|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
|
(əvvəli ötən nömrəmizdə) IV
Bu gün dünyanın siyasi mənzərəsində yeri tezliklə doldurulası mümkün olmayan boşluq əmələ gəlib. Dövlətlər və rəhbərlər yeri gəldi-gəlmədi bu boşluğu dini şüarlarla doldurmağa çalışırlar. Hamı rəsmi və yaxud da qeyri-rəsmi çıxışına öz dini rituarlarnı yerinə yetirməklə başlayır. Hətta bir az da irəli gedərək hərə öz dininin mükəmməlliyindən, insanlara verə biləcəyi firəvan gələcəkdən ağız dolusu danışırlar. Bu tendensiya çox zaman dini qarşıdurmaya və dinlərarası dialoqun bərbad hala düşməsinə gətirib çıxarır.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Hərbi cinayət
|
“XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar...” Heydər Əliyev
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Ən uca, ən ali milli dəyər - üç rəngli bayraq
|
Tarixi uzun minilliklərə dayanan, əsası və özülü olan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Baxmayaraq ki, Ermənistan, Fransa kimi bəzi millətlərin milli keyfiyyətli heç nəyi olmadığı kimi heç milli dəyərləri də yoxdur. Milli dəyərlər isə xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da Milli dəyərləri kifayət qədərdir. Dilindən, dinindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş özünün dünya şöhrətli şəxsiyyətlərinə qədər. Bu mənada xalqımızın Milli dəyərləri haqqında uzun-uzadı və yorulmadan, yormadan, bezdirmədən, bezmədən danışmaq olar.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Gəlin, vətəndaş olaq
|
“Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı” Məmməd Araz
Torpaqlarımızın iyirmi faizi erməni işğalı altındadır. Hər gün işğal altında olan yeraltı və yerüstü sərvətlərimiz talan edilərək, Ermənistana daşınır. Bu prosesdə mədəniyyətimizə aid olan nə varsa, - daşınan çoxdan Ermənistana aparılıb, daşınmaz mədəniyyət abidələrimiz isə erməniləşdirilib, dünya ictimaiyyətinə erməni abidələri kimi təqdim olunur.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Dövlət və din – Biz hər ikisini sevirik...
|
Bu günlərdə Modern.az-da Safruh imzalı müəllifin “Dövlət və din – Biz ateizmi sevirik, yoxsa dini?” sərlövhəli yazısını oxudum. Yazı ümumilikdə dinə qarşı mübarizə ruhunda köklənib. Belə qənaətə gəldim ki, müəllif inanclı insan deyil, sadəcə hansısa OCAĞın külü ilə oynayır... Amma bu OCAĞın külü Bakı küləyinə çox tab gətirməyib. Necə ki, vaxtilə atəşinə toplaşdıqları OCAĞın indi külünü qarışdırmağa belə maşa tapa bilmirlər. Lakin Azərbaycana 14 əsr bundan əvvəl ayaq basan dinin ATƏŞindən ehtiyat edirlər. Hətta bir az da irəli gedərək ölkədə din-dövlət qarşıdurmasının yaşandığını, dinin xalq üzərində “amansız hökümranlığı”nı, xalqın bundan qəzəblənərək narahatçılıq keçirdiyini, məscidlərin əbəs yerə süslənməsini, dini bayramların gərəksizliyi və digər bu kimi iddialarla çıxış edir.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Prezident: Azərbaycanda sabit cəmiyyət var
|
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olub. Tədbirin aparıcısı İsveç Krallığının xarici işlər naziri Karl Bildt Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirib.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
QMİ-də görüşlər
|
KəlamİNFO. Yanvarın 5-də Qafqaz Müsəlmanları İdarəsində Berlin Araşdırmalar Kollecinin Azərbaycanda səfərdə olan bir qrup tələbəsi ilə görüş keçirilib. Kollecin tələbəsi David Rinnert səfərlərinin məqsədi barədə məlumat verib. D.Rinnert bildirib ki, nüfuzlu tədris müəssisələrindən sayılan Berlin Araşdırmalar Kolleci Avropanın müxtəlif ölkələrindən seçilmiş elm, iqtisadiyyat, mədəniyyət və idarəetmə sahələrinin gənc kadrları üçün bir illik ictimai layihələr təşkil edir.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
20 yanvar faciəsi əsla unudulmayacaqdır
|
Müsahibimiz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadədir
- Şeyx həzrətləri, yanvar ayının 20-də 1990-cı ildə baş vermiş qanlı hadisələrin ildönümüdür. İstərdik, tarixə yenidən ekskurs edərək bu olaylara nəzər salasınız və 20 yanvarı doğuran, baş verməsini şərtləndirən səbəblərdən danışasınız...
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
İran prezidentinin mətbuat müşaviri 6 ay həbs cəzası alıb
|
İran prezidenti Mahmud Əhmədinejadın mətbuat müşaviri 6 ay həbs cəzası alıb. “Fars” xəbər agentliyi Əli Əkbar Cavanfekrin nəyə görə həbs edildiyini dəqiqləşdirmir, ancaq prokurorluğun onu bir neçə məsələdə ittiham elədiyini xəbər verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Cavanfekr ali ruhani lider Ayətullah Xameneyini tənqid edəndən sonra tutulmuşdu. Bu həbsi prezident tərəfdarları ilə Xameneyi tərəfdarlarının hesablaşması kimi görürlər.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu: ABŞ Türkiyənin rolunu anlayır
|
ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün dövlət katibi Hillari Klintonla görüş keçirəcək. Vaşinqtonda ABŞ rəsmilərilə görüşlər çərçivəsində Davudoğlu müdafiə naziri Leon Panetta ilə danışıqlar aparacaq. Müzakirələrin diqqət mərkəzində Suriyada vəziyyət və İranın nüvə proqramı məsələlərinin olacağı gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, “Hürriyyət”ə açıqlamasında Türkiyə xarici işlər naziri ABŞ və Türkiyənin Suriya məsələsində eyni mövqeyə malik olduğunu və eyni dəyərləri bölüşdüyünü bildirib. O, Türkiyənin Suriya xalqının demokratiya tələblərini dəstəklədiyini deyib.
Əhməd Davudoğlu Qərb ölkələrinin İranın nüvə proqramını dayandırması üçün təzyiqləri artırdığı vaxt Türkiyədə bunun yaratdığı təsirlərə toxunaraq, ölkəsinin məsələnin həllində fəal rol oynamağa hazır olduğunu bildirib. O, ABŞ-ın Türkiyənin İran probleminin həllində oynaya biləcəyi rolunu anladığını qeyd edib. Əhməd Davudoğlu Türkiyə ilə ABŞ arasında münasibətlərin bugünkü durumunu şərh edərək, iki ölkə arasında yüksək əməkdaşlıq səviyyəsini qeyd edib.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|