|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
“Narkotiklərdən əl çəkək” layihəsinə start verilib
|
Bu gündən etibarən Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında layihəyə start verib. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində gənclərin iştirakı ilə regionlara avto turlar və idman yarışları təşkil olunacaq. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edəcək layihənin bir neçə mərhələdə icra olunması nəzərdə tutulub. Əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlam həyat tərzi prinsiplərinə riayət etməsinin vacib olduğunu açıqlanan layihədə bir sıra tədbirlər həyata keçiriləcək.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Gəncədə elektron kitabxana sistemi genişlənir
|
Gəncədə informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı kitabxana sisteminin də yeni texnologiyalar əsasında qurulmasına şərait yaradıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Gəncə şəhər Mərkəzi Kitabxanasının şöbə müdiri Gülnaz İsmayılova məlumat verib. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhərində elektron kitabxanalara maraq artıb və bu şəbəkə günü-gündən genişlənir.
G.İsmayılova hazırda e-kitabxanaya on mindən çox kitabın daxil edildiyini bildirib. “Hazırda kitabxanaya daxil olan bütün yeni kitabların elektron nümunəsi hazırlanır”.
Qeyd edək ki, ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasından 61 minə yaxın oxucu istifadə edib.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Şeyx bəyanat verdi
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il fevral ayının 20-də Əfqanıstanda Amerika hərbçiləri tərəfindən müqəddəs Qurani-Kərimin yandırılması faktına öz münasibətini bildirib. Şeyx bununla bağlı bəyanat verib. Bəyuanatda deylir:
- Son zamanlar bir sıra sivil cəmiyyətlərdə, özəlliklə dünya birliyinə multi-mədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsi bizi son dərəcə narahat edir. XXI əsri mədəniyyətlərin yaxınlaşması dönəmi kimi təqdim etmək cəhdləri, təəssüf ki, əməli cəhətdən gündən-günə süquta uğramaqdadır. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən biri də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsidir.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Müsəlmanlar hərbi blok yaradır?
|
“Artıq hazırkı şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması zərurəti yetişib”. “Azadinform” xəbər verir ki, bunları Bakıda səfərdə olan Pakistan Senatının sədr müavini Mir Can Cəmali bildirib. O qeyd edib ki, artıq bu məsələyə baxmaq zamanı yetişib, bunun üçün potensial mövcuddur.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Xaricdəki varlılarımız
|
Araz Ağalarovun həyat və biznes fəlsəfəsi
“Krokus” şirkətinin yaradıcısı Araz Ağalarov Rusiya üçün nadir biznes sahəsi olan sərgi biznesinin lideridir. Ağalarovun şirkətinin 320 min kvadratmetlik ümumi sahəsi olan istehsalat meydançaları, eyni zamanda bir o qədər də sərgi zalları var. Ağalarov “Krokus-Siti-Moll” Ticarət Mərkəzinin və “Tvoy dom” ticarət şəbəkəsinin sahibidir. O, “Forbes” jurnalının milyarderlər siyahısında yer alır. Rusiya mətbuatının yazdığına görə, Ağalarov “Patek Philippe” firmasının saatını taxır və əynində yaxşı oturan kostyum geyinməyi sevir. Ağalarov peşəkarların hörmətini qazanıb, çünki təkcə öz biznesini aparmaqla kifayətlənmir, həm də özünü, öz bilik və dünyagörüşünü inkişaf etdirir, ən əsası, o nə etdiyini bilir. Rusiyanın fəxri sahibkarı obrazını onun kimi şəxslər formalaşdırır. O öz dəyərini bilən adamdır. Öz mədəni inkişaf səviyyəsinin qeydinə qalır, karyerasının necə alınması onun üçün vacibdir və o, nüfuzuna ləkə düşməməsi üçün çalışır.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
NAXÇIVAN: Tarixiliyin və müasirliyin vəhdət təşkil etdiyi gözoxşayan şəhər
|
Muxtar Respublikamızın, xüsusən də paytaxt şəhərimiz Naxçıvanın günü-gündən gözəllik donuna bürünməsi, tarixiliklə müasirliyin vəhdətində inkişaf etməsi hər birimizin qəlbində böyük sevinc, iftixar hissi yaradır. Könülləri oxşayan, ürəklərə təravət gətirən yaraşıqlı, müasir binalar, geniş və səliqəli yollar, gül-çiçəkli parklar, xiyabanlar artıq hər gün yenisi ilə qarşılaşacağına təəccüblənməyəcəyimiz həyat həqiqətlərinə çevrilib. Demək olar ki, hər səhəri şəhərimizin yaxşılığa, gözəlliyə doğru daha bir yeniliyi ilə qarşılayırıq. Təbii ki, bu yeniləşmə hər kəsi məftun edir, duyğulandırır.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Maarif fədaisi
|
Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə
Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə XIX əsr Azərbaycan milli ziyalılarının, eləcə də hakim dairələrdə təhsil və maarif məsələlərinə nəzarət edən dövlət məmurlarının biliyinə, dərrakəsinə və müəllimlik qabiliyyətinə güvəndiyi dərin zəka sahiblərindən biri olub. O, uzun müddət yüksək ruhani vəzifələrində çalışaraq xalqın maariflənməsi yolunda geniş və hərtərəfli fəaliyyət göstərib. Təəssüf ki, onun həyat və fəaliyyətinə layiq olduğu qiymət hələ də verilməyib. Halbuki, dövlət arxivlərinin toz basmış, illər boyu qatı açılmamış sənədləri arasında M.S.Talıbzadənin ömür yolunu işıqlandıra biləcək çoxlu materiallar var.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi ilə görüşüb
|
Fevralın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdıkərimovu qəbul edib. Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını dedi: “Azərbaycanla Qazaxıstanı yaxınlaşdıran çoxlu amillər var. Tarix, din, dil və digər mənəvi amillər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sovetlər birliyinin tərkibində olan, sonra isə müstəqillik qazanan hər iki dövlət müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Ölümsüzlük yolu
|
Bu il Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatın 20 ili tamam olub. Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ müharibəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. Müharibənin gedişi zamanı Kərkicahan ermənilər tərəfindən işğal olunub. Nəticədə Ağdamdan Şuşaya gələn yol bağlanıb. Bununla da 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu yaranıb. Yeganə Laçın yolu qalıb ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayıblar. Bu səbəbdən həm ermənilərin hücumlarının qarşısını almaq, həm də Şuşaya yolu açmaq məqsədilə Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb. Bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
Dil: Dünyanın ən işlək dilləri, ən az danışılan dillər, rəsmi dillər...
|
Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir. YUNESKO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir. Hər bil dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır.
|
27.03.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|