Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə qəbul olunub
    Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında sənəd müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzə ilə çıxış edib. O qeyd edib ki, bələdiyyələrlə bağlı 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Göndərilən materiallardan 15-i üzrə cinayət işi başlanıb, digərləri üzrə araşdırmalar davam etdirilir. “Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci il ərzində 5483,16 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub.
    14.02.12 Məqaləni oxumaq
     
    İlk peşə-ixtisas təhsili müəssisələri üçün təhsil proqramları təsdiq edilib
    İlk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlanması üçün "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi tərəfindən hazırlanan "Aşpaz", "Ofisiant", "Barmen", "Səyahət agenti" və "Otel resepsionisti (Mehmanxana inzibatçısı)" ixtisaslarının təhsil proqramları (kurikulumları) təsdiq edilib. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb. Əmrə əsasən, göstərilən ixtisaslar üzrə hazırlanan kurikulumların pilot tətbiqi İsmayıllı Peşə Tədris Mərkəzində həyata keçiriləcək.
    14.02.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: Beynəlxalq güclər Qarabağ münaqişənin yenidən qızışmasında maraqlı deyillər
    “Bu gün beynəlxalq güclər Cənubi Qafqazda münaqişənin alovlanmamasında maraqlıdırlar. Amma hesab etmirəm onların bu marağı Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməkdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. Vitse-spikerin sözlərinə görə, beynəlxalq güclər açıq şəkildə söyləyirlər ki, onlar münaqişənin yenidən qızışmasında maraqlı deyillər. “Münaqişənin elə o zaman qızışmaması üçün ciddi səylər ortada olsaydı, Ermənistan tərəfindən məsələ qaldırılanda, bunda maraqlı olmadıqlarını ortaya qoysaydılar, heç vəziyyət bu həddə gəlib çatmazdı. Yəni, indi ikili standartların da bir izi də buradan görünür ki, Ermənistan münaqişəni başlayanda hər kəs bunu görməməzliyə vurdu, amma Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün bütün, o cümlədən, hərbi imkanlarından istifadə etmək hüququna malik olduğunu söyləyəndə, təkcə söyləyəndə, bunun yolverilməz olduqları barədə bəyanatlar səslənir və bir çoxları da belə düşünməkdə haqlı olurlar ki, niyə biz Azərbaycana imkan verməliyik bu addımı atmağa?”-deyə B.Muradova vurğulayıb.
    14.02.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Ali Məhkəməsi hesabat verəcək
    Azərbaycan Ali Məhkəməsinin kollegiyaları hesabat verəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Fevralın 17-də Ali Məhkəmənin Plenumunun iclası keçiriləcək. Plenumda Ali Məhkəmənin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarının ötən ilki fəaliyyəti ilə bağlı hesabatları dinləniləcək. Plenumda konkret cinayət və mülki işlərə də baxılacaq.
    14.02.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat: “Azərbaycan Suriya xalqına qarşı deyil, Suriya rejiminə qarşıdır”
    “Bu gün Azərbaycan-Suriya münasibətlərinin səviyyəsi, əsasən Suriyada baş verən hadisələrdən aslıdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, siyasi ekspert Musa Qasımlı bildirib. Ekspertin fikrincə, Azərbaycan hazırda Suriyada baş verənləri nəzərə alaraq öz vətəndaşlarına qarşı silah tətbiq edən dövlət ilə əməkdaşlıq edə bilməz. “Eyni zamanda məlumdur ki, ölkələrin xarici siyasəti şəxslər üzərində qurulmur. Fikrimcə, Suriya xalqı və Suriya rejimi Azərbaycan üçün ayrı-ayrı anlayışlardır. Azərbaycan Suriya xalqına qarşı deyil, Suriya rejiminə qarşıdır”-deyə M.Qasımlı vurğulayıb. Ekspert deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı növbəti müzakirələr zamanı mövqeyi dünyanın demokratik və qabaqcıl ölkələrinin mövqeyinə yaxın və ya müvafiq olmalıdır. “Əminəm ki, bu, belə də olacaq. Çünki Bəşər Əsəd rejiminin sonu çatıb. Suriyada yeni siyasi həyat qurulmalıdır və qurulacaq”-deyə o, əlavə edib.
    14.02.12 Məqaləni oxumaq
     
    Obama yeni büdcə layihəsini Konqresə göndərməyə hazırlaşır
    ABŞ prezidenti Barak Obama 2013-cü il üçün təklif etdiyi federal büdcəni təsdiq edilmək üçün Konqresə göndərməyə hazırlaşır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Ağ Ev vergilərin artırılması və xərclərin azaldılmasını nəzərdə tutan yeni büdcəni Amerikanın maliyyə problemlərinin həlli üçün balanslı yanaşma tərzi kimi qiymətləndirib. Prezident idarəsinin rəhbəri Ceykob Lyuinin bildirdiyinə görə, büdcə iqtisadiyyatın stimullaşdırılması, eyni zamanda federal defisitin azaldılması üçün uzun müddətli həll yolunun tapılması nəzərə alınaraq hazırlanıb. Lyui büdcədə qarşıda gələn 10 il ərzində zəngin amerikalılar üçün vergilərin artırılması və hökumət xərclərinin azaldılması yolu ilə büdcə defisitinin 4 trilyon dollar azaldılmasına nail olmaq kimi məqsəd qoyulduğunu xüsusi vurğulayıb. Bununla yanaşı, büdcəyə əsasən, sürətli şosse yollarının salınması və digər nəqliyyat layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin yaradılması kimi infrastruktura maliyyə qoyuluşları daxil edilməyib.
    13.02.12 Məqaləni oxumaq
     
    “Eurovision–2012”-də Azərbaycanın səsi Səbinə Babayeva olacaq
    Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012”-də ölkəmizi Səbinə Babayeva təmsil edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, Heydər Əliyev Sarayında 3 saatdan artıq davam edən Milli final gecəsinin sonunda münsiflər heyəti 5 ifaçı – Orxan Kərimli, Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov və Səbinə Babayevanın çıxışlarını dəyərləndirib. Münsiflərin səsverməsini açıqlayan Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova bu Milli seçim turunun qalibinin Səbinə Babayeva olduğunu bildirib. Maraqlı şou ilə təşkil olunan Milli final gecəsində aparıcılar maraqlı rəqs kompozisiyası, milli rəqqaslarımız qaval rəqsi, xanəndələrimiz “Qarabağ şikəstəsi”, Azərbaycanın “Eurovision-2010” təmsilçisi Safura, “Eurovision-2011”-in qalibləri Eldar və Nigar öz ifaları ilə finalçılarımıza dəstək olub. Milli final gecəsində Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo və Maltanın “Eurovision-2012”-dəki ifaçısı Kurt Kalleya (Kurt Calleja) da çıxış edib.
    13.02.12 Məqaləni oxumaq
     
    Putin AŞPA Seçki Monitorinq qrupunu qəbul etməyib
    Rusiyanın baş naziri Vladimir Putin AŞPA-nın Seçki Monitorinq qrupunu qəbul etməyib. Prezidentliyə namizəd Putin bunu iş qrafikinin sıxlığı ilə əlaqələndirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Montironq qrupu xəbər verib. Monitorinq qrupunun rəhbəri Tiny Kox deyib ki, “görüş Putinin planlarına uyğun olmayıb”. Kox əlavə edib ki, onlar prezidentliyə namizəd digər 4 nəfərlə görüşüblər və Putinin öz reklam kampaniyasını genişləndirmək üçün siyasi təzyiq göstərməsi ilə bağlı iddialar eşidiblər. Koxun sözlərinə görə, namizədlər baş nazir olan Putinin öz seçki kampaniyasında administrativ resurslardan istifadə etdiyindən şikayətləniblər.
    13.02.12 Məqaləni oxumaq
     
    Mahmud Abbas Netanyahuya şərtlərini göndərib
    Fələstin dövlət başçısı Mahmud Abbas yəhudi məskənlərinin inşaatı dayandırılmadığı təqdirdə İsraillə sülh müzakirələrinə başlamayacağını söyləyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Mahmud Abbas Ərəb Birliyinin Qahirədəki toplantısında İsrailin baş naziri Benyamin Netanyahuya müzakirələrə başlamağın şərtlərini ehtiva edən məktub göndərdiyini deyib. Fələstin lideri qeyd edib ki, məktuba mənfi cavab veriləcəyi təqdirdə BMT-də Fələstinin müstəqil dövlət kimi tanınması kampaniyası yenidən başladılacaq. Abbasın çıxışına reaksiya verən Netanyahu isə Fələstin liderinin sülhə arxa çevirdiyini söyləyib. Netanyahu Fələstin dövlət başçısını “Həmas”a ürəkdən bağlı olmaq və İranı dəstəkləməkdə ittiham edib.
    13.02.12 Məqaləni oxumaq
     
    ATİ-nin əməkdaşı İngiltərə universitetinə təkliflər verib
    Azərbaycan Turizm İnstitutunun Beynəlxalq Əlaqələr və Layihələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində (Ueyls, Böyük Britaniya Birləşmiş Krallığı) hər il keçirilməsi planlaşdırılan akademik mübadilə proqramının iştirakçısı olub. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Avropa Birliyinin “Erasmus Mundus Action 2” layihəsi proqramının şərtlərinə əsasən, akademik mübadiləni təşkil etmək hüququ qazanmış müəyyən universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs, təcrübə keçməklə bərabər, tədqiqat aparmaq şansı qazanır. ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində təşkil olunmuş akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramı çərçivəsində qonağı olduğu ali təhsil ocağının tədris və təhsil sistemini öyrənib, universitetlərarası əməkdaşlığın mümkün yollarının müzakirəsində təkliflə çıxış edib.
    13.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Fev.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    272829