 faizi cəlb olunursa, gələcəkdə indiki plan üzrə cəmi 25 faiz cəlb olunacaq ki, bu da inkişaf etmiş dünya ilə ayaqlaşmır” - deyə Ə.Əhmədov vurğulayıb. O bildirib ki, Azərbaycanın 2020-ci il üçün müəyyənləşdirdiyi inkişaf strategiyasında ali təhsil müəssisələrinin sayının artırılması və ali təhsil alanların 50 faizə çatdırılması planlaşdırılmalıdır. “Əhalinin sayı ildə 100 min nəfər artırsa, iş yerlərinin də sayı müvafiq qaydada artırılmalıdır” - deyə o əlavə edib.
    17.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031