|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
Nursultan Nazarbayev: Astana ATƏT-in seçkiləri müşahidə missiyasının fəaliyyətindən imtina edə bilər
|
Nursultan Nazarbayev ATƏT-in fəaliyyətini kəskin tənqid edərək bəyan edib ki, Astana gələcəkdə qurumun seçkiləri müşahidə missiyasının fəaliyyətindən imtina edə bilər. “KƏLAMİNFO” «Nezavisimaya qazeta»ya istinadən xəbər verir ki, Qazaxıstan liderinin bu təşəbbüsü bir sıra ölkələrdə də dəstəklənə bilər: “Rusiyada bazar günü seçkilər keçirilib və təşkilat orada seçkilərin demokratik standartlara uyğun olmadığını bildirib. Türkmənistana isə ümumiyyətlə, missiya gəlməkdən imtina edib”.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
TQDK xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulu iki mərhələdə aparacaq
|
“Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu məlumatı keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir.
2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq.
Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər.
Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
Məleykə Abbaszadə: “Ən çox səhvlər “Tarix” və “Biologiya” dərsliklərindədir”
|
“Dərsliklərdə olan səhvlər müxtəlifdir. Amma onların çoxuna rus bölməsi üzrə dərsliklərdə rast gəlinir. Çünki Azərbaycan dilində olan mövcud səhvlərə tərcümənin səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzər saldıqda daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
“Səhvlər “Abituriyent” jurnalının I sayında dərc edilib. Bu səhvləri göstərməkdə məqsədimiz kiminsə səhvlərini üzə çıxarmaq deyil. Sadəcə biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə imtahanda səhv etməsinlər”- deyə M.Abbaszadə bildirib.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
“Eurovision” sınaq və qəbul imtahanlarının vaxtına təsir edəcək
|
Bu ilin may ayının müəyyən günlərində Bakıda keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi zamanı paytaxtda sınaq və qəbul imtahanları keçirilməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, belə bir fikirlə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. “Elə ediləcək ki, müsabiqənin keçiriləcəyi günlərdə imtahan olmasın. Çünki hazırda Bakı şəhərinin bir yerindən başqa yerinə nə qədər müddətə gedib çatmağı müəyyən eləmək çətindir. Ona görə də kütləvi tədbirlər olan günləri biz imtahan keçirməyi istəməzdik” - deyə M.Abbaszadə vurğulayıb.
Həmin günlərdə sınaq imtahanlarının yalnız regionlarda keçiriləcəyini bildirən komissiya sədri bildirib ki, imtahan cədvəlləri martın 10-dan sonra təsdiqlənəcək. Sınaq imtahanları aprel ayından keçiriləcək.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
Deputat: Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün səviyyələrdə intensivləşməlidir
|
“Hesab edirəm ki, regionda heç bir qüvvə, heç bir situasiya Azərbaycan-Gürcüstan müttəfiqliyini poza bilməz. Hər iki dövlətin başçıları da bunu yüksək qiymətləndirir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib.
O qeyd edib ki, Qafqazda iki bir-birinə ən yaxın dövlətlər varsa bu da Azərbaycan və Gürcüstandır, tarixi və coğrafi amillər də bunu sübut edir. “Bu baxımdan hər iki dövlətin başçılarının bir-biri ilə mütəmadi görüşünə böyük ehtiyac var. Biz coğrafi və tarixi amilləri bölüşdüyümüz kimi hazırda yürütdüyümüz siyasəti də bölüşməliyik. Hesab edirəm prezidentlər arasındakı görüşlər zamanı birgə həyata keçirilən layihələr, regionda gedən geosiyasi proseslərin ölkələrimizə təsiri, ikitərəfli və beynəlxalq münasibətlərin daha da artırılması məsələləri müzakirə olunmalıdır”-deyə M.Qasımlı vurğulayıb.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
Saakaşvili parlamentdə çıxış edib
|
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvilinin qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, qonağı spiker Oqtay Əsədov qarşılayıb.
O.Əsədov iclasda bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığa malikdir və hərtərəfli əlaqələri inkişaf etdirir. O qeyd edib ki, iki ölkənin iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilir. “Nəzərdə tutulan AGRİ layihəsi Xəzər neftinin Qara dənizə çatdırılmasında böyük əhəmiyyətə malikdir. Hər iki dövlətin ərazi bütövlüyü ilə bağlı problemləri var. Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir və bu onu deməyə əsas verir ki, biz bu problemin həllinə nail olacağıq” - deyə spiker vurğulayıb.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
Milli Məclisdə amnistiya aktının qəbul edilməsi təklif olunub
|
Milli Məclisin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsini qəbul edilməsi təklif olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu təklifi İqbal Ağazadə edib. O bildirib ki, yaxşı olardı ki, həbsdə olan insanlar Novruz bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirsin. “Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar. Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, o zaman parlament adından dövlət başçısına müraciət edərək xahiş etsin ki, növbəti əfv fərmanı imzalasın” - deyə o əlavə edib.
|
07.03.12 Məqaləni oxumaq
|
|
|
Prezidentliyə namizəd mitinqlərdən imtinaya çağırdı
|
Rusiyada keçirilən prezident seçkilərində məğlub olan “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov mitinqlərdən imtina etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Mironov bu bəyanatla martın 5-də keçirdiyi mətbuat konfransı zamanı “Rossiya 24” telekanalının canlı efirindən çıxış edib. Onun sözlərinə görə, seçkilərdə Vladimir Putinin qələbəsi aşkar görünür.
|
06.03.12 Məqaləni oxumaq
|
|
|
Azad Rəhimov: “Azərbaycan bu il bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək”
|
“Bakının 2020-ci il olimpiadasının keçirilməsinə namizəd şəhər kimi qeydə alınması sübut edir ki, Azərbaycanda idmana böyük diqqət var”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
O qeyd edib ki, ölkədə idman bazası möhkəmlənir və ildən-ilə nailiyyətlər çoxalır. “Bu il prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İdman ili” elan olunub. Ona görə də Azərbaycan bu il ərzində bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək” - deyə A.Rəhimov vurğulayıb. Nazir, həmçinin bildirib ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyaların sayı artır.
|
06.03.12 Məqaləni oxumaq
|
|
|
AMEA 2012-ci ildə 32 beynəlxalq səviyyəli tədbir keçirəcək
|
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə AMEA-da 2012-2013-cü illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı təsdiq edilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, qərara əsasən, 2012-ci ildə 32 beynəlxalq və 54 respublika səviyyəli, 2013-cü ildə 22 beynəlxalq və 38 respublika səviyyəli elmi və elmi-texniki tədbirin keçirilməsi nəzərdə tutulur.
|
06.03.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|