Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Elmar Məmmədyarov ABŞ-ın Dövlət Katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib.
    21.02.12 Məqaləni oxumaq
     
    Obama Kərzayi ilə Əfqanıstanda sülhün bərqərar olunmasını müzakirə edib
    ABŞ prezidenti Barak Obama əfqanıstanlı həmkarı Həmid Kərzayi ilə bu ölkədə sülhün bərqərar olunmasını müzakirə edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, telefonda baş tutan müzakirədə ölkə başçıları həm də ötən həftə İslamabadda baş tutan Pakistan, İran və Əfqanıstan arasındakı üçtərəfli danışıqları müzakirə ediblər. Ötən həftə Əfqanıstanın prezidenti Həmid Kərzayi “Wall Street Journal”a müsahibəsində deyib ki, Birləşmiş Ştatların iştirakı ilə əfqan hökuməti “Taliban”la danışıqlar aparır. “Taliban” təmsilçiləri isə bu məlumatı təkzib ediblər.
    21.02.12 Məqaləni oxumaq
     
    Albaniya təmsilçisi albanca oxuyacaq
    Albaniyanın “Eurovisio–2012” təmsilçisi mahnısını albanca oxuyacaq. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Rona Nişliunun (Rona Nishliu) ifa edəcəyi mahnı “Suus” adlanır. Qeyd edək ki, Kosovo əsilli müğənni ABŞ-da iki həftə ərzində mahnının studiya yazılışı ilə məşğul olub. Müsabiqənin qaydalarına əsasən, mahnı 3 dəqiqəyə qədər qısaldılıb. Mahnının üzərində isə 3 studiya işləyib. Xatırladaq ki, Rona Nişliu mayın 22-də Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.
    21.02.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
    Meksikada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Elmar Məmmədyarovdan öncə çıxış edən Meksikanın xarici işlər naziri Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakının bu ölkələrin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib. Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycanın etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib.
    20.02.12 Məqaləni oxumaq
     
    Pakistanda NATO əleyhinə növbəti etiraz aksiyası keçirilib
    Pakistanda Amerika əleyhinə növbəti etiraz aksiyası keçirilib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, paytaxt İslamabadda baş tutan aksiyada yüzlərlə etirazçı iştirak edib. Aksiyada partiya tərəfdarları “Amerikanın dostları xaindirlər”, “Get, Amerika, get” şüarları səsləndiriblər. Etirazçıların qəzəbinə səbəb isə keçən həftə ölkənin müdafiə naziri Əhməd Muxtarın NATO qərargahına aparan yolların açılması ehtimalının olması ilə bağlı bəyanatı olub.
    20.02.12 Məqaləni oxumaq
     
    Macarıstanda Xocalı soyqırımına həsr olunan konfrans keçirilib
    Azərbaycanın Macarıstandakı səfirliyi və mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fondun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş “Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması; Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu” adlı beynəlxalq konfrans keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilib. Konfransın iştirakçıları arasında Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin başçıları, ictimai-siyasi xadimlər və jurnalistlər olub.
    18.02.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Minsk Qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi olmalıdır”
    “Artıq 20 ildir ki, çözülə bilməyən Dağlıq Qarabağ münaqişəsinin səbəbkarlarından biri elə ATƏT-in Minsk qrupudur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, ötən dövr ərzində həm dövlət rəhbərliyi səviyyəsində, həm də parlament müstəvisində bu qrupun ünvanına fəaliyyət sarıdan çox ciddi tənqidlər, ittihamlar olub. “Bəllidir ki, Azərbaycan o dövrdə çalışırdı ki, bu məsələ beynəlxalq müstəviyə çıxsın ki, bunun beynəlmiləlləşdirilməsi fonunda problemin həlli reallaşsın. Lakin aydın oldu ki, ATƏT-in Minsk qrupunun özü elə Dağlıq Qarabağ probleminin yaradıcısıdır. Faktiki olaraq onların arasında olan güc nisbəti vəziyyətindən Qarabağ problemi asılı bir duruma düşüb” - deyə Z.Oruc vurğulayıb.
    18.02.12 Məqaləni oxumaq
     
    Vanda yenə zəlzələ olub
    Vanda yenə zəlzələ olub. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Kandilli rəsədxanasından verilən məlumata görə, zəlzələnin episentri Van mərkəzə bağlı Ağırtı kəndi olub. Saat 11:32-də baş verən və gücü 4,5 bala çatan təkanlar ətraf kəndlərdə də hiss edilib. Zəlzələdə zərər çəkən olmayıb.
    18.02.12 Məqaləni oxumaq
     
    TQDK vaxtı uzatdı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizələrin təsdiq müddətinin fevralın 18-dək (saat 17:00-dək) uzadılması barədə qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. “Bakalavrın elektron ərizəsi” formasını doldurmuş, lakin nəzərdə tutulmuş vaxtadək Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməyən bakalavrlar qeyd olunan vaxtadək tələb olunan sənədləri müvafiq SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirə bilərlər.
    18.02.12 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin növbəti Plenumu olub
    Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu olub. “KƏLAMİNFO” xəbər verir ki, Ali Məhkəmənin sədri R.Rzayev Plenumun iclasında bildirib ki, 2011-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ən mühüm hadisələrdəndir. R.Rzayev qeyd edib ki, ötən ildə Azərbaycan prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ali Məhkəmənin fəaliyyətinin hüququ və informasiya təminatı gücləndirilib, aparatda yeni texnologiyalar tətbiq edilib, hakimlərin maddi təminatı yaxşılaşdırılıb, maddi–texniki baza möhkəmləndirilib. Əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi də xeyli yüksəlib. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr aparılıb.
    18.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031