Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Yastığın yüngül olsun, Zəlimxan qağa
    Sözün əsiri və əsgəri Zəlimxan Yaqub haqda bir neçə söz

    İndi hər şey mümkündür. Lap elə ədəbiyyatda monopoliya yaratmaq da. Bir də görürsən, kimsə bir dəstə yaratdı, hansısa yazıçının, yaxud şairin anasını mələr qoymaq üçün. Bir iki qəzeti, internet saytını döndərirlər namərd səngərinə. Qələmi çevirirlər silaha, söyüşü, təhqiri isə namərd gülləsinə. Yaz ki, yazasan. Bəzən hətta min il geriyə piştov kimi səslənən söz gülləsi atırlar. Ancaq onlara elə gəlir ki, atdıqları top mərmisidir.
    27.03.12 Məqaləni oxumaq
     
    Mənim anam
    Heydər Əliyevin bacısı anası haqda danışır

    Əməkdar müəllim, ümummilli lider Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın anası haqqında xatirələrini yazdığı “Mənim anam” kitabından Kulis.az-ın seçmələrini təqdim edirik.
    27.03.12 Məqaləni oxumaq
     
    Dəhşətdir, elə deyilmi?
    Bu günlərdə Azərbaycan cəmiyyəti dünya universitetlərinin reytinqi ilə bağlı sıralamalarla tanış oldu. Azərbaycan ali məktəbləri yüksək pilləyə təkcə Xəzər Universiteti ilə yüksələ bilmişdi. Bu da o deməkdir ki, təhsillə bağlı ciddi sıxıntılarımız var və həm də çox ciddi...

    Elə bu günlərdə Modern.az-da Azərbaycanda fəaliyyət göstərən Türk liseylərinin biri ilə bağlı hazırlanmış geniş reportajı da oxudum. Hətta bu reportajı dostlarımızla qısa da olsa müzakirə etdik. Niyə də sevinməyək? Hər halda uşaqlarımızın, daha doğrusu Türk liseylərində təhsil alan  uşaqlarımızın uğurlu gələcəyini görə bilirik. Əlbəttə, Türk liseylərində təhsil pulludur. Həm də təhsil haqqı 2500-7000 AZN arasında dəyişir.
    27.03.12 Məqaləni oxumaq
     
    Xocalı qurbanları anıldı
    On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşündə faciə qurbanlarının xatirəsini yad edildi və insanlığa qarşı törədilmiş bu vəhşi cinayət yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı

    XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü Azərbaycanda ümumxalq səviyyəsində qeyd edilib. Faciənin ildönümü ilə bağlı respublikada müxtəlif anım tədbirlər keçirildi. Bu tədbirlərdən ən möhtəşəmi fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşü olub. Yürüşdə prezident İlham Əliyev də iştirak edib. Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.
    27.03.12 Məqaləni oxumaq
     
    “Avroviziya”nın Məşvərət Qrupu San-Marinoya xəbərdarlıq etdi
    “Avroviziya” Mahnı Müsabiqəsinin Məşvərət Qrupu San-Marino təmsilçisinin builki şouda oxuyacağı "Facebook Uh, Oh, Oh" mahnısını müzakirəyə çıxarıb. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Məşvərət Qrupunun qərarına görə, bu mahnı müsabiqə qaydalarına ziddir. “Avroviziya” Mahnı Müsabiqəsi 2012-nin qaydalarında deyilir ki, “Avroviziya” Mahnı Müsabiqəsi zamanı siyasi və ya buna oxşar mövzuda heç bir söz, ifadə, jest işlətmək olmaz. Mahnının mətnində və ifasında hər hansı bir tənqidi sözün işlənməsi qadağandır. Mahnı vasitəsilə kommersiya məqsədli ismarıcların göndərilməsi yolverilməzdir. Bu qaydanı pozmaq müsabiqədən kənarlaşdırılma ilə nəticələnə bilər". Lakin Məşvərət Qrupu San-Marino Televiziyasına ölkə təmsilçisinin mahnısının sözlərini və ya yeni kompozisiyanı təqdim etməyə imkan verib. San-Marino təmsilçisi Valentina Monettanın Bakı səhnəsində ifa edəcəyi mahnı martın 22-də, Bakı vaxtı ilə saat 15.00-dək təqdim edilməlidir.
    20.03.12 Məqaləni oxumaq
     
    ABŞ-dan İraqa xəbərdarlıq
    ABŞ İranın İraq üzərindən Suriyaya silah daşımasından narahatdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bu səbəbdən İraqa xəbərdarlıq etdiklərini deyib. Nuland İranın silah ixrac etməsinin BMT qərarlarına zidd olduğunu bildirərək İraqa bunu yenidən xatırlatdıqlarını bildirib. İraqın baş naziri Nuri Əl Maliki isə İraq üzərindən Suriyaya gedən bütün təyyarələrin humanitar yardım məqsədli olduğunu qeyd edib.
    20.03.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinə daxil olan şikayətlərin böyük əksəriyyəti Bakı məktəbləri ilə bağlı olub
    Cari ili fevralında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 1629 müraciət daxil olub. Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterli olub. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər müvafiq qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülüb. Ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.
    20.03.12 Məqaləni oxumaq
     
    Ramil Həsənov MDB PA-nın 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyaya qatılacaq
    Martın 26-28-i tarixlərində TÜRKPA baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Sessiyada MDB-yə üzv ölkələrinin və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Sessiya çərçivəsində TÜRKPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatın nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Səfərdə TÜRKPA baş katibini müavinləri Mels Semgaliyev və Bektemir Ziyadinov müşayiət edəcəklər.
    20.03.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına qatılacaq
    Sabah millət vəkili Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclasda “İqtisadi və maliyyə böhranlarından sonra normal yaşayış üçün təqaüdlərin müəyyən edilməsi”, “Vergi ilə bağlı siyasətin formalaşması”, “Maliyyə əməliyyatlarında sosial ədalətin bərpası”, “Orqan alverinə qarşı mübarizə üçün Avropa Konvensiyasına doğru” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq, komitənin işçi proqramı və gələcək prioritetləri müəyyənləşdiriləcək. S.Fətəliyeva iclasda qaldırılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər çərçivəsində deputat Ətraf mühit və enerji məsələləri, Sosial və iqtisadi hüquqlar, İctimai sağlamlıq üzrə alt komitələrin toplantılarına qatılacaq. Səfər martın 25-də başa çatacaq.
    20.03.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat beynəlxalq forumda iştirak edəcək
    Milli Məclisin deputatı, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru Çingiz Qənizadə “Beynəlxalq Həbsxana İslahatları” (“Penal Reform International”) təşkilatı tərəfindən 22-23 mart tarixində Tiflisdə keçiriləcək regional foruma dəvət olunub. Deputatın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Cənubi Qafqazda işgəncələrə və pis rəftara qarşı mübarizə və onların qarşısının alınması mövzusunda təşkil olunan bu forumda dövlət rəsmiləri, insan hüquqları institutları, Azərbaycan, Gürcüstan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcək.
    19.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031