Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Prezident İlham Əliyev Mahmud Abbasa başsağlığı verib
    Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fələstin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”
    18.02.12 Məqaləni oxumaq
     
    Hərbiyə aid 8-ə yaxın qanun üzərində iş aparılır
    Azərbaycanda hazırda hərbiyə aid 8-ə yaxın qanun üzərində iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib. O qeyd edib ki, qanunlar Hərbi Doktrinaya uyğun hazırlanır. “Bunlar arasında eləsi var ki, mövcud qanun olaraq ona əlavə və dəyişikliklər hazırlanır. Hərbi Doktrinada istiqamətlər göstərilib və həmin istiqamətlərə uyğun olaraq qanunlar qəbul olunacaq. Bununla bağlı Prezident Administrasiyası ilə paralel olaraq işlər və məsləhətləşmələr aparılır” - deyə S.Novruzov vurğulayıb. Onun sözlərinə görə, üzərində işlər aparılan sənədlər arasında Strateji Müdafiə İcmalı, Dəniz Təhlükəsizliyi Strategiyası və ayrı-ayrı sahələrə aid sənədlər var.
    17.02.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: Belə halın baş verməsi Azərbaycan və İran arasındakı ənənəvi qonşuluq münasibətlərinə kölgə sala bilər
    “Azərbaycan İranla münasibətlərdə yaxın qonşuluq prinsipini üstün tutur. Bu daim bizim diqqət mərkəzimizdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, İranın Azərbaycana qarşı nota səsləndirməsi üçün əsaslar mövcud deyil. “Azərbaycan və İran arasında qonşuluq münasibətlərinin üzərinə kölgə salacaq hansısa bir addım atılmamalıdır. Belə halın baş verməsi Azərbaycan və İran arasındakı ənənəvi qonşuluq münasibətlərinə kölgə sala bilər”-deyə Ə.Əhmədov bildirib. O həmçinin bildirib ki, Azərbaycanın terrora qarşı münasibəti ondan ibarətdir ki, kimin tərəfindən keçirilməsindən asılı olmayaraq istənilən terror aktı pislənilir. “Azərbaycan özü terrora məruz qalmış bir ölkədir”-deyə o əlavə edib.
    17.02.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “İranın rəsmi orqanları diqqətli olmalıdırlar”
    “İran tərəfindən Azərbaycanla münasibətlərə ziyan vuracaq hərəkətləri İranın bir sıra din xadimləri və bəzi dairələri edir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, Azərbaycan qonşu dövlətlərlə, hətta bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərlə də beynəlxalq hüquq prinsiplərinə uyğun davranır. “Diplomatik normaları hər zaman gözlədiyimizi nəzərə alaraq, biz münasibətimizi elə bu qaydada da bildirəcəyik və mövqeyimizi ifadə edəcəyik. İranın bəzi dairələri, o cümlədən rəsmi orqanlar Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsinə uyğun fikirlərin səsləndirilməsinə çalışmalıdırlar və bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Ona görə ki, münasibətlərin qurulması uzun vaxt çəkir, illər, onillər tələb edir. Lakin indi bu münasibətləri bir andaca yox etmək olar. İranın indi özünün düşdüyü vəziyyət onu vadar etməlidir ki, qonşu dövlətlərlə, xüsusən ona dostluq, qardaşlıq münasibəti göstərən Azərbaycanla münasibətlərdə bu məsələləri nəzərə alsın. Əks halda biz bunu, yumşaq şəkildə desək, çox böyük təəssüf hissi ilə qarşılayırıq” - deyə o əlavə edib.
    17.02.12 Məqaləni oxumaq
     
    Əliməmməd Nuriyev: “İctimai Komitə cəzaçəkmə müəssisələrində məhkumların hüquqlarının qorunmasına diqqət yetirib”
    “Respublikamızda həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları çərçivəsində penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə əməli tədbirlər həyata keçirilir, bu sahədə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri “Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin 2011-ci il ərzindəki fəaliyyətinə dair yekun hesabat” ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Dəyirmi masada Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib.
    17.02.12 Məqaləni oxumaq
     
    İstanbulda Xocalı soyqırımına həsr edilmiş tədbir keçiriləcək
    Milli Məclisin deputatı Ceyhun Osmanlı fevralın 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, millət vəkili burada Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş silsilə tədbirlərdə iştirak edəcək. Səfər zamanı Azərbaycan torpaqlarının işğalı, ermənilərin etnik təmizləmə siyasəti və qondarma erməni soyqırımı iddialarının əsassız olması barədə məsələlər geniş ictimaiyyətə çatdırılacaq.
    17.02.12 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: Yeni qurum bütün silahlı qüvvələrdə kadrların hazırlanması ilə məşğul olacaq
    Yeni yaranan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumunun deyil, Azərbaycanda olan bütün silahlı qüvvələrdə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.
    17.02.12 Məqaləni oxumaq
     
    Həmsədrlər Ermənistana səfər edəcək
    Martın əvvəlində Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri baş tutacaq. «KƏLAMİNFO» xəbər verir ki, bu barədə «NEWS.am»a Ermənistan XİN-dəki mənbələr məlumat verib. Onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirəcəklər. Qeyd edək ki, sonuncu dəfə həmsədrlər Ermənistanda 2011-ci ilin dekabrında olublar.
    17.02.12 Məqaləni oxumaq
     
    Akademik Milli Dram Teatrının repertuarında dəyişiklik olunub
    Akademik Milli Dram Teatrının fevral repertuarında dəyişiklik olub. Teatrın mətbuat xidmətinin katibi Elçin Cəfərov dəyişiklik olunmuş afişanı “KƏLAMİNFO”ya təqdim edib. Belə ki, 18 fevralda M.Frişin “Don Juan və həndəsə”, 19 fevralda V.Hüqonun “Qadın məhəbbəti”, 22 fevralda A.Saqarellinin “Xanuma”, 23 fevralda S.Şendilin “Qanlı Nigar”, 24 fevralda A.Məsudun “Qatarın altına atılan qadın”, 25 fevralda Elçinin “Şekspir”, 26 fevralda İ.Əfəndiyevin “Qarabağnamə”, saat 12:00-da H.Mirələmovun “Xəcalət”, 28 fevralda İ.Əfəndiyevin “Boy çiçəyi”, 29 fevralda Ə.Əmirlinin “Mesenat” əsəri səhnələşdiriləcək. Xatırladaq ki, qalan tamaşalar göstərilən tarixlərdə saat 19:00-da nümayiş olunacaq.
    16.02.12 Məqaləni oxumaq
     
    Sarkozi prezidentliyə namizədliyini rəsmən irəli sürəcək
    Bu gün Fransa prezidenti Nikola Sarkozi ikinci dəfə prezidentliyə namizədliyini rəsmən irəli sürəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bununla bağlı onun Fransa televiziyasının birinci kanalında çıxışı gözlənilir. Fransada prezident seçkiləri aprelin 22-də keçiriləcək.
    16.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Fev.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    272829