Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    “Narkotiklərdən əl çəkək” layihəsinə start verilib
    Bu gündən etibarən Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında layihəyə start verib. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində gənclərin iştirakı ilə regionlara avto turlar və idman yarışları təşkil olunacaq. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edəcək layihənin bir neçə mərhələdə icra olunması nəzərdə tutulub. Əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlam həyat tərzi prinsiplərinə riayət etməsinin vacib olduğunu açıqlanan layihədə bir sıra tədbirlər həyata keçiriləcək.
    27.03.12 Məqaləni oxumaq
     
    Gəncədə elektron kitabxana sistemi genişlənir
    Gəncədə informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı kitabxana sisteminin də yeni texnologiyalar əsasında qurulmasına şərait yaradıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Gəncə şəhər Mərkəzi Kitabxanasının şöbə müdiri Gülnaz İsmayılova məlumat verib. Onun sözlərinə görə, ölkənin ikinci böyük şəhərində elektron kitabxanalara maraq artıb və bu şəbəkə günü-gündən genişlənir. G.İsmayılova hazırda e-kitabxanaya on mindən çox kitabın daxil edildiyini bildirib. “Hazırda kitabxanaya daxil olan bütün yeni kitabların elektron nümunəsi hazırlanır”. Qeyd edək ki, ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasından 61 minə yaxın oxucu istifadə edib.
    27.03.12 Məqaləni oxumaq
     
    Şeyx bəyanat verdi
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il fevral ayının 20-də Əfqanıstanda Amerika hərbçiləri tərəfindən müqəddəs Qurani-Kərimin yandırılması faktına öz münasibətini bildirib.  Şeyx bununla bağlı bəyanat verib. Bəyuanatda deylir:

    - Son zamanlar bir sıra sivil cəmiyyətlərdə, özəlliklə dünya birliyinə multi-mədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsi bizi son dərəcə narahat edir. XXI əsri mədəniyyətlərin yaxınlaşması dönəmi kimi təqdim etmək cəhdləri, təəssüf ki, əməli cəhətdən gündən-günə süquta uğramaqdadır. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən biri də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsidir.
    27.03.12 Məqaləni oxumaq
     
    Müsəlmanlar hərbi blok yaradır?
    “Artıq hazırkı şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması zərurəti yetişib”. “Azadinform” xəbər verir ki, bunları Bakıda səfərdə olan Pakistan Senatının sədr müavini Mir Can Cəmali bildirib. O qeyd edib ki, artıq bu məsələyə baxmaq zamanı yetişib, bunun üçün potensial mövcuddur.
    27.03.12 Məqaləni oxumaq
     
    Xaricdəki varlılarımız
    Araz Ağalarovun həyat və biznes fəlsəfəsi

    “Krokus” şirkətinin yaradıcısı Araz Ağalarov Rusiya üçün nadir biznes sahəsi olan sərgi biznesinin lideridir.
    Ağalarovun şirkətinin 320 min kvadratmetlik ümumi sahəsi olan istehsalat meydançaları, eyni zamanda bir o qədər də sərgi zalları var. Ağalarov “Krokus-Siti-Moll” Ticarət Mərkəzinin və “Tvoy dom” ticarət şəbəkəsinin sahibidir. O, “Forbes” jurnalının milyarderlər siyahısında yer alır. Rusiya mətbuatının yazdığına görə, Ağalarov “Patek Philippe” firmasının saatını taxır və əynində yaxşı oturan kostyum geyinməyi sevir.
    Ağalarov peşəkarların hörmətini qazanıb, çünki təkcə öz biznesini aparmaqla kifayətlənmir, həm də özünü, öz bilik və dünyagörüşünü inkişaf etdirir, ən əsası, o nə etdiyini bilir. Rusiyanın fəxri sahibkarı obrazını onun kimi şəxslər formalaşdırır. O öz dəyərini bilən adamdır. Öz mədəni inkişaf səviyyəsinin qeydinə qalır, karyerasının necə alınması onun üçün vacibdir və o, nüfuzuna ləkə düşməməsi üçün çalışır.
    27.03.12 Məqaləni oxumaq
     
    NAXÇIVAN: Tarixiliyin və müasirliyin vəhdət təşkil etdiyi gözoxşayan şəhər
    Muxtar Respublikamızın, xüsusən də paytaxt şəhərimiz Naxçıvanın günü-gündən gözəllik donuna bürünməsi, tarixiliklə müasirliyin vəhdətində inkişaf etməsi hər birimizin qəlbində böyük sevinc, iftixar hissi yaradır. Könülləri oxşayan, ürəklərə təravət gətirən yaraşıqlı, müasir binalar, geniş və səliqəli yollar, gül-çiçəkli parklar, xiyabanlar artıq hər gün yenisi ilə qarşılaşacağına təəccüblənməyəcəyimiz həyat həqiqətlərinə çevrilib. Demək olar ki, hər səhəri şəhərimizin yaxşılığa, gözəlliyə doğru daha bir yeniliyi ilə qarşılayırıq. Təbii ki, bu yeniləşmə hər kəsi məftun edir, duyğulandırır. 
    27.03.12 Məqaləni oxumaq
     
    Maarif fədaisi
    Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə

    Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə XIX əsr Azərbaycan  milli ziyalılarının, eləcə də hakim dairələrdə təhsil və maarif məsələlərinə nəzarət edən dövlət məmurlarının biliyinə, dərrakəsinə və müəllimlik qabiliyyətinə güvəndiyi dərin zəka sahiblərindən biri olub. O, uzun müddət yüksək ruhani vəzifələrində çalışaraq xalqın maariflənməsi yolunda geniş və hərtərəfli fəaliyyət göstərib. Təəssüf ki, onun həyat və fəaliyyətinə layiq olduğu qiymət hələ də verilməyib. Halbuki, dövlət arxivlərinin toz basmış, illər boyu qatı açılmamış sənədləri arasında M.S.Talıbzadənin ömür yolunu işıqlandıra biləcək çoxlu materiallar var.
    27.03.12 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi ilə görüşüb
    Fevralın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdıkərimovu qəbul edib. Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını dedi: “Azərbaycanla Qazaxıstanı yaxınlaşdıran çoxlu amillər var. Tarix, din, dil və digər mənəvi amillər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sovetlər birliyinin tərkibində olan, sonra isə müstəqillik qazanan hər iki dövlət müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.
    27.03.12 Məqaləni oxumaq
     
    Ölümsüzlük yolu
    Bu il Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatın 20 ili tamam olub. Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ müharibəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. Müharibənin gedişi zamanı Kərkicahan ermənilər tərəfindən işğal olunub. Nəticədə Ağdamdan Şuşaya gələn yol bağlanıb. Bununla da 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu yaranıb. Yeganə Laçın yolu qalıb ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayıblar. Bu səbəbdən həm ermənilərin hücumlarının qarşısını almaq, həm də Şuşaya yolu açmaq məqsədilə Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb. Bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib.
    27.03.12 Məqaləni oxumaq
     
    Dil: Dünyanın ən işlək dilləri, ən az danışılan dillər, rəsmi dillər...
    Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir. YUNESKO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir.
    Hər bil dil ayrılıqda dünya haqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili onun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır.
    27.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031