Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Sair Arif Buzovnalının Hacı Mirəziz Seyidzadənin doğum gününə yazıdığı təbrik
    Seyyid günü-günə qatdın
    Bir ömür yazıb yaratdın.
    Peyğəmbər yaşına çatdın
    Mövludun mübarək olsun.
    15.02.12 Məqaləni oxumaq
     
    SƏN O YANA, MƏN BU YANA
    Yolumuz ayrılıb burda,
    Sən o yana, mən bu yana.
    Qoşa görünmərik bir də,
    Sən o yana, mən bu yana.
    15.02.12 Məqaləni oxumaq
     
    QƏZƏL
    Vermişəm cismimi əldən, daha "Can" gözləmirəm,
    Nəyi ki gözləmişəm xeyli zaman, gözləmirəm
    15.02.12 Məqaləni oxumaq
     
    Mübarək mövlud
    Məskən elədi dəhri, feyzi ilə elə dahi
    Dünyanı tutub eşqi məst eylədi Allahi
    Kimdir o bəşər feyzi, kimdir o konül şahi
    Pak ismi Mühəmməddir, göydə adı Əhməddir
    Aləm ona heyrandır.
    15.02.12 Məqaləni oxumaq
     
    “Fransanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası etibarsızdır”
    Bahar Muradova: “ATƏT PA buna mütləq öz münasibətini bildirməlidir”

    Milli Məclisin vitse- spikeri, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Bahar xanın, ATƏT PA-nın növbəti sessiyasında Xocalı soyqırımı ilə bağlı sənədin müzakirəyə çıxarılacağından söhbət gedir...

    - İnanmıram növbəti sessiyada Xocalı soyqırımı ilə bağlı hansısa sənəd ortaya çıxarılsın. Çünki bunun üçün ATƏT PA-da müəyyən bir prosedur olmalıdır və ondan sonra bu sənəd müzakirəyə çıxarıla bilər. Üstəlik də nəzərə alaq ki, ATƏT PA belə bir sənədi müzakirə etməkdə maraqlı deyil. Biz neçə illərdi ki apardığımız mübarizədə bunun şahidiyik. İndiyə qədər sadəcə dinləmələr təşkil edə bilmişik. Onlardan ancaq yeganə bunun razılığını almışıq. Yəni tərəflərin ziddiyyətli mövqeyi olduğundan Xocalı soyqırımı ilə bağlı sənədlər orada müzakirəyə çıxarıla bilməyib.
    Ümumilikdə bu il ATƏT-ə sədrlik edəcək İrlandiya nümayəndəsi 2012-ci ili münaqişələrin həlli ili kimi bəyan edib. Ona görə də bu ilin ümumilikdə ATƏT regionunda olan münaqişələrin həllinin ciddi müzakirə predmeti olacağını düşünürəm.
    15.02.12 Məqaləni oxumaq
     
    Amerikada azərbaycanlı bəstəkarın əsəri səslənib
    Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində dünyanın müxtəlif ölkələrindən olan gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı keçirilib. Musiqi axşamında Nyu-York şəhərində yaşayan bəstəkar Türkər Qasımzadə fortepiano üçün yazılan “Bütün yağan qar üçün ağ boşluqlar” adlı əsərini ifa edib. Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhetten Musiqi Akademiyasından magistr dərəcəsi alıb. Hazırda o, Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri olan Ohayo ştatında yerləşən Sinsinatti Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq dərəcəsində təhsilini davam etdirir. Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilən müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.
    15.02.12 Məqaləni oxumaq
     
    Vardan Oskanyan “Çiçəklənən Ermənistan” Partiyasının üzvü olub
    Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan «Çiçəklənən Ermənistan» Partiyasının sıralarına daxil olub. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, XİN-in keçmiş rəhbəri bu barədə yaydığı bəyanatda bildirib. «Mən bu qərarı qəbul etməklə əminəm ki, “Çiçəklənən Ermənistan” azad və şəffaf seçkilər keçirə və yeni parlament təşkil edə biləcək» deyən sabiq nazir əlavə edib ki, artıq ölkənin siyasi həyatında aktiv iştirak etməyin vaxtı çatıb.
    15.02.12 Məqaləni oxumaq
     
    Türkiyə universiteti ATİ-nin təcrübəsini öyrənir
    Türkiyə Cümhuriyyəti İqdır Universitetinin nümayəndələri - Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunun qonağı olublar. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun prorektoru Eldar Aslanov İqdır Universitetinin nümayəndələri ilə görüşdə altı il əvvəl fəaliyyətə başlayan ali təhsil ocağının ölkənin turizm sənayesinin inkişafına xidmət edəcək ixtisaslı və etibarlı kadr hazırlığı sahəsində, o cümlədən perspektiv planlar barədə məlumat verib. Qonaqla ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzaladığı və ikili diplom təcrübəsinin üstünlükləri ilə bağlı məlumatlandırılıb.
    15.02.12 Məqaləni oxumaq
     
    “Salamworld” Birinci Beynəlxalq Sammiti keçirilib
    İstanbulda yeni müsəlman sosial şəbəkəsi olan “Salamworld” informasiya texnologiyaları layihəsinin Birinci Beynəlxalq Sammiti keçirilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammit Çırağan Sarayında reallaşıb. Dünya müsəlmanlarının yaxın əlaqələr qurmasına hesablanan saytın ilk zirvə toplantısını Fatih Camisinin imamı Osman Şahin açıb. Sammitdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub. 30 ölkə nümayəndəsinin qatıldığı sammitə Liviya Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlilin telefonla bağlantısı olub. “Salamworld” İdarə Heyətnin rəhbəri Əbdülvahid Niyazov bu sosial şəbəkənin beynəlxalq bir layihə olduğunu söyləyib. Onun sözlərinə görə, saytın məqsədi bütün dünya müsəlmanları arasında ünsiyyətin saxlanılmasıdır. O, saytın bu ilin Ramazan ayında fəaliyyətə başlayacağının nəzərdə tutulduğunu açıqlayıb: “Salamworld” bir internet məscidi deyil, amma internet məkanıdır. Hər kəsə açıqdır. Sayt islam dünyası arasında bir körpüdür”.
    15.02.12 Məqaləni oxumaq
     
    Rasim Musabəyov: “Fransa Cənubi Qafqazda vasitəçi kimi öz nüfuzuna ciddi zərbə vurdu”
    “Fransa elitasının tam əksəriyyətinin özü də anlayır ki, Senatın qəbul etdiyi qanunun Fransaya və ermənilərə faydası olmayacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, ola bilsin ki, Fransa Senatının belə bir qanun qəbul etməsi Prezident Nikolo Sarkozinin hansısa cılız məqsədlərinə nail olması üçün faydalı oldu. “Amma düşünmürəm ki, bu qərardan Fransa və ermənilər bir şey qazanacaq”-deyə R.Musabəyov vurğulayıb. Politoloqun fikrincə, belə bir addımı atmaqla Fransa Qarabağ münaqişəsinin həllində qeyri-obyektivliyini bir daha sübut etdi. “Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün vətəndaş cəmiyyəti üzvləri və ya prezidentlərin Fransada görüşməsi kimi təklifləri Azərbaycan hökuməti bundan sonra rədd edəcək”-deyə o, əlavə edib. Millət vəkili onu da vurğulayıb ki, istəsə də istəməsə də Fransa Cənubi Qafqazda vasitəçi kimi öz nüfuzuna ciddi zərbə vurdu.
    15.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031