|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
Azərbaycanlı deputat təhsillə bağlı beynəlxalq konfransa qatılacaq
|
Bu gün Milli Məclisin deputatı Asəf Hacıyev “Təhsilli və intellektual nəslin hazırlığı - ölkənin davamlı inkişafı və müasirləşmənin mühüm şərti kimi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə yüksək keyfiyyətli fasiləsiz təhsilin təmin edilməsi, təlim prosesində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, gənc nəslin tərbiyəsi məsələləri müzakirə olunacaq.
Millət vəkili mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, dövlət tərəfindən gənc nəslə göstərilən qayğı barədə məlumat verəcək. Səfər fevralın 19-da başa çatacaq.
|
16.02.12 Məqaləni oxumaq
|
|
|
Bu il Bakıda keçiriləcək internet forumu Cenevrədə müzakirə edilir
|
Azərbaycanın nümayəndə heyəti Cenevrədə (İsveçrə) 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF-2012) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Görüş IGF-2012-nin planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur. Cenevrədə Azərbaycan nümayəndə heyəti tərəfindən IGF-2012-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilən təqdimatın olacağı da gözlənilir.
|
16.02.12 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb
|
Prezident İlham Əliyev Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirilib.
Ötən həftə Avropa Xalq Partiyası tərəfindən Avropa Parlamentində təşkil edilmiş “Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransın əhəmiyyəti qeyd edilib.
Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
|
16.02.12 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: “Bu məsələ ilə bağlı kimsənin narahat olması üçün əsas yoxdur”
|
“Azərbaycanda “Diffamasiya haqqında” qanunu qəbul edilməsinin ictimai-siyasi həyata mənfi təsiri ola bilməz”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O, qeyd edib ki, bu məsələ ilə bağlı kimsənin narahat olması üçün əsas yoxdur. “Sadəcə, jurnalistika sahəsində çalışanların peşə etikasına və qanunlara, mənəvi dəyərlərə riayət etməsi lazımdır, onda yazılara görə cinayət məsuliyyətinə cəlb etməyə ehtiyac da qalmır. Cəmiyyətin və jurnalistika sahəsinin bu qanunun qəbuluna nə dərəcədə hazır olmasına dair müzakirələr təbiidir. Bu zaman müxtəlif fikirlər səslənə bilər. Pessimist yanaşmaları da anlayışla qarşılamaq lazımdır. İstərdim bizdə vəziyyət elə bir yerə gəlib çatsın ki, insanlar öz işlərini yerinə yetirərkən hər şeydən əvvəl qanuna və onun müəyyən etdiyi dəyərlərə əməl etməklə yanaşı, mənəvi qanunlara da diqqət yetirsinlər. Yazılarda lazımsız məqamlara, təhqirlərə yol verməsinlər”-deyə B.Muradova vurğulayıb.
Vitse-spiker “Diffamasiya haqqında” qanunun qəbulunun Azərbaycanın imicinin daha da artmasına cidi təsir edəcəyini də düşünür.
|
16.02.12 Məqaləni oxumaq
|
|
|
Hicran Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə Beynəlxalq Qoşulmama Hərəkatı Bürosunun sədr müavini seçilib
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Doha şəhərində keçirilən qadınların rolunun gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının III nazirlər görüşündə iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya komitədən veriblər.
Görüşdə H.Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə beynəlxalq Qoşulmama Hərəkatı bürosunun sədr müavini seçilib. Tədbirdə çıxış edən H.Hüseynova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qadın hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Komitə sədri “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrasının bu prosesin daha da intensivləşməsinə təkan verdiyini bildirib.
|
16.02.12 Məqaləni oxumaq
|
|
|
PEYĞƏMBƏRİN(S) MÜQƏDDƏS MÖVLUDU
|
"Həqiqətən sən ən böyük əxlaq sahibisən" (əl-Qələm surəsi, ayə 4)
Rəbiul-əvvəl ayının 17-si (bəzi rəvayətlərə əsasən 12-si) kainatın əşrəfi, insanlığın baş tacı Həzrət Muhəmməd (s) Peyğəmbərimz dunyaya göz açmışdır. Fil ilində, (570-ci miladi ili) cümə gecəsi əzəmətli Məkkə şəhərində dünyaya göz açan Rəsulullah (s) gəlişilə mələkut aləmini sevincə qərq etdi.
|
16.02.12 Məqaləni oxumaq
|
|
|
Hər kimə həcc nəsib olsa, xuda qismət edər.
|
"Qaldırsan yıxılanı, doydursan acı, Sanarsan Kəbəyə ziyarətin var..."
Xaltanlı Tağı.
Müsir cəmiyyətimizdə "Hacılar çoxalır... İnsani dəyərlər - insaf, mürüvvət, adamların bir-birinə inamı, ehtiramı, xeyirxahlığı isə azalır"- deyə qəti mühakimə yürüdən adamlara da rast gələndə istər-istəməz düşüncələrə dalırsan. Bu gün Azərbaycanda nə qədər HACI var? 100 min, ya 150 min?!. Bəlkə daha çox! İlbəil sayı artan bu hacılar hansı xeyir əməllərin sahibidirlər?
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
NƏ VAR Kİ
|
Deyirlər ki mən oynaya bilmirəm, Utanmasan, yarışmağa nə var ki, Və ya inki yalan deyə bilmirəm Üzləşməsən, danışmağa nə var ki.
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
İSTİSU
|
Hər yaz fəsli sənə qonaq gələndə, Yaşıl geyinirsən paltar, İstisu Qartallar qıy vurub göydə süzəndə Nə gözəl görünür dağlar, İstusu.
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
ASTA-ASTA
|
İstusu qoynunda gəl süfrə açaq, Sən də bulaq suyun süz asta-asta Dəmir ağacından qalayaq ocaq. Şişləri manqala düz asta-asta.
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|