Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
    “ABŞ-Ermənistan münasibətlərində prioritetlərin dəyişilməsi müşahidə olunur. Həm ABŞ, həm də Ermənistan rəsmiləri hal-hazırda ABŞ-la Ermənistan arasındakı münasibətləri tarixi maksimum səviyyədə təqdim edirlər. Amma bəzi məsələlər ilk baxışdan izah olunmaz qalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
    08.02.12 Məqaləni oxumaq
     
    “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
    Danmarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və Cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva ölkənin gənclər və idman naziri Christine Antorini ilə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə “Vətən” Cəmiyyəti barədə nazirə məlumat verən S.Sadiqi əsas məqsədlərinin Danimarka ictimaiyyətini Azərbaycan barədə məlumatlandırmaq olduğunu bildirib.
    08.02.12 Məqaləni oxumaq
     
    Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
    Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ardıcıl olaraq icra edilir. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər yerinə yetirilib və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS) üzvlüyü təsdiq edilib.
    08.02.12 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
    “Mən Bakıya olan bu səfərimlə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstəyini ifadə edən salamını gətirmişəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş qərargah rəisi general Necdet Özel bildirb. Generalın sözlərinə görə, bu onun bu vəzifədə Azərbaycana ilk səfəridir və bu səfərdən çoxlu gözləntiləri var. N.Özel bildirib ki, səfər çərçivəsində Azərbaycan-Türkiyə silahlı qüvvələri arasında ciddi müzakirələr, dəyərli danışıqlar gözlənilir. Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdikdən sonra, Şəhidlər Xiyabanını da ziyarət edib əklil qoyublar.
    08.02.12 Məqaləni oxumaq
     
    Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
    İran deputatları bu gün prezident Mahmud Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul ediblər. O, ünvanına səslənən ittihamlara cavab verməli olacaq. “KƏLAMİNFO” “Associated Press”ə istinadən xəbər verir ki, prezidentə qarşı irəli sürülən ittihamlara iqtisadi, xarici və daxili siyasətdə uğursuzluqlar daxildir. İlk növbədə ondan Tehranda metro tikintisi ilə bağlı ayrılan maliyyənin yoxa çıxması və ictimai nəqliyyatın inkişafındakı uğursuzluqlar soruşulacaq. İranda mövcud qanunlara görə, prezident çağırışdan ən azı iki ay sonra parlamentə gəlməlidir.
    07.02.12 Məqaləni oxumaq
     
    Bakıda gənc muğam ifaçılarının konserti keçiriləcək
    Bakıda gənc muğam ifaçılarının konserti keçiriləcək. Musiqi axşamı fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək. Sənət ocağından “KƏLAMİNFO”ya verilən məlumata görə, konsert proqramı "Gəncliyin səsi" festivalı çərçivəsində reallaşır. Tədbirdə Orxan Hüseynov, Türkan Məlikova, Tuqay İsmayılova, Fərhad Allahverdiyev, Fizzə Mirzəyeva, Niyaməddin Babayev, Malik Həsənov, Qızılgül Babayeva, Anar Məmmədov, Xəyalə Nuruşova, Tural Muradlı, Əli Hacızadə kimi gənc xanəndələr xalq mahnıları və muğamlarımızın ən gözəl nümunələrini ifa edəcəklər. Muğam konserti saat 19:00-da başlayacaq.
    07.02.12 Məqaləni oxumaq
     
    İran bir daha düşmənlərini hücumla hədələyib
    İran xəbərdarlıq edib ki, əgər onun ərazisi hər hansı ölkədən atəşə tutulsa, buna hücumla cavab verəcək. “KƏLAMİNFO” “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Qvardiyası rəhbərinin müavini Hüseyn Salami Hörmüz boğazı yaxınlığında keçirilən hərbi təlimdə deyib. Qeyd edək ki, ABŞ və İsrail İrana hərbi zərbənin mümkünlüyünü istisna etmirlər. Tehran isə buna cavab olaraq İsrail və ABŞ-ın regiondakı hərbi bazalarını hücumla hədələyir.
    07.02.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
    Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Müsabiqə Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanan Sazişə uyğun olaraq həyata keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil üçün seçilən ixtisaslar informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm, mühasibat uçotundan ibarətdir. Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.
    07.02.12 Məqaləni oxumaq
     
    Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
    “Son iki gündə iğtişaşların daha da gücləndiyi Suriyada çoxsaylı ölənlər arasında azərbaycanlı qeydə alınmayıb”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, hazırda Suriyada ölkə üzrə 40-dan çox azərbaycanlı oradakı səfirliyimizdə qeydiyyatdan keçib. “Hazırda ölkədəki vəziyyətlə əlaqədar olaraq vətəndaşlarımızla səfirlikdə görüşlər keçirilir, onlarla mütəmadi əlaqə saxlanılır. Onlara ölkənin ən təhlükəli yerləri barədə məlumat verilir, təhlükəsizlik qaydaları aşılanır və sair” - deyə E.Abdullayev vurğulayıb. Artıq ötən ilin yayından XİN-in azərbaycanlılara Suriyaya getməməyi xəbərdar etməsini xatırladan nazirliyin sözçüsü bildirib ki, hələ ki oradakı azərbaycanlıların çıxarılması nəzərdə tutulmayıb. “Lakin vəziyyət belə davam edərsə, bu məsələyə baxmaq məcburiyyətində qalacağıq” - deyə o, əlavə edib.
    07.02.12 Məqaləni oxumaq
     
    BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 2-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Əsirə bir “qızıl xaç” məktubu çatdırılıb, ondan isə bir “qızıl xaç” məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib. Xatırladaq ki, bu günlərdə Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
    07.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Mar.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031