Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Oqtay Əsədov: Baş vermiş cinayətlərin təşkilatçıları öz layiqli cəzasını tapacaqlar
    Bu gün Milli Məclisin Xocalı soyqırımı ilə bağlı xüsusi iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov bildirib ki, ötən əsrin əvvəllərindən bəri ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı qətlə yetirilib. O qeyd edib ki, qədim azərbaycanlılar öz torpaqlarında ermənilər tərəfindən fiziki və mənəvi təcavüzə məruz qalıblar. “1949-51-ci illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiyaya məruz qalıb. 1988-89-cu ildə isə 1 milyondan çox azərbaycanlı deportasiya olunub. Bundan sonra Ermənistanın Azərbaycan torpaqlarını işğalı başlayıb. Bu işğallar ərzində ermənilərin törətdiyi ən dəhşətli faciə Xocalı soyqırımı olub.
    24.02.12 Məqaləni oxumaq
     
    Hacı Allahşükür Paşazadə: “Yaxşı olardı ki, şəhidlərin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”
    “Yaxşı olardı ki, Bakıda istər 20 Yanvar şəhidləri, istərsə də Qarabağ şəhidlərinin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”. “Azadinform” xəbər verir ki, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, dünya ölkələrinin tarixlərində buna nümunələr olub. “O dövrü görməyən indiki gənclərimiz və gələcək nəsillərimiz bu guşəyə gələrək torpaqlarımız uğrunda ölən şəhidlərimizi və onların rəşadətlərini canlı yad edərlər. Hətta elə şəhidlərimiz var ki, onların heç cəsədləri dəfn eləmək üçün ya tapılmayıb, ya da tikə-tikə olduğundan toplamaq mümkün olmayıb. Amma onların təbii ki, yadigar qalan hansısa əşyaları var və onların iri bir guşədə toplamaq yaxşı olardı. Bizim gələcək nəslin belə rəmzi mərkəzə ehtiyacı var” - deyə Şeyxülislam vurğulayıb. QMİ sədri onu da deyib ki, elə şəhidlərimiz var ki, onların qanlı paltarlarından, hansısa əşyalarından, yaxud çəkilən şəkillərindən bu gün ermənilər öz adlarına çıxıb adını “Sumqayıt qırğını” qoyaraq bizə qarşı istifadə edirlər. O, buna misal kimi şəhid olan öz qohumlarının başına gələn eyni hadisəni danışıb. “Buna görə də biz şəhidlərimizin cəsədləri ilə bərabər, onlardan yadigar qalan hər bir şeyə sahib çıxmalıyıq” - deyə o əlavə edib.
    24.02.12 Məqaləni oxumaq
     
    Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanlar İdarəsində konfrans keçirilib
    Bu gün Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanlar İdarəsində konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda soyqırımı qurbanlarının ruhuna Qurandan ayələr oxunduqdan sonra çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, belə bir soyqırımına bu gün dünya ictimaiyyəti lazımı qiymət verməsə, sabah bu kimi hadisələr başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək. O, qeyd edib ki, bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən, qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub. “Azərbaycan torpaqları yolunda canlarını şəhid verənlər heç vaxt unudulmayacaq. Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki, bu gün Azərbaycan 20 il bundan əvvəlki durumda deyil, çox şeyə qadirdir. Lakin biz sülhün tərəfdarıyıq. Heç bir din müharibəyə vadar etmir”-deyə Şeyx vurğulayıb.
    24.02.12 Məqaləni oxumaq
     
    Dini liderlər Xocalı faciəsi ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıblar
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda məskunlaşan müxtəlif dinin liderləri Xocalı faciəsi ilə bağlı dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına müraciət ünvanlayıblar. “KƏLAMİNFO” xəbər verir ki, müraciəti QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşenin , Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov və Roma Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin imzalayıblar. Müraciətdə bildirilir ki, Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə tam olaraq qınaq obyektinə çevrilməyib, onun baiskarları layiqli cəzalarını almayıblar. “Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah nahaq və rəzalətin qurbanı ola bilər. Odur ki, üzümüzü dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına tutaraq, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı aktı kimi tanımağa çağırırıq” - deyə bildirilir.
    24.02.12 Məqaləni oxumaq
     
    ABŞ Konqresinin 3 üzvünə göndərilmiş ölüm hədəsi məktubları ilə bağlı araşdırma aparılır
    ABŞ-da Konqresin 3 üzvünə göndərilmiş ölüm hədəsi məktubları ilə bağlı araşdırma aparılır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının özünü təqdim etməyən əməkdaşı bildirib ki, məktubların ikisində bildirilir ki, növbəti dəfə Senatın bütün üzvlərinə belə məktub göndəriləcək, 100 zərfdən 10-a isə öldürücü virus yerləşdiriləcək. Senatdan verilən məlumata görə, qanunvericilərin bəzilərinin adına artıq şübhəli zərflər gəlib, amma onların zərərsiz olduğu müəyyən edilib.
    23.02.12 Məqaləni oxumaq
     
    Semyon İxiilov: “Gec-tez dünya kimin haqlı, kimin nahaq olduğunu başa düşəcək”
    “Xocalıda və Qarabağın digər bölgələrində baş verən hadisələr Azərbaycan xalqının mənəvi özünütanımasına səbəb oldu”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən konfransda Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşenin bildirib. “Biz bu hadisələr zamanı vahid xalq olduq. Lakin bu özünüdərk çox baha başa gəldi” - deyə o vurğulayıb. Yepiskop deyib ki, həmin hadisələrdən nəticə çıxaraq gələcəkdə onların təkrarlanmaması üçün faciələri əbədi yaddaşda saxlamalıyıq.
    23.02.12 Məqaləni oxumaq
     
    Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Vaşinqtonda anma mərasimi keçirilib
    Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə fevralın 22-də Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda anma mərasimi keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu “Ehtiyatda olan Zabitlər Assosiasiyası”nın binasında keçirilən anma mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış beyin mərkəzlərinin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, öncə Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat verib.
    23.02.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
    Prezident İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli Sergey Petroviç, icazə verin, Sizi elmi biliklərin təbliği sahəsində görkəmli nailiyyətlərinizə görə Rusiya Elmlər Akademiyasının Qızıl medalı ilə təltif olunmağınız münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayım. Sizin elmin inkişafına və elmi biliklərin geniş miqyasda təbliğinə verdiyiniz böyük töhfə bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Sizinlə görüşümü məmnunluqla xatırlayıram. Sizin Heydər Əliyev Fondunda keçirdiyiniz görüş də Azərbaycan ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini vermişdir. Sizi Rusiya Elmlər Akademiyasının yüksək mükafatı ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edir, Sizə elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.”
    23.02.12 Məqaləni oxumaq
     
    Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
    “Xocalı faciəsinə beynəlxalq hərbi tribunalda hüquqi qiymət verilməsi üçün ayrıca istintaq qrupu yaradılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qarabağda törədilmiş cinayətlər üzrə istintaq qrupunun rəhbəri Mehman Poladov bildirib. O, qeyd edib ki, istintaq qrupu Azərbaycanın Baş prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə yaradılıb. “İstintaqın əsas məqsədi törədilən soyqırım hadisələri və cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsində nail olmaqdır. O deyib ki, istintaq qrupu cinayətlərdə əli olan bütün şəxsləri müəyyən edib. Ümidvaram ki, istintaq yaxın zamanlarda işini yekunlaşdıracaq və məsələ Beynəlxalq Hərbi tribunala çıxarılacaq”- deyə o əlavə edib.
    23.02.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
    İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Yeni Azərbaycan Partiyası (YAP) icra katibi, millət vəkili Əli Əhmədov verib. İranla mehriban qonşuluq siyasətinin davam etdirilməsi üçün Azərbaycanın lazım olan səyləri göstərdiyini diqqətə çatdıran Ə.Əhmədov qarşı tərəfin də ölkəmizə qarşı bir dost münasibəti nümayiş etdirməsinin vacibliyini vurğulayıb: “İran əhalisinin yarısı etnik azərbaycanlılardı. Azərbaycan dövlətinə qarşı xoş olmayan fikrin ifadə olunması İran hökumətinin öz azərbaycanlı vətəndaşlarına olan hörmətsizliyin ifadəsidir. Nota dili ilə danışmaq münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”.
    23.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Fev.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    272829