|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
Meksikada Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib
|
Meksikanın ingilis dilində dərc olunan “The News” qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib. Meksikadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, məqalədə qeyd edilib ki, Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir. Bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanmış bir sıra sazişlər misal göstərilib.
|
13.02.12 Məqaləni oxumaq
|
|
|
Putin Yeni il tətillərini may ayına salmağı təklif edib
|
Rusiyanın baş naziri Vladimir Putin ölkədə 10 gün sürən Yeni il tətillərini azaltmağı və həmin günləri maya salmağı təklif edib. «KƏLAMİNFO» bu barədə RİA «Novosti»yə istinadən xəbər verir. Baş nazir bildirib ki, Yeni il tətilini yanvarın 7-də başa çatdırmaq daha yaxşı olardı.
Qeyd edək ki, Rusiyada uzunmüddətli Yeni il tətilləri ilk dəfə 2005-ci ildən tətbiq edilməyə başlayıb.
|
11.02.12 Məqaləni oxumaq
|
|
|
Ali məktəblərdə magistraturaya qəbul üçün əlavə sənəd qəbulu komissiyaları yaradılıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu məqsədilə daha iki sənəd qəbulu komissiyası (SQK) yaradıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Havaların şaxtalı keçməsi nəzərə alınaraq, bakalavrların ərizələrini rahat şəkildə təsdiq etdirmələri üçün TQDK-nın Şəki və Quba regional bölmələrində də SQK-nın yaradılması barədə qərar qəbul edilib. Adıçəkilən komissiyalardan əlavə, respublika üzrə ümumilikdə 37 SQK fəaliyyət göstərir.
Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbuluna fevralın 8-dən başlanılıb. Ərizə qəbulu fevralın 17-dək davam edəcək. Bu müddətdə namizədlər “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən elektron imza sertifikatı əldə etmiş bakalavrlar həmin sertifikatlardan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən təsdiqləyə bilərlər. Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq virtual ödəmə kartlarından istifadə ediləcək. Virtual ödəmə kartlarını internet ödəmə və ya SMS vasitəsilə əldə etmək mümkün olacaq.
|
11.02.12 Məqaləni oxumaq
|
|
|
Sarkozi növbəti dəfə Türkiyəni öz tarixi ilə üzbəüz dayanmağa çağırıb
|
Fransa prezidenti Nikola Sarkozi Parisdə «Fransa yəhudiləri İttifaqının Nümayəndələr Şurası»nın təşkil etdiyi nahar mərasiminə qatılıb. O, növbəti dəfə Türkiyəni öz tarixi ilə üzbəüz dayanmağa çağırıb. «KƏLAMİNFO» NTV kanalına istinadən xəbər verir ki, Fransa prezidenti öz çıxışında xatırladıb ki, İkinci Dünya müharibəsi illərində Fransa faşistlərlə əməkdaşlıq edib. Lakin sonradan bu dövrə qarşı çıxıb. «Əgər Türkiyə öz tarixi ilə üzbəüz qalarsa, bu onun qürur mənbəyi olacaq» - deyə Sarkozi vurğulayıb.
|
11.02.12 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərə start verilib
|
Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar tədbirlərə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərkəzə toplaşan tələbə-gənclər, ictimaiyyət və KİV nümayəndələri dəhlizdə faciənin qanlı səhifələrini özündə əks etdirən foto-şəkillər, kitablar, eksponatlarla tanış olublar.
Tədbirdə çıxış edən AMM İdarə Heyətinin sədri Fazil Həsənov Xocalı soyqırımı ilə bağlı məlumat verib. Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan video-çarx nümayiş etdirilib.
Millət vəkili Qənirə Paşayeva AMM-in Xocalı soyqırımı ilə əlaqədar keçirəcəyi tədbirlər çərçivəsində kəndlər, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlərin keçirilməsinin vacibliyinə toxunub. Xocalı faciəsinin gürcü ictimaiyyətinə çatdırılmasının zəruriliyinə diqqət çəkən Q.Paşayeva qeyd edib ki, soyqırımı bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilən cinayətdir.
|
11.02.12 Məqaləni oxumaq
|
|
|
Prezident Albaniyanın baş nazirini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Albaniyanın baş naziri Sali Berişanı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib.
|
11.02.12 Məqaləni oxumaq
|
|
|
|
İraqda 14 nəfər edam olunub
|
Bu gün İraqda 14 nəfər edam olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onlar İraq vətəndaşlarıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, onların hamısı “Əl-Qaidə” ilə əlaqəli olublar. Onlar 2009-cu ilin oktyabrında Bağdadda baş vermiş terror aktlarında ittiham olunublar. Həmin terror aktlarında 500 adam həlak olmuşdu. Bununla da il başlayandan İraqda 65 nəfər edam olunub.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
Gənc Tamaşaçılar Teatrının səhnəsində “Buzovna kəndinin əhvalatları” olacaq
|
Gənc Tamaşaçılar Teatrının kollektivi sənətsevərlər qarşısına yeni tamaşa ilə çıxacaq. Sənət ocağından “KƏLAMİNFO”ya verilən məlumata görə, yaradıcı heyət “Buzovna kəndinin əhvalatları” tamaşası üzərində məşqləri başa çatdırıb. Sabah saat 15:00-da səhnə əsərinə ictimai baxış keçiriləcək. “Buzovna kəndinin əhvalatları” xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı novellaları əsasında səhnələşdirilib. Tamaşaya xalq artisti, rejissor Cənnət Səlimova quruluş verib.
“Buzovna kəndinin əhvalatları” əsərinin süjet xətti elə kənd hadisələri üzərində qurulub. Bakı kəndlərinin ab-havasını qoruyub saxlayan tamaşada əsas rolları Sərvər Əliyev, Elşən Rüstəmov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Nübar Novruzova, Nəsibə Eldarova canlandırır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası fevralın 18-də və 19-da saat 19:00-da olacaq.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
Sarkisyan “klan-ailə” prinsiplərindən uzaq durmağı qərara alıb
|
Ermənistan prezidenti Serj Sarkisyan siyasi qərarların qəbulu zamanı “klan-ailə” prinsiplərindən uzaq durmağı qərara alıb. “KƏLAMİNFO” “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Saşik Sarkisyan parlamentdə olmayacaq. Qəzet yazır ki, proporsional siyahıların hazırlanması zamanı prezident Sarkisyan siyahıya nəinki biznesmen-oliqarxları daxil etməməyə, eyni zamanda klan-ailə prinsiplərindən uzaq durmağa çağırıb. Sarkisyan qeyd edib ki, bunun üçün onun özü də nümunə olmağa hazırdır.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|