Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 2.2012
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
    Turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm ili”nin yekunlarına həsr olunan kollegiya iclasında deyib. Nazir bildirib ki, Azərbaycana gələn turist orta hesabla 700 dollar xərcləyir: “Ölkəyə il ərzində 2 milyondan çox turistin gəldiyini nəzərə alsaq, büdcəyə 1,5 milyard dollar vəsait turistlərin hesabına daxil olur. Bu qədər vəsait də daxili turizmin potensialında möcvuddur. Azərbaycan turizmi 3 milyard dollara qədər vəsaiti dövriyyədə saxlayır”. Ə.Qarayev bildirib ki, xaricdən gələn insanların sayının artım tempi Ümumdünya Turizm Təşkilatının orta göstəricilərindən üstündür. Onun sözlərinə görə, ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınıb: “Gözləyirik ki, bu il bizim üçün daha uğurlu olacaq. Çünki bu il Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi və digər mühüm təbirlər keçiriləcək. Bunun nəticəsində Azərbaycana gələn insanların sayı artacaq”. Nazir qeyd edib ki, hazırda ölkədə 50-yə yaxın yeni mehmanxana inşa olunur.
    23.02.12 Məqaləni oxumaq
     
    Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
    Bu gün Qahirədə keçmiş prezident Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb. 83 yaşlı Mübarək korrupsiyada və etiraz aksiyalarına çıxmış çoxsaylı adamların ölümündə ittiham olunur. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onunla birlikdə iki oğlu və keçmiş daxili işlər naziri də məhkəmə qarşısında dayanıb. Dövlət ittihamçısı Mübarək haqqında ölüm hökmü çıxarılmasını istəyib.
    23.02.12 Məqaləni oxumaq
     
    Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
    “Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərdə əli olan 287 nəfər barəsində müvafiq qərarlar çıxarılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Respublika Baş Prokurorluğunda keçirilən mətbuat konfransında Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Xüsusi İstintaq şöbəsinin rəisi, işğal olunmuş torpaqlarda törədilmiş cinayətlər üzrə istintaq qrupunun rəhbəri Mehman Poladov bildirib. O qeyd edib ki, hazırda bütün işğal olunmuş torpaqlarda, xüsusilə Qaradağlıda və Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər üzrə istintaq davam edir, açılmamış çox fakt var. “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində soyqırımı, habelə sülh və insanlıq əleyhinə başqa ağır, xüsusilə ağır cinayətləri erməni milliyyətindən olan Azərbaycan vətəndaşları ilə bərabər, Ermənistan vətəndaşları da törədib. Onlardan indiyə qədər 28 nəfəri barəsində qanunamüvafiq qərar qəbul edilib” - deyə M.Poladov vurğulayıb.
    22.02.12 Məqaləni oxumaq
     
    İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
    İran silahlı qüvvələri komandanının müavini Məhəmməd Hecazi ölkənin milli maraqlarına təhlükə olacağı təqdirdə düşmənlərə qarşı önləyici addım atacağını bildirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hərbçi “yeni strategiyamıza əsasən biz milli maraqlarımızın qorunmasında bütün vasitələrdən istifadə edəcəyik” - deyib. O, “Fars” agentliyinə müsahibəsində “biz özümüzə qarşı düşmənin addımlarını artıq oturub gözləməyəcəyik” sözlərini işlədib.
    22.02.12 Məqaləni oxumaq
     
    Pentaqon şefi Quranla rəftara görə üzr istədi
    ABŞ-ın müdafiə naziri Leon Panetta Amerikanın Əfqanıstandakı hərbi bazasında Quranla rəftara görə üzr istəyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Panetta araşdırma aparılacağına söz verib. Bagram bazasında Quran nüsxələrinin yandırılması xəbərlərindən sonra baza qabağına etiraza 2 min adam toplaşıb. Əfqanıstandakı beynəlxalq qoşunların komandanı Con Allen məlumatları təsdiqləyib və əfqanlardan üzr istəyib.
    22.02.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur
    “İran bilir ki, Azərbaycana xaricdən hərbi müdaxilə edən deyil. Ona görə də bu ölkə Azərbaycanı daxildən partlatmaq istəyir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Politoloq qeyd edir ki, İran Azərbaycanda himayə etdiyi şəxslər, qruplar və dairələr vasitəsilə öz məqsədlərinə çatmağa çalışır. “Doğrudur, bir vaxtlar Azərbaycanda məcburi köçkünlərlə bağlı humanitar faciə yaşananda İran bizə yardımlar etdi. Lakin yardımlarla yanaşı, İran Azərbaycana öz adamlarını yeridərək aktiv dini təbliğat aparmağa da başladı və nəticə də göz qabağındadır”-deyə V.Quluzadə vurğulayıb. Ekspert deyir ki, məhz buna görə də İran Azərbaycanda o vaxtdan bəri müxtəlif, öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur.
    22.02.12 Məqaləni oxumaq
     
    Politoloq: Bu gün İrandan Azərbaycana qarşı artan təzyiqlərin arxasında ermənilər durur
    “Bu gün ermənilər bütün arenalarda Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündəki prosesləri ört-basdır etməklə məşğuldurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, ermənilər 1988-ci il 22 fevral hadisələrinin üstündən keçməklə bu günkü niyyətlərinə bəraət qazandırmaq istəyirlər. “Bu gün ermənilər iddia edirlər ki, münaqişənin başlanmasına səbəb 1988-ci il 26 fevralda olan Sumqayıt hadisələridir. Lakin ondan 4 gün əvvəl Əsgəranda etnik zəmində ermənilər tərəfindən azərbaycanlılar qətlə yetirildi və bununla Qarabağ məsələsi qabarmağa başladı.
    22.02.12 Məqaləni oxumaq
     
    Saakaşvili: ABŞ ərazilərimizin qorunmasına kömək edəcək
    Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ABŞ onun ölkəsinə ərazilərin qorunması məsələsində kömək edəcək. «KƏLAMİNFO» «Qruziya online»a istinadən xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəllər olduğu kimi nəinki antiterror fəaliyyətlə bağlı əməliyyatların keçirilməsində, həm də Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində yardım edəcək. «Bu, bizim Silahlı Qüvvələrimizin hazırlanmasının tam şəkildə yeni səviyyəsidir» - deyə prezident vurğulayıb.
    22.02.12 Məqaləni oxumaq
     
    BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 17-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat veriblər. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 7 "Qızıl Xaç" məktubu çatdırılıb, erməni ailəsindən isə 3 "Qızıl Xaç" məktubu alınıb. Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
    21.02.12 Məqaləni oxumaq
     
    Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi (QUPAİB) keçirib. QUPAİB-in sədri Kəmalə Əliyeva Xocalı faciəsinin müasir tariximizdə müstəqilliyimizə qarşı yönəldilmiş terror aktı olduğunu bildirib. Xocalı faciəsinin Azərbaycan xalqının qəlbində sağalmayan iz qoyduğunun vurğulandığı tədbirdə faciənin tarixinə bir daha nəzər salınıb. “Terror və təcavüz Ermənistanın dövlət siyasətinin əsasıdır. Özlərini müasir, sivil və demokrat sayan dövlətlər təəssüf ki, hələ də 20 yaşı tamam olmayan Xocalı soyqırımını tanımaq istəmirlər”-deyə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Vəsilə Mövsümova bildirib ki, bu tarixi biz yalnız 26 fevralda deyil, Xocalının, Şuşanın, Laçının və digər işğal olunan torpaqlarımız azad olunmasına qədər hər bir günümüz o tarixlərin anım günü kimi qeyd olunmalıdır.
    21.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2012
    Yanvar(160)
    Fevral(168)
    Mart(129)
    Aprel(169)
    May(246)
    İyun(205)
    İyul(191)
    Avqust(113)
    Sentyabr(189)
    Oktyabr(190)
    Noyabr(172)
    Dekabr(98)
    Arxiv
     
    Fev.2012
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    272829