|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Oqtay Əsədov: İran diplomatiyası bəzi səhvlər buraxıb
|
Milli Məclisin bu gün keçirilən iclasında İranın Azərbaycana qarşı qərəzli notası müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk, lakin sonda sərt notalar gördük.
Deputat Zahid Oruc İranın Azərbaycana nota verməsini qəti pisləyib. O qeyd edib ki, Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, lakin İranın davranışları Azərbaycanı buna vadar edəcək. Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Azərbaycanın ən ağır dövrlərində belə biz İranın dəstəyini hiss etməmişik. “İran daimi Ermənistanı dəstəkləyib. Əgər vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır” - deyə Q.Paşayeva vurğulayıb. O deyib ki, İranda “Səhər” kanalı yaradıblar və bu kanal səhərdən axşama qədər Azərbaycana qarşı təxribat xarakterli verilişlər verib insanları hakimiyyətə qarşı yönəltməyə çalışır. Deputat hesab edir ki, bu telekanalı İran hökuməti dəstəkləyir. “İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər” - deyə o, əlavə edib.
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
Obama Ermənistana iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib
|
ABŞ prezidenti Barak Obama büdcə ilə bağlı təkliflərində Ermənistana göstərilən iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bununla bağlı Amerika Erməni Milli Komitəsi xəbər yayıb. Obama administrasiyası eyni zamanda Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif edib. Administrasiya bildirib ki, Türkiyənin güclü qlobal tərəfdaş kimi rolu artmaqda davam edir.
Barak Obama ilkin olaraq Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, prezident bu rəqəmin 27,219 milyon dollaradək azaltmağı tövsiyə edib. Bu, amerikalı konqresmenlərin təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Buraya narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824 milyon dolları və Ermənistanda səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 milyon dolları əlavə etdikdə, ümumilikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur. Amerika Erməni Milli Komitəsi yaydığı məlumatda bundan təəssüfünü bildirib.
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olacaq
|
TQDK sədri Məleykə Abbaszadə və Komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçiriləcək elmi-praktik seminarda iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər.
Qeyd edək ki, Qazaxıstanda 2004-cü ildən etibarən Vahid milli test imtahanları (VMT) keçirilir. VMT ümumtəhsil məktəblərinin buraxılış imtahanı olmaqla yanaşı, onun nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilir.
Qazaxıstanda 2011-2020-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən, müxtəlif məqsədlər daşıdığına görə 2015-ci ildən etibarən hazırkı imtahan sisteminin dəyişdirilməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının ayrıca aparılması nəzərdə tutulub.
|
15.02.12 Məqaləni oxumaq
|
|
|
Arif Rəhimzadə: “Bələdiyyələrlə İş Mərkəzi pozulan hüquqlarla bağlı heç bir iş görmür”
|
“Bu gün Azərbaycanda bələdiyyələrin hüquqları demək olar ki, pozulur. Buna baxmayaraq, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında Regional siyasət Komitəsinin sədri Arif Rəhimzadə bildirib. O qeyd edib ki, bütün bunlarla yanaşı, nazirliyik Bələdiyyələrlə İş Mərkəzini yaratmaqla işini bitmiş sayır. “Ədliyyə Nazirliyinin qeyd olunan Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur. Bundan başqa onların heç bir fəaliyyəti hiss olunmur” - deyə A.Rəhimzadə vurğulayıb.
O, həmçinin deyib ki, Azərbaycanda bələdiyyələrin təxminən 600-nə torpaq üzərində mülkiyyət hüququ verilməyib.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Fransadan məsuliyyətsiz qərar
|
Yanvarın 23-də Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxardı. Senatda qondarma erməni soqyırımına dair kritik səsvermələrdən birincisi başa çatdı. Senatın Qanunlar Komissiyasının layihənin müzakirəyə çıxarılmamasına dair dəyişiklik təklifi qəbul edilmədi. Bununla da 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarının rədd edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin gündəlikdən çıxarılması təklifi rədd edildi. Senatın ümumi yığıncağında keçirilmiş səsvermədə təklifə 86 senator ''bəli'', 167 senator ''xeyr'' dedi. Canlı müzakirələrə 348 senatordan 60-a yaxını qatıldı.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Prezident səngərdə
|
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki “N” saylı hərbi hissədə oldu. Müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra müdafiə naziri dövlət başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə məlumat verdi. Bildirildi ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Yeni silah və sursatlarla təchizat nəticəsində Azərbaycan Ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Fransanın Əlcəzairdə törətdiyi soyqırımı
|
Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir assimilyasiya prosesi gerçəkləşdirmişdi. Məqsəd bir fransız Əlcəzairi yaratmaq idi. 19-cu əsrin sonlarında 1 milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən fransızlar əhəmiyyətli imkanlarla təmin edildi.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Prezidentlər Soçidə
|
Ötən ayın sonlarında Soçidə üç ölkə Rusiya, Azərbaycan, Ermənistan prezidentləri - Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Sayca onuncu olan bu görüş bir çox ekspertlər tərəfindən Rusiya prezidentinin “vida görüşü” kimi qiymətləndirilib. Belə ki, mart ayında Rusiya prezident seçkiləridir və D.Medvedyev də bu yarışmaya qatılmır. Bu səbəbdən də bu, onun iştirakı ilə keçirilən sonuncu görüş hesab edilir. Beləliklə, Soçi görüşündə əsas müzakirə mövzusu gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsi olub.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
“İmamzadə” kompleksi
|
Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində “İmamzadə” kompleksinin eskiz layihələri ilə tanış oldu. Məlumat verildi ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülmüşdür. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınmış, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənmişdir. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilmiş, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
Türkmənçay müqaviləsi
|
Azərbaycanın işğal faktını rəsmiləşdirən sənəd
Bu il Azərbaycanı ikiyə bölən məşhur Türkmənçay müqaviləsinin 184 ili tamam olur. Rusiya ilə İran arasında 1828-ci ildə imzalanan sazişlə faktiki olaraq Azərbaycanın bütün bəlaları başladı, desək yanılmarıq. İranla Rusiya arasında imzalanan Tükmənçay müqaviləsi faktiki olaraq Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb. Azərbaycan xalqının tarixinə qara ləkə kimi düşən həmin ildə bir millət və bir məmləkət olaraq Azərbaycan ikiyə parçalandı. 1828-ci il fevralın 10-da Türkmənçay kəndində imzalanan müqavilədən ən çox qazanan isə şübhəsiz ki, ermənilər oldu.
|
14.02.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|