|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
Əli Həsənov: “Azərbaycan gəncliyi sözün həqiqi mənasında ciddi amilə çevrilə bilib”
|
“Bu gün Azərbaycan gəncliyi həm ölkənin daxilində, həm də qlobal dünyada sözün həqiqi mənasında ciddi bir amilə çevrilə bilib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O, buna misal kimi son zamanlar Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində həyata keçirilən geniş aksiyaları diqqətə çatdırıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyin ilk illərində nə gənclik dövlət üçün xidmət edirdi, nə dövlət gəncliklə məşğul olurdu. “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gənclərlə bağlı siyasəti formalaşdırdı. Artıq XXI əsrdə Azərbaycan dövlətinin əsas ağırlıqlarına, bütün qayğılarını öz çiyinləri üzərində yaşatmağa layiq gənclik formalaşıb. İntellekti, milli vətənpərvərlik hissləri, bacarıqları, fəallıqları ilə Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb” - deyə Ə.Həsənov vurğulayıb.
|
14.03.12 Məqaləni oxumaq
|
|
|
“İntellektual kartlar və informasiya texnologiyalarının təhlükəsizlik sistemləri” sərgi və konfransı keçiriləcək
|
4-27 apreldə Moskvada CARDEX & IT SECURITY 2012 - “İntellektual kartlar və informasiya texnologiyalarının təhlükəsizlik sistemləri” mövzusunda IX Beynəlxalq sərgi və konfrans keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, müasir dövrdə smart-kart, informasiya texnologiyalarının mühafizəsi və identifikasiya mövzuları təhlükəsizliyin təmini məsələlərinin ayrılmaz tərkib hissəsi olduğu üçün bu kimi tədbirlərin keçirilməsi sözügedən sahədə mövcud problemlərin həlli yollarının araşdırılması, müxtəlif metod və vasitələrin təklifi, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. İdentifikasiya (RFID, biometriya), audentifikasiya texnologiyaları, kartların istehsalı və fərdiləşdirilməsi, informasiyanın texniki mühafizə vasitələri, proqram təminatı məsələləri tədbirin əsas istiqamətlərindəndir.
Qeyd edək ki, hər il sərgidə dünyanın 10-dan artıq ölkəsindən 90-dan çox şirkət, həmçinin 2000-dən artıq mütəxəssis iştirak edir.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Yaponlar planetin ən uzunömürlü insanlarıdır
|
Yaponlar planetin ən uzunömürlü insanları kimi tanınıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2010-2011-ci il hesabatına görə, 1960-cı il məlumatına əsasən, təşkilata üzv ölkələr arasında orta yaşam dövrü 68-dən 79-a çatıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hesabatda bildirilib ki, ən çox uzunömürlülük dövrü yaponlarda qeydə alınıb. Bu yaş onlarda 81,5, İsveçrədə isə bu rəqəm 81-dir. Üçüncü sırada isə İspaniyadır. 80 yaşı keçən ölkələr sırasında, həmçinin İtaliya, Avstraliya, Belçika, İrlandiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İsrail, Koreya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, İsveç, Kanada və Böyük Britaniya da var.
Ən qısa yaşayış həddi isə CAR-da (64) qeydə alınıb. Sonrakı yeri Hindistan (68) və MDB ölkələri tutub. Türkiyədə uzunömürlülük göstərici 73 yaşdır.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Prezident Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
|
Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir.
Dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti kompleksdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb.
Qeyd edilib ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait var. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.
Bildirilib ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Rumıniyanın “Avroviziya-2012” təmsilçisi bəlli oldu
|
Daha bir ölkə “Avroviziya-2012” Mahnı Müsabiqəsi üçün təmsilçisini seçib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanı mayda Bakı səhnəsində Mandinga təmsil edəcək.
Ölkənin Milli Finalında 15 iştirakçı mübarizə aparıb. Nəticədə Mandinga bu ölkənin müsabiqədəki təmsilçisi seçilib. Mandinga Bakıda "Zaleilah" adlı mahnıyla çıxış edəcək. Mahnı ispan və ingilis dilində ifa olunacaq.
Qeyd edək ki, Rumıniya "Bakı Kristal Zalı"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda finala keçmək uğrunda mübarizə aparacaq.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Türkiyədə millət vəkilləri arasında dava düşüb
|
Türkiyə parlamentində deputatlar arasında dava yaşanıb. Hadisə “Təhsildə 4+4+4” sisteminin müzakirələri vaxtı meydana gəlib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, təhsil komissiyasının iclasına əvvəldən gələn AKP-çilər zalda oturaraq toplantının başlamasını gözləyiblər. İclas zalına girən CHP millət vəkilləri isə oturmağa yer tapmayıb. CHP-çi deputat Məhərrəm İncə zalın işğal edildiyini deyib və tərəflər arasında qarşıdurma yaranıb. Millət vəkilləri arasında başlayan yumruqlaşma vaxtı CHP Sinop millət vəkili Engin Altay müvazinətini itirərək yerə yıxılıb. AKP millət vəkilləri yerə yıxılan Altayı təpikləyiblər.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
İsrailin hava hücumları nəticəsində 3 fələstinli həlak olub
|
İsrailin hərbi təyyarələrinin hücumu nəticəsində 3 fələstinli həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, fələstinli həkimlərin bildirdiyinə görə, ölənlər arasında 1 yaraqlı, 60 yaşlı kişi və 12 yaşlı oğlan var.
İsrail ordusu isə cənub bölgələrini raket atəşinə tutan yaraqlıların hədəfə alındığını bildirir. Cümə günündən bəri İsrailin hücumları nəticəsində 18 fələstinli öldürülüb. Onların əksəriyyəti “İslam Cihadı” və “Xalq Müqaviməti” hərəkatının üzvüdür. İsrailin baş naziri Benyamin Netanyahu fələstinli yaraqlılara hücumların baha başa gələcəyini və hava zərbələrinin ehtiyac duyulandək davam etdiriləcəyini bildirib. “İslam Cihadı” qrupunun lideri Xalid Batç bildirib ki, “sionist təcavüzü” davam etdirilənədək sakitlikdən söz gedə bilməz.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Erməni cinayətlərinə həsr edilən Dəyirmi masa keçirilib
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı - 1918” mövzusunda Dəyirmi masa keçirib. Məlumatı “KƏLAMİNFO”ya AVCİYA-dan veriblər.
Tədbirdə Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Prezidentin Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayına təbrik məktubu oxunub
|
Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Rəyasət Heyəti formalaşıb. “KƏLAMİNFO” xəbər verir ki, Rəyasət Heyətinə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, PA-nın digər şöbə müdiri Elnur Aslanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və gənclər və idman naziri Azad Rəhimov daxildir.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir
|
Bu gün Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclər, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir.
|
13.03.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|