|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir
|
Yerevanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Artur Baqdasaryan ilə görüşünün sonunda protokol imzalanıb. “KƏLAMİNFO” “News.am”a istiadən xəbər verir ki, Moskva və Yerevanın əməkdaşlığının əsas müzakirə mövzusu təhlükəsizliklə bağlı olub. A.Baqdasaryan bildirib ki, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi qərara alınıb. Bu məqsədlə yeni müqavilənin imzalanması üçün işçi qrup yaradılıb. Bundan əlavə, birgə hərbi sənaye müəssisəsinin yaradılması da nəzərdə tutulub. Tərəflər, həmçinin sərhəd sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər. Təhlükəsizliyin səviyyəsini artırmaq üçün isə İranla sərhəddəki sistem modernləşdiriləcək. Ermənistanda FHN xətti ilə əməkdaşlığa həsr olunmuş regional mərkəz də açılacaq.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
|
Böyük Britaniyada Birinci Dünya müharibəsinin son iştirakçısı Florans Qrin vəfat edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 110 yaşlı qadın fevralın 4-də, 111 yaşının tamam olacağı günə iki həftə qalmış dünyasını dəyişib.
Florans Qrin Birinci Dünya müharibəsi zamanı Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Norflok qraflığındakı bazasında ofisiant işləyib. O, müharibənin qurtarmasına 2 ay qalmış xidmətə qəbul edilib və 2 illik xidmətini Böyük Britaniyanın qadınlardan ibarət Hərbi Hava Qüvvələrində keçirib.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
|
“Azərbaycan Respublikası adının Şimali Azərbaycan adlandırılması məsələsi diqqətlə düşünülməlidir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Millət vəkili deyib ki, bu kifayət qədər ciddi bir məsələdir və böyük tarixi məsuliyyət tələb edir. “Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu “Şimali Azərbaycan” məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində “Şimali Azərbaycan” adlandırılmalı idi. Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Bu artıq bizim şüurumuzda həkk olunub”-deyə S.Rüstəmxanlı vurğulayıb.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
|
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Spiker qonağı salamlayaraq Türkiyə rəsmilərinin yüksək vəzifədə xarici ölkələrə ilk səfərlərini məhz Azərbaycana etmələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, bu, qardaş Türkiyənin Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. “Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır” - deyə O.Əsədov vurğulayıb.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
|
Ombudsman Elmira Süleymanova Niderlandın Azərbaycandakı səfiri Arjen Peter Uijterlinder, həmin ölkənin Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə eksperti Niko Van der Laanı və nazirliyin Yaxın Şərq, Asiya və Avropa üzrə əlaqələndiricisi Meil Kieli qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
E.Süleymanova insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti və bu istiqamətdə təsisat tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verib. Ombudsman ona verilən yeni səlahiyyətlərlə bağlı qonaqların suallarını cavablandırıb. Müvəkkil MPM qrupunun yaradıldığını vurğulayıb, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə müntəzəm olaraq baş çəkmələrin, monitorinqlərin həyata keçirildiyi bildirib.
|
09.02.12 Məqaləni oxumaq
|
|
|
TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Gündəlikdəki məsələ açıq tipli test tapşırıqlarının formaları və hazırlanması metodikası ilə bağlı müzakirə olub. TQDK-nın Naxçıvan regional bölməsindən şəhər 5 saylı tam orta məktəbin müəllimi Zəhra Novruzova və Gəncə regional bölməsindən Mahal Kazımov hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər.
İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran və Şəki regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları ilə bağlı fikir bildirib və təkliflərini veriblər.
|
08.02.12 Məqaləni oxumaq
|
|
|
Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
|
Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları ilə bağlı gənc alimlərin xarici ölkələrə göndərilməsi prosesi davam etdiriləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov deyib.
Gənclərin xaricə göndərilməsinin onların da maraqlarında olduğunu diqqətə çatdıran A.Həşimov bu məsələnin reallaşması üçün bir sıra şərtlərin olduğunu qeyd edib: “Göndərdiyimiz yerdə, yaxud gənc alimlərin özləri qazandığı xarici elm ocaqlarında onlar üçün şərait yaradılmalıdır. Bundan başqa, Akademiyanın maliyyə imkanları buna imkan verməlidir”. A.Həşimovun sözlərinə görə, buna baxmayaraq, elə tədqiqat işləri var ki, ona görə xaricə gənc alim göndərmək vacibdir: “Məsələn, elə tarixçilər var ki, onlar gedib dünyanın hər hansı bir ölkəsinin arxivində işləməlidir. Elələri var ki, ekspedisiyaya, kitabxanalara getməlidir. Bunun üçün də biz şərait yaratmalıyıq”.
|
08.02.12 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
|
“Rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan xarici işlər naziri E.Nalbandyan Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Politoloqun sözlərinə görə, Soçi sənədində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı yayğın və ya ümumi halda göstərilmiş qoşunların təmas xəttindəki insidentlərin araşdırılmasını geniş şərh edən E.Nalbandyan həmin sənəddə aşkar şəkildə göstərilmiş ziyalılar və ictimaiyyət nümayəndələrinin görüşünə dair bircə kəlmə də olsun şərh verməyib.
|
08.02.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə XİN-in Twitter-dəki rəsmi səhifəsində məlumat verilir.
E.Məmmədyarov konfransda məruzə ilə çıxış edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Avropa Xalq Partiyası (EPP) - Ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir.
|
08.02.12 Məqaləni oxumaq
|
|
|
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilib.
|
08.02.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|