Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 10 m3/san azalaraq 136 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
    01.02.12 Məqaləni oxumaq
     
    TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü illərdə imtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlərə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. Onun sözlərinə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməkdir: “Seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək”. E.Nağızadə ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 116 nəzarətçinin, 2010-cu ildə keçirilən qəbul imtahanlarında isə 300-dən çox nəzarətçinin təlimat qaydalarını pozduğunu bildirib. Qeyd edək ki, imtahan prosedurlarını daha yaxşı izah etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarda Bakı da daxil olmaqla, əksər bölgələrdə keçiriləcək və aprelin 6-dək davam edəcək.
    01.02.12 Məqaləni oxumaq
     
    Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
    Milli Məclisin bu gün keçirilən iclasında Fransanın ATƏT Minsk qrupundan kənarlaşdırılması müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, millət vəkili Zahid Oruc bildirib ki, Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi yaradılmalıdır. “ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin güc nisbətindən Dağlıq Qarabağ probleminin həlli asılıdır. İndi sual olunur ki, onlardan hansısa birinin fəaliyyəti qanunsuz və Azərbaycan maraqlarına zidd olacaqsa, onlar necə kənarlaşdırılacaq” - deyə Z.Oruc vurğulayıb.
    01.02.12 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
    “Azərbaycan Milli Məclisi Dağlıq Qarabağın erməni icmasına müraciət etməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında qurumun Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, müraciətdə onlara izah olunmalıdır ki, onların Azərbaycan vətəndaşı olmaqdan başqa imkanları yoxdur, Azərbaycanın tərkibində yaşayacaqları təqdirdə təhlükəsizlikləri təmin ediləcək, inteqrasiya prosesləri təşkil olunacaq. “Biz Dağlıq Qarabağ ermənilərini öz yaxınımıza çəkməklə Ermənistanı danışıqlar prosesindən uzaqlaşdırmaq şansına nail olarıq. Bununla problemin həllinə nail olarıq” - deyə Z.Oruc vurğulayıb. O bildirib ki, Azərbaycan bununla Rusiyanın Çeçenistana yönəlik uğurlu siyasətini nisbətən təkrarlamış olur. “Yəni Çeçenistanda olduğu kimi Qarabağda da Kadırovlar tapılmalıdır. Kadırovlar Qarabağda tapılacaq ya yox, bu iş üzərində işlənilməlidir. Əgər tapılarsa, oradakı hər iki tərəfdən olan əhalini öz rəhbərliyi altında birləşdirər və problemlər tədricən həll olunar. Bütün məsələləri Dağlıq Qarabağ əhalisinə izah edə bilər” - deyə o, əlavə edib.
    01.02.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
    Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın təhsil və elm naziri Gintaras Steponaviçiyus ilə görüşüb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən mədumata görə, görüş zamanı səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında, eləcə də hər iki ölkənin təhsil və elm sahəsində əlaqələrin daha da güclənməsində maraqlı olduğunu bildirib. Münasibətlərimizdə təhsil sahəsinə xüsusi öncəlik verildiyini qeyd edən səfir H.Məmmədzadə Litvanın ali məktəblərində təhsil alan onlarla azərbaycanlı tələbə üçün yaradılan şəraitə görə nazir G.Steponaviçiyusa təşəkkür edib. Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə həyata keçirilən dövlət proqramına bir neçə Litva universitetinin də daxil olunması vurğulanıb.
    01.02.12 Məqaləni oxumaq
     
    Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
    Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Aliasbek Alımkulovun rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər Azərbaycan ilə Qırğız Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində qonaqların ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti, Gənclər və İdman, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliklərində, Qafqaz Müsəlmanları İdarəsində görüşləri və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakları nəzərdə tutulub. Həmçinin bu gün Azərbaycanın Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşgulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır. Səfər fevralın 3-ə kimi davam edəcək.
    01.02.12 Məqaləni oxumaq
     
    AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
    AVRONEST katibliyinin rəhbəri Con Lui Beltronun Bakıya səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, səfər AVRONEST-in apreldə Bakıda keçirilməsi nəzərdə tutulan sessiyasına hazırlıq məsələlərini müzakirə etməkdir. Katibliyin rəhbərinin Bakıya səfər çərçivəsində Milli Məclisdə və bir sıra rəsmilərlə görüşləri nəzərdə tutulub.
    01.02.12 Məqaləni oxumaq
     
    Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
    Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında İntizam və Hesablayıcı komissiyalar yenidən təşkil olunub. “KƏLAMİNFO” xəbər verir ki, parlamentin İntizam Komissiyasının tərkibinə deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva daxil olub. Parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil olunmuş heyətinə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin daxil olublar.
    01.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2012»
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    « Fev.2012»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    272829