Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Hadı Rəcəbli: “Bu gün cinayət törədənlərin böyük əksəriyyəti gənclərdir”
    “Əgər gənclərin asudə vaxtının təmin olunmasına və psixoloji adaptasiyası məsələlərinə geniş yer ayrılarsa onlar arasında cinayət hallarının sayı azalar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O, qeyd edib ki, bütövlükdə gənclərin cəmiyyətdə asudə vaxtının təşkili, onların zərərli vərdişlərdən uzaq olması üçün müvafiq işlər görülməlidir. O, qeyd edib ki, bu istiqamətlər üzrə işlər yaxşı aparılarsa, əlbəttə gənclər arasında cinayət faktlarının azalmasına nail olmaq olar. “Bu gün cinayət törədənlərin böyük əksəriyyəti gənclərdir. İlk əvvəl bu kontingent tam olaraq işlə təmin olunmalıdır”-deyə H.Rəcəbli vurğulayıb. Onun fikrincə, bu sahədə QHT və bələdiyyələrin fəaliyyəti genişləndirilməlidir. “Əlbəttə ki, hazırda Gənclər və İdman Nazirliyində bu istiqamətdə müvafiq işlər görülür” - deyə o əlavə edib.
    28.02.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
    Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər. Görüşdə Pakistan ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. Əli Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib, Pakistan Senatının erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımını tanıdığı üçün minnətdarlıq edib.
    28.02.12 Məqaləni oxumaq
     
    İlham Əliyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib
    Prezident İlham Əliyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev özünün Rumıniyaya, Rumıniya prezidenti Trayan Beseskunun isə ölkəmizə səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu deyən dövlət başçısı bildirib ki, əlaqələrimizin inkişafına dair imzalanan sənədlər ölkələrimizin tərəfdaşlığının strateji əhəmiyyət daşıdığını əks etdirir. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik, eləcə də NATO-Azərbaycan əlaqələri çərçivəsində əməkdaşlığının önəmini qeyd edib. Yulian Fota Rumıniya prezidenti Trayan Beseskunun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Bir il bundan əvvəl ölkəsinin prezidenti ilə Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayan qonaq ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib.
    28.02.12 Məqaləni oxumaq
     
    Prezidentə “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı təqdim olunub
    Prezident İlham Əliyev bu gün Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan prezident İlham Əliyev Serbiya prezidenti Boris Tadiçin Azərbaycana, özünün isə Serbiyaya səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında idman sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu bildirən Vlade Divats təmsil etdiyi region üçün Azərbaycanın gördüyü işlərə görə şəxsən prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə Serbiya arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
    28.02.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Zalımla məzlumu tərəzinin eyni gözünə qoya bilmərik”
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı zülmə qarşı ən güclü səsi Tunisdən yüksəldəcəklərini deyib. “KƏLAMİNFO” “Hurriyyət”ə istinadən xəbər verir ki, Londondakı Beynəlxalq Somali Konfransında iştirak edən Davudoğlu keçirdiyi mətbuat konfransında həm Somali, həm də Suriya mövzusuna toxunub. Somali konfransında bu ölkə üçün Türkiyənin atdığı addımlardan və Ankaranın konstruktiv töhfələrindən hörmətlə bəhs edildiyini deyən Davudoğlu Somalidə 5 ayda Türkiyə tərəfindən hardasa bir dastan yazıldığını söyləyib. İyun ayında BMT-nin Somali zirvəsinin keçiriləcəyini söyləyən Davudoğlu burada Somalinin gələcəyini müəyyənləşdirəcək yol xəritəsinin ortaya qoyulacağını vurğulayıb.
    25.02.12 Məqaləni oxumaq
     
    Azərbaycan uşaqları Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılan Əlaqələndirmə Şurasının üzvləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Bir gecənin faciəsi” abidəsini ziyarət etdikdən sonra Beynəlxalq Mətbuat Mərkəzində toplaşıblar. Komitə sədrinin müavini Aynur Sofiyeva bildirib ki, fəxr edirik ki, bizim uşaqlar doğrudan da bizi layiqincə təmsil etməyə hazırdırlar: “Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılan Əlaqələndirmə Şurasının üzvləri Azərbaycan üzrə böyük bir aksiya keçirərək 397560 imza toplayıb. Bu toplanan imzaları təxminən 30-a yaxın beynəlxalq təşkilatlara, həmçinin sosial şəbəkələrdə müxtəlif ölkələrdən olan dostlarına Xocalı soyqırımı ilə bağlı müəyyən məlumatları ötürməklə aksiyanı tamamlayacaqlar”.
    25.02.12 Məqaləni oxumaq
     
    Prezident Latviyanın xarici işlər nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xarici işlər naziri Edqars Rinkeviçs Latviya prezidenti Andris Berzinşin və keçmiş prezident Valdis Zatlersin salamlarını dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olunub, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Latviya prezidenti Andris Berzinşin və keçmiş prezident Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviyanın dövlət başçısına və keçmiş prezident Valdis Zatlersə çatdırmağı xahiş edib.
    25.02.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: Ziyalılar arasında keçirilən görüşləri çox müsbət qiymətləndiririk
    “Azərbaycan və Ermənistan ziyalıları və icmaları arasında keçirilən görüşləri ilk gündən dəstəkləmişik. Azərbaycan belə təşəbbüsü çox müsbət qiymətləndirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan və erməni ziyalılarının Moskvada keçirilən görüşünə münasibət bildirən xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bir daha vurğulayıb ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və bu cür görüşlər vacibdir: “Belə görüşlər xalqlar arasında yaxınlığı möhkəmləndirir. Biz inanırıq ki, ən gözəl siyasət yaxşı qonşuluq siyasətidir. Çünki yaxşı qonşuluq ölkələrin müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayır. Hesab edirik ki, belə görülər nə qədər çox keçirilsə, münaqişə o qədər tez həll olunar, regionda sülh və əmin-amanlıq yaranar”.
    24.02.12 Məqaləni oxumaq
     
    Romni Obamanı üstələyib
    ABŞ-da keçirilən sosioloji sorğunun nəticələri respublikaçıların namizədi olmağa hazırlaşan Mitt Romninin prezident Barak Obamanı üstələdiyi bəlli olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, “Gellap” sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Obamanı 46, Romnini isə 50 faiz respondent dəstəkləyir.
    24.02.12 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: Xocalıda törədilən qətliam soyqırımıyla bağlı beynəlxalq Konvensiyaya uyğun gəlir
    Bu gün Milli Məclisin Xocalı soyqırımı ilə bağlı xüsusi iclasında birinci vitse-spikeri Ziyafət Əsgərov xüsusi məruzə ilə çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, o, çıxışında Qaradağlıda 80 dinc azərbaycanlı, uşaq və qadınlar öldürüldüyünü, onlarla kəndin yer üzündən silindiyini bildirib. Onun sözlərinə görə, Qarabağda Şuşadan sonra azərbaycanlıların ən çox yaşadığı Xocalı ermənilərin hədəfi olub. “Şəhərdə 7 mindən çox insan yaşayıb. Xocalı şəhərinin yer üzündən silinməsi planı əvvəlcədən planlaşdırılıb. Bununla bağlı çağırışlar Xankəndində və İrəvanda keçirilən mitinqlərdə şüarlar səsləndirilib. Yanvarın 28-də 44 sərnişinin olduğu vertolyot vurulduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilib.
    24.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031