Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : 1 2 3 4 5  #
    Sevil Yusifova: “Türkiyədə Xocalı soyqırımı ilə bağlı çox dəyərli materiallar var”
    Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) rəhbəri Sevil Yusifova Xocalı soyqırımı ilə bağlı Türkiyədə keçirilən tədbirlərə qatılıb. Bu barədə “KƏLAMİNFO”ya S.Yusifovanın özü məlumat verib. Hələ də Ankarada olan AJQA rəhbərinin sözlərinə görə, “Türk Ocaqları” təşkilatı tərəfindən dəvətli olduğu “Türk dünyasına yapılan soyqırımıları: Xocalı” konfransında çıxış edib: “Aydınlar şəhərində keçirilən konfransdan sonra regional radioda çıxış edərək insanları maraqlandıran məsələlərlə bağlı məlumat verdik. Dünən isə Qazi və Ankara universitetlərində Xocalı soyqırımı ilə bağlı Ankara bələdiyyəsinin, həmin universitetlərin və Türkiyədəki azərbaycanlı gənclərin təşkilatçılığı ilə simpoziumlar keçirildi.
    01.03.12 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Antikorrupsiya Şəbəkəsinin iclasında iştirak edib
    Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və İdarənin böyük prokuroru Elnur Musayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin növbəti monitorinq iclasında iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclas Şəbəkənin İstanbul Fəaliyyət Planı çərçivəsində reallaşıb. İclasın əsas sessiyasında OECD-nin Azərbaycan Respublikası üzrə milli koordinatoru Kamran Əliyev hesabatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizin siyasi rəhbərliyi tərəfindən həyata keçirilən qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibi barədə ətraflı məlumat verib.
    29.02.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Putinə dedim ki, sizin üçün şərab tapılmayacaq”
    İki il sonra Gürcüstan şərabına olan tələbat ölkənin istehsal etdiyi şərabdan çox olacaq. «KƏLAMİNFO» «Novosti-Qruziya»ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Kvarelidə yeni xəstəxananın açılış mərasimində deyib. «Bizim şərab yeni bazarlar əldə edib və bu, bizim Rusiya embarqosuna qoyulan cavabdır» - deyə prezident vurğulayıb. “Embarqo tətbiq edilən il mən Peterburqda Putinlə görüşdüm və ona dedim ki, siz embarqo tətbiq etməklə səhv buraxdınız. Siz şərab istəyəndə və qadağa aradan götürülən zaman sizin üçün şərab tapılmayacaq. Çünki digər bazarlar kifayət edəcək» - deyə prezident vurğulayıb.
    29.02.12 Məqaləni oxumaq
     
    Azərbaycanla Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
    Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunub. Azərbaycan torpaqlarının bu günədək işğal altında qaldığını qonağın diqqətinə çatdıran nazir Minsk Qrupunun fəaliyyətin də konkret nəticə vermədiyindən təəssüfləndiyini bildirib. Görüş zamanı Yulian Fota Rumıniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə edib. Qonaq, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu da vurğulayıb.
    29.02.12 Məqaləni oxumaq
     
    Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunan konfransda iştirak edib
    Bu gün “Bakı Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olub. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapıb. Prezident İlham Əliyev konfransda giriş və yekun nitqi söyləyib. Konfransda, həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “ATENA” süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad Rəsulov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, “AzMDF” zavodunun direktor müavini Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Naxçıvan” avtomobil zavodunun icraçı direktoru Polad Sadıxov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış ediblər.
    29.02.12 Məqaləni oxumaq
     
    Ermənistan deputatları Bakıya dəvət edilib
    Ermənistan deputatları aprelin 2-4 tarixlərində Bakıda keçiriləcək “Avronest” PA-nın sessiyasında iştirak etmək üçün dəvət edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib. O qeyd edib ki, erməni deputatlara onların Bakıda təhlükəsizliyi barədə təminat da verilib. “Baxmayaraq ki, biz bu yaxınlarda “Avronest”in İrəvanda keçirilən iclasında bunun şahidi olmadıq” - deyə A.Quliyev vurğulayıb. O, İrəvanda onları heç kimin qarşılamadığını bildirib. “Əslində, bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaq. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu. Gəlib bizi bir təcridxanaya apardılar. Sonrakı iki gündə isə bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olundu. Qaldığımız otelin nömrəsinin qarşısında 24 saat mühafizəçi var idi. Qayıdanda bizi VİP-dən yola saldılar” - deyə o əlavə edib.
    29.02.12 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Azərbaycanda işgəncə faktı qeydə alınmayıb”
    ATƏT-in Parlament Assambleyasının Monakoda keçiriləcək növbəti illik yay sessiyasında Azərbaycanın qarışıq nikahlardan doğulmuş uşaqların bir ölkədən digər ölkəyə köçürülməsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulması müzakirə olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O qeyd edib ki, ATƏT PA-nın Vyanada keçirilən 11-ci qış sessiyası çərçivəsində Demokratiya və insan haqları komitəsinin iclasında konvensiyanın müddəaları müzakirə olunub. Onun sözlərinə görə, komitə iclası çərçivəsində əsas məsələ bir sıra ölkələrdə siyasi məhbuslar məsələsi olub və Azərbaycanla bağlı hər hansı məsələ qaldırılmayıb. “İclasda ATƏT məkanında ayrı-ayrı dövlətlərdə işgəncələrlə əlaqədar olaraq səsləndirilən məruzədə statistik göstəricilər təqdim olunub. Məruzədə qeyd olunur ki, Azərbaycanda məhkəmə və hüquqi islahatların aparılması nəticəsində işgəncə faktı qeydə alınmayıb” - deyə R.Aslanova vurğulayıb. Millət vəkili, həmçinin deyib ki, iclasda qaldırılan milli azlıqların hüquqlarını qorunması ilə bağlı məsələdə Azərbaycanda bu sahədə milli azlıqların konstitusion hüquqlarının qorunduğu vurğulanıb.
    29.02.12 Məqaləni oxumaq
     
    Putin: ABŞ “mütləq məğlubedilməzlik” eyforiyasına qapılaraq səhvə yol verib
    Rusiyanın baş naziri Vladimir Putin prezident seçkiləri kampaniyası çərçivəsində müxtəlif məsələlərə baxışını ifadə edən yeddinci məqaləsini “Moskovskie Novosti” qəzetinə yazıb. “KƏLAMİNFO” qəzetə istinadən xəbər verir ki, xarici siyasətlə bağlı yazıda Putin Suriyada Liviya ssenarisinin təkrarlanmasına icazə verilməməli olduğunu deyib və İrana hərbi müdaxilənin nəticələrinin dağıdıcı olacağını vurğulayıb. ABŞ-ın rəhbərliyi altındakı koalisiya çəkildikdən sonra Əfqanıstanın yenidən qurulmasında iştirak edə biləcəklərini vurğulayan Putin Qərb ölkələrinin insan haqları anlayışından öz mənafeləri üçün istifadə etdiklərini bildirib. Putin ABŞ-ın “mütləq məğlubedilməzlik” eyforiyasına qapılaraq səhvə yol verdiyini yazıb.
    28.02.12 Məqaləni oxumaq
     
    “Oskar”ın mükafat rekordçusu “Artist” filmi olub
    Dünən dünyanın ən nüfuzlu mükafatı olan “Oskar” sahiblərinə təqdim edilib. 84-cü “Oskar” mərasimi ABŞ-ın Los-Anceles şəhərində Kodak Teatrında keçirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bir çox telekanalda canlı yayımlanan gecə ənənəvi olaraq Qırmızı Xalça mərasimi ilə başlayıb. Corc Kluni, Bred Pitt, Ancelina Coli, Jan Duyardin, Natali Portman, Qlenn Close, Mişel Uilyams, Qlenn Kloz kimi bir çox ulduzun qatıldığı mərasimin aparıcısı məşhur komediya aktyoru Bill Kristal olub. Gecədə ilin mükafat rekordçusu “Artist” filmi olub. Belə ki, “Artist” "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor" daxil olmaqla 5 nominasiyada “Oskar” mükafat alıb. “Hüqo” filmi texniki nominasiyalara görə 5 “Oskar” qazanıb. “Ən yaxşı aktrisa” mükafatını 2 dəfə qızıl heykəli evinə aparan Meril Strip alıb. İranda səs-küyə səbəb olan “Bir ayrılıq” filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə mükafat qazanıb.
    28.02.12 Məqaləni oxumaq
     
    Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar qəbul edib
    Bu gün Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı yeni sanksiyalar qəbul edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yeni sanksiyalar Suriya Mərkəzi Bankı və bu ölkənin aviasiya şirkətləri ilə əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutur. Avropa Birliyi indiyə qədər Suriyaya qarşı 11 sanksiya paketi qəbul edib.
    28.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Fev.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    272829