Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    “Qəbələ RLS-in icarə məbləğinin 50 milyon dollar civarında olacağı ehtimalı var”
    “Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gedişində Qəbələ RLS-in icarə məsələsinin də əsas müzakirə obyekti olacağı şübhəsizdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert deyir ki, bu məsələ ilə bağlı tərəflər hazırda stansiyanın icarəyə verilməsi prosesi üzrə fikir ayrılıqları dövrünü yaşayırlar. “Bir sıra məlumatlara görə, tərəflərin yaxın gələcəkdə ortaq yanaşmaya gəlməsi mümkündür. Fikrimcə, Sergey Lavrovun səfəri çərçivəsində rəsmi Bakı və Moskva sözügedən obyektin gələcək taleyi, eyni zamanda, iki ölkə arasındakı bir sıra hərbi-siyasi məsələləri müzakirə edəcəklər” - deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, əldə olan məlumatlar onu deməyə əsas verir ki, bu ilin ortalarında tərəflər Qəbələ RLS-in icarə məbləği ilə bağlı ortaq rəqəm ətrafında razılıq əldə edə bilərlər. “Bu rəqəmin təxminən 50 milyon dollar civarında olacağı ehtimalı var” - deyə o əlavə edib.
    29.03.12 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
    29.03.12 Məqaləni oxumaq
     
    TQDK 20 illiyini silsilə tədbirlərlə qeyd edəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il silsilə tədbirlər keçirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il TQDK-nın yaranmasında 20 il keçir və silsilə tədbirlər də bu münasibətlə keçiriləcək. Qeyd edək ki, SSRİ dağıldıqdan sonra 1992-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yeni qəbul qaydaları təsdiq olunaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılıb.
    28.03.12 Məqaləni oxumaq
     
    DAK-ın 12-ci qurultayının vaxtı və yeri açıqlanıb
    Dünya Azərbaycanlıları Konqresinin növbəti - 12-ci qurultayının vaxtı və yeri məlum olub. Qurultay aprelin 21-23-ü tarixlərində Ukraynanın Donetsk şəhərində keçiriləcək. Bu barədə açıqlamanı DAK-ın həmsədri Sabir Rüstəmxanlı verib. DAK-ın qurultayına hazırlıqla bağlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirən həmsədr deyib ki, Ukrayna həm Avropa, həm də digər ölkələrə açıq dövlətdir və buna görə də qurultayın orada keçirilməsi qərara alınıb. S.Rüstəmxanlı bildirib ki, Avropada keçirilən qurultaylarda nümayəndələrin iştirakı bəzən vizadan asılı olurdu, ancaq Ukraynada DAK-a sadiq insanların yığışması və seçilməsi imkanları var. O deyib ki, qurultaya dünyanın bir sıra ölkələri, o cümlədən Avropa dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri, ziyalılar və nüfuzlu adamlar dəvət olunacaq. Qurultaydan sonra Güney Azərbaycan məsələləri ilə məşğul olan təşkilatların əlaqələndirmə mərkəzinin yaradılması nəzərdə tutulub.
    28.03.12 Məqaləni oxumaq
     
    ABŞ-da daha bir erməni cinayətkar dəstə aşkar edilib
    ABŞ-da içərilərində ermənilərin olduğu cinayətkar qrup aşkarlanıb. Dörd erməni bank fırıldağı və şəxsi məlumatlar oğurluğunda ittiham olunur. Bu məlumatı ABŞ Federal Prokurorluğu yayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, “Associated Press” agentliyi bunu Kaliforniya ştatı tarixində ən iri cinayətlərdən biri adlandırır.
    33 yaşlı Arman Şaropetrosyan, 39 yaşlı Karen Markosyan, 28 yaşlı Artuş Marqaryan və 28 yaşlı Kristina Ohancanyan hər biri ağır cinayət üçün 30 ilədək azadlıqdan məhrum edilə bilərlər. Məsələn, bir sıra maddələr üzrə ittiham olunan Arman Şaropetrosyan ümumən 164 il müddətinə məhkum edilə bilər. Qrupun başçısı Arman Şaropetrosyan olub. Baş prokurorun müavini Lenny Broyerə istinadən “Washington Post” qəzeti xəbər verir ki, 6 il ərzində cinayətkar qrup 10 milyard dollardan çox pul mənimsəyib. Bandanın əsas üzvlərindən başqa, cinayət işi üzrə 20 adam ittiham olunur.
    28.03.12 Məqaləni oxumaq
     
    “Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz olunması ən real variantdır”
    “İndiki halda həqiqətən ATƏT-in Minsk Qrupunun hazırkı formatı Azərbaycanın maraqlarına cavab vermir. Bu baxımdan Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi təklifini müsbət dəyərləndirmək olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edir ki, onsuz da son aylar Fransa ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyub. “Düzdür, Fransa Konstitusiya Şurası “erməni soyqırımı”nın inkarı qanunu qüvvədən düşürdü, amma buna baxmayaraq, rəsmi Paris ermənipərəst dövlət olaraq qalır. Bunu prezident seçkiləri də göstərir ki, həm prezident, həm də onun əsas rəqibi dəfələrlə vurğulayıblar ki, əgər hakimiyyətə gəlsələr və yaxud hakimiyyətlərini qorusalar, bu qanunu yenidən gündəmə gətirəcəklər. Yəni Fransanın Ermənistan tərəfindən çıxış etdiyi, daha doğrusu, tərəfsiz olmadığı aydındır. Bu baxımdan Fransanın əvəz olunması məsələsi hər zaman aktualdır və Azərbaycan maraqlarına cavab verən bu məsələni hər zaman qaldırmalıdır” - deyə R.Ağayev vurğulayıb.
    28.03.12 Məqaləni oxumaq
     
    Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək
    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 7-də Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək. DİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, vətəndaşların qəbulu Lənkəran rayon polis şöbəsində keçiriləcək. Həmçinin yaxın rayonlar olan Masallı, Cəlilabad, Astara, Yardımlı, Lerik sakinləri də burada qəbul olunacaq. Qəbul saat 11:00-da başlayacaq.
    28.03.12 Məqaləni oxumaq
     
    Ramil Həsənov Qazaxıstan Parlamenti Məclisinin sədri ilə görüşüb
    Martın 26-da Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyası Şurasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiya çərçivəsində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin TÜRKPA baş katibi Ramil Həsənovu qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Görüşdə R.Həsənov TÜRKPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr, daimi komissiyaların iclasları və onların qəbul etmiş olduğu qərarlar, TÜRKPA-nın Bişkekdə keçirilməsi nəzərdə tutulan III Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə qısa məlumat verib.
    27.03.12 Məqaləni oxumaq
     
    Bu il Əfqanıstanda NATO-nun 16 əsgəri öz əfqan həmkarları tərəfindən öldürülüb
    Bu il Əfqanıstanda NATO qüvvələrində xidmət edən ən azı 16 əsgər öz əfqan həmkarları tərəfindən öldürülüb. Bazar ertəsi iki britaniyalı və bir amerikalı hərbçi iki müxtəlif insident nəticəsində güllələnib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, NATO rəsmisi deyib ki, britaniyalılar cənubi Helmand əyalətində əfqan əsgər tərəfindən öldürülüb, amerikalının isə əfqan polis əməkdaşının vurduğu bildirilir. NATO qoşunlarına əfqan hərbçilərinin hücumları fevral ayında Qurani-Kərimin yandırılmasından və amerikalı əsgərlərin 17 sıravi əfqan vətəndaşını öldürməsindən sonra çoxalıb.
    27.03.12 Məqaləni oxumaq
     
    Türkiyə Suriyadakı səfirliyini bağladı
    Türkiyə rəsmiləri Suriyada vəziyyətin getdikcə ağırlaşması səbəbindən bu ölkədəki səfirliyin bağlandığını bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hələ keçən həftə Türkiyə Dəməşqdəki səfirliyini bağlayacağı və vətəndaşlarını geri çağıracağı barədə xəbərdarlıq etmişdi. Son zamanlar Suriyadakı döyüşlər üzündən Türkiyəyə 17 minə qədər suriyalı keçib. Türkiyə Bəşər Əsəd hökumətini zorakılıqları dayandırmağa çağırmaqda davam edir. Türkiyə eləcə də Birləşmiş Ştatların Suriyadakı üsyançılara yardım təklifini müzakirə etmək üçün gələn həftə keçiriləcək yığıncaqda iştirak etməyə hazırlaşır.
    27.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031